GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Azərbaycanda kişi sığınacağının yaradılmasının əleyhinəyəm” - SƏRT MÖVQE

“Azərbaycanda kişi sığınacağının yaradılmasının əleyhinəyəm” - SƏRT MÖVQE

Tarix: 29-12-2025, 22:32 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 10


Məlum olduğu kimi, 2025-ci ilin 11 ayı ərzində məişət zorakılığı ilə bağlı 512 müraciət qeydə alınıb. Onlardan 493-ü qadın, 466-ı uşaq, 74-ü kişidir.

Ötən il məişət zorakılığı ilə bağlı müraciət edən kişilərin sayı 42 nəfər idi. Göründüyü kimi, kişilərə qarşı da məişət zorakılığı artmağa başlayıb.

Bəs Azərbaycanda kişi sığınacağı niyə yoxdur? Ümumiyyətlə, belə bir sığınacağa ehtiyac varmı?

Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, bir çox ölkələrdə kişi sığınacaqları artıq uzun illərdir fəaliyyət göstərir. İsveçrə, ABŞ, Almaniya, Kanada, Niderland kimi ölkələrdə müxtəlif səbəblərdən - ailədaxili zorakılıq, sosial fəlakətlər, psixoloji təzyiqlər, cinsi oriyentasiyasına görə diskriminasiya və təqiblər nəticəsində çətin vəziyyətə düşən kişilər bu sığınacaqlara müraciət edərək müvəqqəti də olsa təhlükəsiz mühitdə qala bilirlər.

Türkiyədə də zorakılıqla üzləşmiş kişilər üçün xüsusi sığınacaqların mövcudluğu diqqət çəkir. Qardaş ölkədə kişilər üçün sığınma evlərinin ən məşhurlarından biri Konya şəhərində yerləşir. Ora müraciət edənlərin əksəriyyəti həyat yoldaşı və hətta övladları tərəfindən zorakılığa məruz qalmış kişilərdir. Bir qeyri-hökumət təşkilatı tərəfindən yaradılan bu sığınacaq "zərərçəkənin cinsi olmaz" şüarını əsas prinsip kimi qəbul edib. Sığınacaqda eyni vaxtda 40-50 kişi yerləşdirilə bilir, il ərzində isə ən azı 400-500 nəfər müxtəlif formalarda yardım almaq üçün bu mərkəzə müraciət edir. Bəziləri üçün bu məkan qısamüddətli sığınacaq olsa da, bəziləri oranın uzunmüddətli sakininə çevrilir.

Azərbaycanda isə kişi sığınacağı anlayışı faktiki olaraq mövcud deyil. Bunun əsas səbəbi yenə də mental dəyərlərlə bağlıdır. Cəmiyyətimizdə kişi dedikdə ilk növbədə güclü, ailəni qoruyan, hər çətinliyə dözən bir fiqur canlanır. Bu stereotiplər fonunda kişinin zorakılığa məruz qalması və sığınacağa ehtiyac duyması qəbul edilmir, hətta istehza ilə qarşılanır.

Məhz bu səbəbdən də çoxları hesab edir ki, Azərbaycanda belə bir sığınacaq yaradılsa belə, kişilərin ora müraciət etməsi real görünmür.

Lakin ekspertlər bildirirlər ki, problemin mövcudluğunu inkar etmək onun aradan qalxması demək deyil. Əksinə, kişi sığınacaqlarının yaradılması cəmiyyətdə zorakılığın bütün formalarına qarşı mübarizədə mühüm addım ola bilər və "zorakılığın cinsi yoxdur" anlayışının formalaşmasına xidmət edər.

UZEYİR.jpg (61 KB)

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb:

"Azərbaycanda məişət zorakılığına məruz qalmış kişilər üçün ayrıca sığınacağın yaradılmasının qəti əleyhinəyəm. Hesab edirəm ki, bu cür modelləri, yanaşmaları olduğu kimi başqa ölkələrdən götürüb ölkəmizə daşımaq nə sosial, nə mənəvi, nə də mental baxımdan doğru addımdır. Hər cəmiyyətin öz tarixi, formalaşmış ailə modeli, dəyərlər sistemi və həssas nöqtələri var. Qərb ölkələrində tətbiq olunan hər mexanizmin avtomatik olaraq Azərbaycan cəmiyyəti üçün də uyğun sayılması ciddi səhvdir.

Bu gün ölkəmizdə artıq bir neçə qadın sığınacağı fəaliyyət göstərir. İlk baxışdan bu, müsbət və humanist addım kimi təqdim olunur. Lakin prosesə bir qədər dərindən baxanda tam fərqli mənzərə ortaya çıxır. Reallıq budur ki, bu cür sığınacaqların sayı artdıqca müraciətlərin sayı da paralel şəkildə artır.

Daha təhlükəlisi isə odur ki, artıq ağır, həyati təhlükə yaradan zorakılıq halları ilə yanaşı, xırda, səthi, ailədaxili münaqişələr də "zorakılıq" adı altında sığınacaq müraciətlərinə çevrilir.

Bu gün adi bir ailə mübahisəsi, emosional gərginlik, hətta bir söz incikliyi yaşayan qadın belə bəzən problemi ailə daxilində həll etməyə çalışmaq əvəzinə ilk addım olaraq sığınacağa üz tutur. Bu isə ailə institutunun zəifləməsinə, dialoq və barış mədəniyyətinin sıradan çıxmasına gətirib çıxarır. Halbuki ailə dediyimiz anlayış yalnız rahatlıq və harmoniya üzərində qurulmur. Münaqişə, fikir ayrılığı, emosional toqquşma həyatın və ailənin təbii hissəsidir.

Ümumiyyətlə, münaqişəsiz cəmiyyət anlayışı utopiyadır. Nə dünyada, nə də Azərbaycanda belə bir cəmiyyət mövcud olub, nə də olacaq. Ata ilə övlad arasında fikir ayrılığı yarananda, ana ilə övlad arasında konflikt baş verəndə, ailə üzvləri bir-birini başa düşməyəndə dərhal sığınacağa müraciət etməkmi lazımdır? Bu yanaşma bizi hara aparır? Eyni məntiqlə yanaşsaq, valideyn ahıl yaşa çatanda, onunla yaşamaq çətinləşəndə, fikir ayrılıqları artanda onu dərhal qocalar evinə yerləşdirmək də "normal" sayılmalıdırmı?

Məhz bu cür yanaşmalar cəmiyyət üçün təhlükəli və arzuolunmaz tendensiyanın başlanğıcını qoya bilər. Ailə daxilində məsuliyyət hissi, dözümlülük, qarşılıqlı anlayış, fədakarlıq kimi dəyərlər getdikcə arxa plana keçir, onların yerini "problemdən qaçmaq", "asan yol seçmək" psixologiyası tutur. Sığınacaq isə son çıxış yolu olmalı olduğu halda, getdikcə ilk seçimə çevrilir.

Bu modelin daha da genişləndirilib məişət zorakılığı ilə üzləşən kişilər üçün də sığınacaq yaradılması təklif olunur. Mən bu ideyanı qətiyyən məqbul hesab etmirəm. Birincisi, bu, dövlət üçün ciddi maliyyə yükü deməkdir. Onsuz da sosial sahədə kifayət qədər xərclər, problemlər, həllini gözləyən məsələlər var. Yeni sığınacaqların yaradılması, onların saxlanılması, personalın təminatı, təhlükəsizlik, sosial xidmətlər – bütün bunlar əlavə büdcə xərcləri deməkdir.

İkincisi və daha vacibi, bu, cəmiyyət üçün tamamilə yeni və təhlükəli tendensiyanın formalaşmasına səbəb ola bilər. Ailə daxilində hər bir münaqişənin institusional mexanizmlərlə "ayrılma" üzərindən həll edilməsi ailə bağlarını daha da zəiflədəcək. Kişinin ailə daxilində rolu, məsuliyyəti və mövqeyi daha da aşınacaq.

Əlbəttə, zorakılıq qəbuledilməzdir və onun cinsi yoxdur. Lakin hər problemi sığınacaqla həll etməyə çalışmaq da çıxış yolu deyil. Əsas məqsəd ailələri parçalamaq yox, ailə daxilində sağlam ünsiyyət mexanizmlərini gücləndirmək, konfliktlərin böyüməsinin qarşısını almaq, cəmiyyətə dözümlülük və məsuliyyət mədəniyyətini aşılamaq olmalıdır. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda kişilər üçün ayrıca sığınacaq yaradılması nə zəruridir, nə də faydalıdır".

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda arvadları tərəfindən döyülən kişilər: Onlar üçün də sığınacaq açılacaq?

    Azərbaycanda arvadları tərəfindən döyülən ...

    9-10-2017, 13:36

  • 
  • Azərbaycanda fəhlə və işsizlər daha çox məişət zorakılığı törədir

    Azərbaycanda fəhlə və işsizlər daha çox məişət ...

    4-10-2017, 18:42

  • 
  • Zorakılığa təkcə qadınlar deyil, kişilər də məruz qalır

    Zorakılığa təkcə qadınlar deyil, kişilər də məruz ...

    31-01-2017, 21:10

  • 
  • Ermənistanda qadın zorakılığına qarşı aksiya keçirildi

    Ermənistanda qadın zorakılığına qarşı aksiya ...

    1-10-2015, 23:15

  • 
  • Azərbaycanda kişilər daha çox ÖLÜR - STATİSTİKA

    Azərbaycanda kişilər daha çox ÖLÜR - STATİSTİKA ...

    24-07-2017, 12:29


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu