GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Beşinci türkçülük çalışmalarına: Öyrətmə, təhsil gen yaddaşını yaradan faktordur

Beşinci türkçülük çalışmalarına: Öyrətmə, təhsil gen yaddaşını yaradan faktordur

Tarix: 5-01-2026, 11:24 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 53

Bütün canlılar kimi insan da öyrəndiklərini doğal olaraq gen yaddaşına toplamaqla, topladığı biliklərindən öz faydasına istifadə etməklə, təkcə şüurlu varlığa çevrilmişdir. Gen yaddaşını şərti olaraq iki hissəyə ayırsaq, birincisi ən çox işlək olan cari yaddaşımızdakı “növbətçi” biliklərimizdən ibarət gündəlik öyrəndiklərimizdir, ikincisi isə, eyni məzmunlu anlayışların uzun illər təkrarlanması ilə gen dediyimiz hüceyrə yaddaşına hopmuş, yansımış, otruşmuş, bərkimiş və daha çox xüsusi maraq dairəmizdə olan biliklər - vərdişlərdir. 

Gündəlik öyrəndiklərimizdən, kullandığımızdan, istifadəmizdən ibarət “növbətçi” bilgilərimiz nisbətən dayazda, şüur altında olub istifadə üçün daha tez əlçatan və ikinciyə nisbətən keçicidır, çünki ümumi maraq dairəmizdə olan adi xəbər keyfiyyətindədir. Uzun illərin təkrarlanması ilə gen, hüceyrə yaddaşına oturmuş biliklər, vərdişlərsə, tarixən nəsillərlə ötürülən, daha dərin qatlarda, yaddaşda saxlanıldığı üçün nisbətən gec əlçatandır, ona görə də onun istifadəsinə daha çox düşünmək, yaddaşı geriyə “vərəqləmək”, tarixə baş vurmaq gərəkir.

Biliyin, vərdişin nəsillərcə ötürülməsi iki yolla olur, birincisi gen-hüceyrə yaddaşı, ikincisi isə öyrətmək, tədris, öyrənmək yoluyla. Bu gün bizdə öyrətmək, tədris, öyrənmək qaydası pis gündədir.

Bütün sadaladıqlarım təkamül sürəcinin doğal, sosial sonucu olaraq oluşmaqla bireyin, yəni fərdin şəxsiyyətini, şəxsiyyətlər isə üstün, səviyyəli toplumu  formalaşdırır. Üstün, səviyyəli, başqa sözlə inkişaf etmiş toplum isə, bəşəriyyətin əbədi hədəfidir. Demokratik, liberal dəyərlər, yalnız üstün, inkişaf etmiş toplumlarda oluşa, həyat tərzinə çevrilə bilir. Rus sovet sosialistləri, 74 illik hakimiyyətlərində, yalnız özləri-partnamenqlatura üçün qurduqları, bütövlükdə xalq üçünsə, yalnız vəd etdikləri inkişaf etmiş cəmiyyətə - kommunuzm deyirdilər.  

İbtidadan, aliyə doğru xaotik, pərakəndə, özbaşına, təbii seçmə yolu keçmiş İnsanlıq tarixinin öyrənmək, bilik əldə etmək, onu öz həyatına tətbiq etmək sürəci, prosesi inkişaf etdikcə sistemləşərək bu günün dünyəvi bilikləri öyrətmək, öyrənmək, təlim, tərbiyə almaq şəklinə çatmışdır. Yüksək bilikli insan, savadlı, təşkilatlanmış xalq çox şeyə qadirdir. 

Çox üzüntülü ki, Azərbaycan xalqı özgürlüyünü qazandıqdan sonra öyrətmə, təhsil, təlim, tərbiyə, öyrənmə sistemi də eynən cəmiyyətimiz kimi pozğun kommunist məmurlar tərəfindən dağıdıldı, geri düşdük. Bu gün bizim öyrətmə, təhsil, öyrənmə sistemimiz bərbad haldadır, başlı başını saxlayır. Öyrətmənin, təhsilin, həyat səviyyəsinin pis günə salınması səbəbindən toplumda cəhalətin, dindarların, pedofillərin, din dələduzlarının, pirlərin, Şeyx Nəsrullahların, Mehdilərin və onlara inanan axmaqların, “canlı ölülərin”, ərəbin, farsın düşüncə kölələrinin, uydurma ərəb nağıllarına inanan sadəlövh insanların sayı artıb, İran, ərəb agenturasının verbovkası, ayağı yer tutanların xaricə getmələri üçün münbit şərait yaranıb. Pis öyrətmə, təhsilsizlik, işsizlik ucbatından xaricə gedənlərimiz  sonucda xalqımızın faydalı iş əmsallı, bacarıqlı, ağıllı hissəsini azaldır, ona görə də inkişaf etmək əvəzinə sürünürük, başqa sözlə biz demoqrafik fəlakəti yaşayırıq.

Bizdə xarici dillərin, xüsusilə rus dilinin öyrənilməısi üstünlük təşkil edir, çünki xarici dillərin işlənmə alanı daha prespektivli göründüyündən imkanı olan oraya axışır, nəinki öz dilinə, milli maraq hədəfinə. Çünki, xarici dillərin işlənmə alanı genişdir, yeni şirkətlərdə yüksək maaşlı işlərə peşəkarlıqla bərabər xarici dil tələb edilir. Milli maraq dairəsində olmalı olanların isə maddi bazası  qəsdən zəif yaradıldığından gərəkən maaşı verə bilmir, ona görə də imkanı olan xarici dil öyrənmək yolunu seçir. Bu antimilli axarı, yalnız milli demokratik dəyərlərə söykənən  iqtidar, maraq dairəsini əsaslı dəyişməklə, görüləcək kompleks tədbirlərlə dayandıra bilər.

Öyrətmə, tədris sistemimizdə rus dilinin daha ağır çəkiyə malik olması xalqımızın, dövlətimizin özgürlüyünə, suverenliyinə çox təhlükəli, birbaşa təhdid bazasıdır. Belə ki, işğalçı Rusiya öz qanununa görə rus dillilərin hüquqlarının müdafiəsini bəhanə edərək, eynən Ukrayna Respublikasına soxulduğu kimi istədiyi vaxt ölkəmizə hücum edə bilər. Ona görə də ayrıca rus bağçaları, məktəbləri, ali təhsil ocaqları bağlanmalı, onlardakı öyrətmə, tədris tədricən dövlət dilimizə - Azərbaycan dilinə, Azərbaycan türkcəsinə keçilməli, rus dilini öyrənmək başqa xarici dillər statusunda olduğu eyni qaydada olmalıdır. Rus dili də başqa xarici dillər kimi bizə lazım olduğu qədər gərəkdir. Azərbaycan Respublikasının dövlət dili – Azərbaycan dilinin öyrənilməsi, tədrisi hamı üçün maksimum təmin edilməli, milli maraq dairəmizdəki müəsisələrin, təşkilatların  maddi bazası gücləndirilməlidir. Dövlət dilimizə hörmətsiz yanaşma qınanmalı, beləsinə  münasibət də onun sayğısızlığına uyğun olmalıdır.

Bütün dövlət müəsisələrində, təşkilatlarında, ictimai təşkilatlarda, özəl, xarici müəsisə və təşkilatlarda rəsmi yazışma, dəftərxana işlərinin Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinin tələbinə uyğun olaraq dövlət dilində -Azərbaycan  dilində aparılması təmin edilməlidir. Dövlət dili - xalqımızın, dövlətimizin özgürlüyü, suverenliyi və təhlükəsizliyi məsələsidir. Əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsi və inkişafı təmin edilir.

Bildiyimiz kimi dil milli birliyin əsasıdır. Bu əsasla yaratmaq istədiyimiz Türk Dövlətlər Birliyinin fəaliyyəti üçün Ümum Türk dilinin yaradılması zəruridir. Bununçün keçən dəfə verdiyim 12 bəndlik təklifin 10-cu və 11-ci bəndlərini təkrarlayıram:

“10. Turan Dövlətinin ədəbi dövlət dilinin formalaşdırılması üçün, Türk Dil Bankından istifadə etməklə bütün Türk boylarında və  birliklərində dövlət büdcəsindən maliyyələşdirilən orta, orta ixtisas və ali məktəblərdə, kollektivlərdə tədris, təlim, tərbiyə işlərinə başlanılmalıdır.

11. Bu barədə Bildiriş, Birinci Türkçülük Çalışmaları  iştirakçılarının adından, bütün Türk dövlətlərinin başçılarına, parlamentlərinə, hökumətlərinə,  Türk dövlətlərinin parlament  və digər koordinasiya qurumlarına, bilimlər akademiyalarına, Türk boylarının yerli inzibati və kompakt yaşam vahidlərinə, Türk Dövlətləri Təşkilatına  göndərilməli və onların  – Ümumtürk Dil Hərakatında  fəal iştirakı istənilməlidir.

Ümum Türk dili olmadan  türk dövlətlərinin, türk xalqlarının iş birliyi, təhlükəsizliyinin təmini alınmaz. Biz sovetlərin 20 yerə böldüyü Ümum Türk dilini daha təkmil qaydada bərpa etməliyik. Əgər biz Ümum Türk dilini dediyim qaydada formalaşdıra bilsək Türk dilimiz gələcəkdə dünyanın ən varsal (zəngin) dillərindən biri olacaqdır. Sayğılarla.”


Keçmiş prokuror, əmək veteranı, Məmmədxan  Əzizxanlı. 21.12.2025

Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İnsandan siçan yaradıldı

    İnsandan siçan yaradıldı ...

    12-07-2013, 16:09

  • 
  • Liflə zəngin qidalar xərçəngin qarşısını almağa kömək edə bilər

    Liflə zəngin qidalar xərçəngin qarşısını almağa ...

    13-01-2025, 23:52

  • 
  • Amerika alimlərinin xəbərdarlığı: koronavirus 8 dəfə təhlükəli oldu!

    Amerika alimlərinin xəbərdarlığı: koronavirus 8 ...

    19-02-2021, 13:25

  • 
  • O vaxt bütləri müdafiə edənlərin gen kodları bugünkü insanlarda hələ də qalmaqdadır

    O vaxt bütləri müdafiə edənlərin gen kodları ...

    21-06-2018, 15:32

  • 
  • Alimlər ölümsüzlüyün sirrini tapdı

    Alimlər ölümsüzlüyün sirrini tapdı ...

    6-02-2016, 21:16


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu