Gundemxeber.az » Ölkə » Yaponiyada güclü zəlzələ oldu: Xəsarət alanlar var
Yaponiyanın Şimane prefekturasında baş verən güclü zəlzələdən (6.2 bal gücündə) sonra müxtəlif xəsarətlər alan altı nəfər xəstəxanalara aparılıb.
Gundemxeber.com xəbər verir ki, bu barədə KHB telekanalı məlumat yayıb
Bundan əlavə, bir neçə ərazidə su təchizatında fasilələr yaranıb. Ərazidə yollara və evlərə də ziyan dəydiyi bildirilir.
Yaponiyanın Çuqoku bölgəsində 6.2 bal gücündə zəlzələ baş verib.
Gundemxeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələdən sonra güclü afterşoklar qeydə alınıb. Zəlzələnin episentri Şimane prefekturasının şərq hissəsində yerləşib. Agentlik əlavə edib ki, sunami təhlükəsi yoxdur.
Episentrdən təxminən 32 kilometr uzaqda yerləşən Şimane atom elektrik stansiyasını idarə edən "Chugoku Electric Power" şirkəti stansiyanın 2-ci enerji blokunda fəaliyyətin normal rejimdə davam etdiyini açıqlayıb.
Yaponiyanın Nüvə Tənzimləmə Agentliyi isə zəlzələdən sonra hər hansı anomaliyanın qeydə alınmadığını bildirib.
Gundemxeber.com
12-03-2017, 11:37
18-06-2018, 11:30
25-06-2017, 11:38
15-04-2016, 00:39
29-07-2021, 12:24
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?