GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İlham Əliyevin “müharibə olmayacaq” əminliyi – Mesajın ƏSAS ünvanı

İlham Əliyevin “müharibə olmayacaq” əminliyi – Mesajın ƏSAS ünvanı

Tarix: 15-01-2026, 10:33 Bölmə :Ölkə / Siyasət Baxış: 15


“Uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi”.


Bu sözləri yanvarın 13-də Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə deyib.

“Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar, rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir”, - deyə dövlətimizin başçısı əlavə edib.

Dövlət başçısının müharibə ilə bağlı əminliyi nədən, hansı amillərdən qaynaqlanır? Mesaj ilk növbədə kimədir?

Gundemxeber.com bildirir  ki, deputat Elçin Mirzəbəyli musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin yanvarın 13-də Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə səsləndirdiyi fikirlərə diqqətlə yanaşıldıqda burada söhbətin təkcə əminlik və nikbinlikdən deyil, konkret siyasi, hərbi və geosiyasi reallıqlara əsaslanan mövqedən getdiyi aydın olur:

“Dövlət başçısının “bundan sonra müharibə olmayacaq” fikri romantik gözlənti deyil, formalaşmış yeni güc balansının və real vəziyyətin məntiqi ifadəsidir. Prezidentin müharibənin olmayacağına dair əminliyi ilk növbədə Azərbaycanın tam və dönməz şəkildə suverenliyini bərpa etməsi faktına söykənir. 2020-ci ildə Vətən müharibəsi, 2023-cü ilin sentyabrında isə lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü yalnız hüquqi müstəvidə deyil, həm də faktiki olaraq təmin etdi. Qarabağda separatçı rejimin ləğvi, qanunsuz silahlı birləşmələrin tərk-silahı və Ermənistanın bölgədə hərbi-siyasi təsir imkanlarının aradan qalxması müharibə riskini struktur baxımından sıradan çıxardı. Bu gün artıq müharibəni başlada biləcək real subyekt mövcud deyil. Ermənistanın bunun üçün nə hərbi potensialı, nə siyasi iradəsi, nə də beynəlxalq hüquqi legitimliyi, nə də qlobal geosiyasi dəstəyi var. Bu isə sülhün subyektiv istəkdən çıxaraq obyektiv reallığa çevrildiyini göstərir”.

Deputat hesab edir ki, Prezident İlham Əliyevin “Azərbaycan dövləti güclü dövlətdir” fikri isə kompleks güc anlayışının qısa və dəqiq ifadəsidir:

“Bu güc yalnız silahlı qüvvələrin döyüş potensialı və hərbi-texniki imkanları ilə ölçülmür. Buraya müasir və çevik ordu modeli, müstəqil və prinsipial qərarvermə qabiliyyəti, dayanıqlı iqtisadi inkişaf, regional nəqliyyat və enerji layihələri vasitəsilə formalaşan təsir mexanizmləri, eləcə də çoxvektorlu və çevik diplomatik xətt daxildir. Müasir beynəlxalq münasibətlər sistemində müharibə, bir qayda olaraq, zəif dövlətlərin üzləşdiyi riskdir. Güclü dövlətlər isə müharibəni qarşı tərəf üçün son nəticəsi öncədən bəlli olan reallığa çevirirlər. Prezidentin əminliyi də məhz bu reallıqdan qaynaqlanır”.

Elçin Mirzəbəyli YAP-a üzv olub?

E.Mirzəbəyli qeyd edib ki, dövlət başçısının çıxışında rahatlıq, xoşbəxtlik anlayışlarının ön plana çəkilməsi xüsusi diqqət çəkir:

“Bu, sülhün yalnız siyasi sənədlər və razılaşmalar üzərində deyil, insan amili və sosial sabitlik üzərindən möhkəmləndirildiyini göstərir. Böyük Qayıdış proqramı sadəcə məcburi köçkünlərin öz yurdlarına qayıtması deyil, eyni zamanda müharibə psixologiyasının cəmiyyətin ayrı-ayrı fərdlərin düşüncəsindən tədricən çıxarılması prosesidir. Qayıdışın gerçəkləşdiyi kəndlər, bərpa olunan şəhərlər, həyata keçirilən infrastruktur layihələri yaradılan emal və istehsal müəssisələri müharibəyə alternativ deyil, müharibəni mümkünsüz edən əsas amillərdir. Prezident İlham Əliyev bunu strateji baxımdan düzgün qiymətləndirir və sülhün ən möhkəm təminatının məhz burada formalaşdığını açıq şəkildə ortaya qoyur. Bu bəyanatın ünvanı da çoxqatlıdır. İlk növbədə mesaj Azərbaycan cəmiyyətinə yönəlib. Dövlət vətəndaşına açıq şəkildə bildirir ki, təhlükəsizlik təmin olunub və qayıdış yalnız fiziki deyil, siyasi və strateji baxımdan da möhkəmdir. Mesajın ikinci ünvan isə Ermənistandır. Bu mesaj revanşist çağırışların, müharibə ritorikasının və keçmiş xülyaların artıq heç bir perspektivinin olmadığını nümayiş etdirir. Üçüncü və ən mühüm ünvan isə beynəlxalq aktorlardır. Prezident İlham Əliyev açıq şəkildə bildirir ki, Cənubi Qafqazda müharibə ssenariləri üzərindən təsir göstərmək imkanları bağlanıb və regionun gələcəyi artıq sabitlik, əməkdaşlıq və real siyasət üzərində qurulur.

Nəticə etibarilə Prezident İlham Əliyevin “bundan sonra müharibə olmayacaq” fikri emosional nikbinlik deyil, qalib dövlətin rasional, soyuqqanlı və məsuliyyətli strateji qiymətləndirməsidir. Bu əminlik hüquqa, gücə, reallığa və idarə olunan gələcəyə əsaslanır. Azərbaycan təkcə müharibəni başa çatdırmayıb, onu təkrarlana bilməyən hadisəyə çevirib”.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Prezidenti: "Biz Böyük Qayıdışın astanasındayıq"

    Azərbaycan Prezidenti: "Biz Böyük Qayıdışın ...

    20-10-2020, 16:30

  • 
  • “Müharibə başlaya bilər”- İlham Əliyevdən mesaj

    “Müharibə başlaya bilər”- İlham Əliyevdən mesaj ...

    8-08-2014, 02:17

  • 
  • Azərbaycanda yeni rayon yaradıldı - Ərazisi və kəndləri

    Azərbaycanda yeni rayon yaradıldı - Ərazisi və ...

    5-12-2023, 16:25

  • 
  • Prezident İlham Əliyevlə Belçika kralının görüşü

    Prezident İlham Əliyevlə Belçika kralının görüşü ...

    6-02-2017, 23:21

  • 
  • Prezident: “Şuşa, Ağdam məscidlərində birlikdə namaz qılacağıq” (FOTOLAR)

    Prezident: “Şuşa, Ağdam məscidlərində birlikdə ...

    27-12-2014, 21:44


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu