GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 13 milyard işıq ili uzaqlıqdan gələn 10 saniyəlik siqnal

13 milyard işıq ili uzaqlıqdan gələn 10 saniyəlik siqnal

Tarix: 16-01-2026, 10:36 Bölmə :Ölkə / Maraqlı Baxış: 11


Kainatın ən qaranlıq və ən uzaq guşələrindən yola çıxan 10 saniyəlik sirli bir siqnal bəşəriyyət tərəfindən aşkar edilib. Elmi dairələrdə böyük maraq doğuran bu yeni kəşf bizi zamanın başlanğıcına, kainatın cəmi 730 milyon yaşında olduğu "şəfəq dövrü”nə aparır.


Yer orbitində yerləşən peyklərin təsdiqlədiyi məlumatlara görə, 13 milyard işıq ili uzaqlıqdan gələn bu enerji partlayışı böyük ehtimalla nəhəng bir ulduzun supernova kimi partlaması nəticəsində yaranıb. Kosmosda məsafə eyni zamanda zaman demək olduğu üçün alimlər əslində hazırda 13 milyard il əvvəl baş vermiş bir hadisəni müşahidə edirlər.


"GRB 250314A” adlandırılan bu yüksək enerjili qamma şüa partlayışı ilk dəfə 14 mart 2025-ci ildə fransız və çinli alimlərin birgə layihəsi olan "SVOM” peyki tərəfindən qeydə alınıb. Qamma şüaları insan bədənindən belə keçə bilən, rentgen şüalarından xeyli güclü və gözlə görünməyən enerji dalğalarıdır. Kosmosda nəhəng ulduzlar çökərkən yaranan bu son dərəcə güclü radiasiya Yerə çatanda xeyli zəifləsə də, inkişaf etmiş teleskoplar üçün demək olar ki, koredici bir işıq mənbəyinə çevrilir. Bu partlayış isə təkcə uzaqlığı ilə deyil, müasir ulduz partlayışları ilə təəccüblü dərəcədə oxşarlığı ilə də diqqət çəkir.


Kosmik zaman maşını: Ceyms Uebb fəaliyyətdədir



Elm aləmində uzun müddətdir ki, kainatın ilk dövrlərindəki ulduzların daha böyük, daha isti və daha vəhşi partlayışlar yaratdığı düşünülürdü. Lakin 2025-ci ilin yayında Ceyms Uebb Kosmik Teleskopunun partlayışdan qalan zəif parıltını araşdırması ilə mənzərə dəyişdi. Radboud Universitetindən professor Endryu Levanın rəhbərlik etdiyi tədqiqatlar bu qədim supernovanın müasir partlayışlarla demək olar ki, eyni olduğunu göstərdi. Bu isə o deməkdir ki, kainat cəmi beş faiz yaşında olarkən belə ulduzlar milyardlarla il sonrakı "nəsilləri” ilə eyni şəkildə həyatlarını başa vururdular.


2025-ci ilin dekabrında dərc olunan yeni araşdırmalar bu kəşfin kosmik tarix anlayışımızı sarsıda biləcəyini ortaya qoyur. Adətən Böyük Partlayışdan dərhal sonra yaranan ilk nəsil ulduzların çox qısaömürlü olması və Günəşimizdən fərqli elementlər ehtiva etməsi gözlənilirdi. Lakin bu son siqnal ilk ulduzların düşünüləndən daha "tanış” bir quruluşa malik olduğunu sübut edir. Bu isə ya kainatın gözləniləndən daha sürətlə yetkinləşdiyini, ya da ulduzların ölümü ilə bağlı əsas nəzəriyyələrimizdə boşluqlar olduğunu göstərir.

Elm adamları indi "Ceyms Uebb”in imkanlarından istifadə edərək kainatın ilk bir milyard ilinə dair daha çox ipucu əldə etməyi və bu "müasir görkəmli qədim nəhənglər”in sirrini açmağı hədəfləyirlər./qaynarinfo

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Uzaq qalaktikadan siqnal aşkarlanıb

    Uzaq qalaktikadan siqnal aşkarlanıb ...

    30-08-2018, 12:41

  • 
  • Səmada dəhşət: kosmosda ən nadir hadisələrdən biri yaşanıb

    Səmada dəhşət: kosmosda ən nadir hadisələrdən ...

    10-01-2015, 02:02

  • 
  • Alimlərdən maraqlı kəşf: Yer kürəsində həyat spirtdən yaranıb

    Alimlərdən maraqlı kəşf: Yer kürəsində həyat ...

    25-06-2025, 22:20

  • 
  • Türkiyədə nəhəng tapıntı – 500 milyard dollarlıq (FOTO)

    Türkiyədə nəhəng tapıntı – 500 milyard dollarlıq ...

    6-05-2016, 01:43

  • 
  • Yer kürəsini məhv edəcək ulduz aşkarlandı -Foto

    Yer kürəsini məhv edəcək ulduz aşkarlandı -Foto ...

    20-10-2016, 23:51


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu