GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Azəridmanservis”də şübhəli satınalmalar davam edir – Hesablama Palatasının açıqlamasına əlavələr

“Azəridmanservis”də şübhəli satınalmalar davam edir – Hesablama Palatasının açıqlamasına əlavələr

Tarix: 19-01-2026, 21:45 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 8

Hesablama Palatası tərəfindən Gənclər və İdman Nazirliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının istifadəsi ilə bağlı aparılmış uyğunluq auditi nəticəsində aşkar edilmiş bütün maliyyə pozuntuları və çatışmazlıqlar üzrə qərarların icra vəziyyəti açıqlanıb.

Hesabatda Gənclər və İdman Nazirliyi tərəfindən alınan idman geyimlərinə də toxunulub. Məsələn idman geyimlərinin alınması zamanı tutulmamış 4 545,7 manat vergi məbləği büdcəyə qaytarılıb. Alınmış, lakin paylanmamış 127 217,31 manat dəyərində idman geyimləri uçota götürülüb.

Audit nəticələrinə görə, “Azəridmanservis” MMC tərəfindən çatışmayan 1 751 698,59 manat məbləğində vəsait Nazirliyin bank hesabına tam şəkildə bərpa edilib.

Gənclər və İdman Nazirliyin “Azəridmanservis” MMC tərəfindən 2025-ci ildə keçirilmiş satınalmalara diqqət yetirsək nələr görmüş oluruq.

Üzgüçülük papaqlarının satın alınması üzrə 47.790 manat dəyərində müqavilə “A-SPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb. Müqavilənin şərtlərinə görə qalib şirkət “Azəridmanservis” MMC-ni 30.000 ədəd özəl logo və yazı təsvirli üzgüçülük papaqları ilə təchiz etməlidir.

Burada otuz min ədəd üzgüçülük papaqlarının harada istifadə olunacağı ümumiyyətlə Azərbaycanda nə qədər profesional üzgüçünün olması və “Azəridmanservis” MMC-nin bu papalaqları kimlər üçün alması barədə suallar qaranlıq qalır.

Bundan əlavə “Azəridmanservis” MMC tərəfindən idman geyimlərinin satınalınması üzrə 3.516.053,91 manat dəyərində müqavilə “JAY RUN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 22.09.2025-ci ildə bağlanılıb. Müqavilə birmənbədən satınalma metodu ilə bağlanılıdığından göstərilən məbləğə nə kimi idman mallarının alınması barədə məlumat yoxdu.

Bəs “Azəridmanservis” MMC-nin üç milyon yarım manatdan çox dəyəri olan tenderdə qalib seçdiyi şirkət haqqında nə kimi məlumat var.

Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlarda “JAY RUN” (VÖEN: 1507208761) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 22.05.2025-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, MİRZƏBALA ƏHMƏDZADƏ, ev.11, m.62, qanuni təmsilçisinin isə Məmmədov-Afaqi İbrahim Mehdi oğlu olduğu qeyd edilib.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından da göründüyü kimi “JAY RUN” MMC 2025-ci ilin may ayında yaradılıb. May ayında dövlət qeydiyyatına alınmış bir MMC ilə sentyabr ayında 3,5 milyon manat dəyərində müqavilə bağlanılması nə dərəcədə qanuni və məntiqidir.

Qeyd edək ki, bu halda qanun birmənbədən satınalma metodu tətbiq etməyə yol vermir. Çünki   “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, idman geyimlərinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. “Azəridmanservis” MMC-nin müqavilə bağladığı şirkət də satınalmadan dörd ay əvvəl yaradılıb və konkret təchizatçı olması barədə heç bir məlumat yoxdur.

Bundan əlavə “Azəridmanservis” MMC idman mallarının satın alınması üzrə bir müqavilə də “FM SUPPLY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlatıb. Bu satınalmanın dəyəri 447.060,46 manat təşkil edib. Müqavilə 25.08.2025-ci ildə bağlanılıb.

Qəribədir ki, “Azəridmanservis” MMC-nin müqavilə bağladığı bu şirkət də satınalmanın təşkilindən bir il əvvəl yaradılıb. “Azəridmanservis” MMC-dən başqa heç bir satınalmalarda iştirakı olmayıb. Açıq mənbələrdə şirkətin barəsində heç bir məlumat yoxdu. yalnız Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlarda MMC-nin qanuni təmsilçisinin isə Quliyev Mikayıl Faiq oğlu olduğu göstərilir.

Mikayıl Quliyev Faiq oğlu, Azərbaycan Respublikasının sabiq Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini və Gürcüstanda Azərbaycan Respublikasının Səfiri Faiq Quliyevin oğludur.

Göründüyü kimi, Gənclər və İdman Nazirliyinə tabeli “Azəridmanservis” MMC tərəfindən 2025-ci ildə idmana mallarının və geyimlərinin alınmasına ümumi dəyəri 2 milyon manatdan çox olan dövlət vəsaiti xərclənib. “Azəridmanservis” MMC-nin satınalmaların təşkili zamanı yol verdiyi qanun pozuntuları açıq-aşkar görsənir və müqavilə bağlanılan şirkətlərin formal olduğunu təsdiq edir.

Qeyd edək ki, “Azəridmanservis” MMC-nin direktoru Həsən Hüseynovdu. Onun bu vəzifəyə 2023-cü ildə təyin oldunduğu bildirilir./Aktualinfo.net/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gənclər və İdman Nazirliyində maliyyə pozuntuları barədə yeni detallar

    Gənclər və İdman Nazirliyində maliyyə pozuntuları ...

    15-01-2026, 21:30

  • 
  • Azad Rəhimovun fəaliyyəti yoxlanıldı

    Azad Rəhimovun fəaliyyəti yoxlanıldı ...

    2-02-2019, 12:34

  • 
  • Gənclər və İdman Nazirliyində tikinti layihəsində pozuntular aşkarlanıb - materiallar prokurorluğa göndərilib

    Gənclər və İdman Nazirliyində tikinti layihəsində ...

    16-10-2023, 14:22

  • 
  • Hesablama Palatası XİN-də maliyyə pozuntuları aşkarlayıb

    Hesablama Palatası XİN-də maliyyə pozuntuları ...

    1-04-2019, 21:04

  • 
  • Aygün Kazımovanın konsert afişasından nazirliyin adı çıxarıldı

    Aygün Kazımovanın konsert afişasından nazirliyin ...

    8-09-2017, 10:56


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu