Gundemxeber.az » Ölkə » Peskov Davosdakı qapalı görüşlə bağlı detalları açıqlamadı
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Davosda Rusiya və ABŞ nümayəndələri arasında keçirilən görüşlə bağlı sualları cavabsız qoyub.
Gundemxeber.com xəbər verir ki, Kreml sözçüsünün sözlərinə görə, Kirill Dmitriyev, Uitkoff və Kuşner arasında baş tutan təmaslar qeyri-ictimai xarakter daşıyıb və Ukrayna ilə bağlı nizamlanma məsələləri qapalı formatda müzakirə olunur.
Peskov bildirib ki, Ukrayna üzrə bütün danışıqların detalları açıq müstəvidə şərh edilmir.
Kreml sözçüsünün digər açıqlamaları:
Rusiya ABŞ, Avropa İttifaqı və Kiyev arasında Ukrayna üzrə aparılan müzakirələrin bütün məzmunu ilə tanış olmaqda maraqlıdır;
Fələstin prezidenti Mahmud Abbas yanvar ayında Rusiyaya səfər edəcək, sabah Rusiya–Fələstin danışıqları keçiriləcək;
Kreml Donald Trampın ABŞ-nin guya “heç kimə məlum olmayan silahlara malik olması” ilə bağlı açıqlamasına aydınlıq gətirməsini gözləyir./musavat.com
6-08-2025, 23:36
11-07-2025, 23:12
5-11-2025, 22:17
21-08-2017, 14:53
5-03-2025, 23:42
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?