GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qoşqar Təhməzlidən kömək istəyəndə öncədən təşəkkür etməyə tələsməyin!

Qoşqar Təhməzlidən kömək istəyəndə öncədən təşəkkür etməyə tələsməyin!

Tarix: 26-01-2026, 09:39 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 323

Budur, yeni 2026-cı ilin ilk ayını başa vurmaq üzrəyik. Hərə bir cür qarşıladı yeni ili. Min bir dərdi olan da hər şeyə rəğmən “bayramdır” deyib bayram süfrəsi açmaq, dost-qonaq yanında xar olmamaq üçün son imkanını da səfərbər elədi. Düşüncəsində özünə haqq qazandırdı: “Yeni il axşamını şad-xürrəm keçirim, təqvimin ilk gününü xoş əhvalla qarşılayım, sonrası Allah kərimdir”.


Amma sən saydığını say, gör fələk nə sayır. Şikayətinin əslini araşdırılması üçün Azərbaycan Qida Təhklükəısizliyi Agentliyinə, ictimailəşdirilməsi üçün də  redaksiyamıza ünvanlayan Yasamal rayon sakininin yeni il süfrəsinə sözün əsl mənasında zəhər qatıblarmış.

İndi isə vətəndaşın şikayətinə nəzər yetirək:

“31 dekabr 2025-ci il tarixdə ölkəmizdə Dünya Azərbaycanlılarının  Həmrəylik Günü münasibətlə keçirilən bayram şənliyi ilə əlaqədar biz də evimizdə bayram süfrəsi açmaq qərarı verdik.

Bu münasibətlə 3,5 kq "hind" toyuğu və 2,5 kq "belomor" balığı alıb kabab bişirmək üçün qonşuluqda, Hüseyn Cavid prospekti 209-215 ünvanında yerləşən "Çinar Pub" kafesinə gəldik.

Kafedə kababçını soruşduq. Məlum oldu ki, adı çəkilən obyektin kababçısi Brilliant adlı bir xanımdır. Əti məndən təhvil alıb, çəkisini öz dəftərinə qeyd etdi. Və ətin hər kiloqramını 5 manat müqabilində bişirəcəyini bizə bildirdi. Bir saatdan sonra yenidən həmin kafeyə döndüm. İçəridəki əməkdaşlar bildirdilər ki, bir azdan hazır olar. Gözlədiyim müddət ərzində özümə içəcəklər sifariş etdim. Ümumi borcumun 33 manat olduğunu öyrənib ödəniş etdim.

Kababçı özu şəxsən əti təhvil almasına baxmayaraq, kababı mənə başqa bir qız əməkdaşı təhvil verdi. Bayram günü səbirsizliklə kababı gözləyən qonaqlarım və ailəm sarsıntı keçirdilər. Belə ki, 1 tikə deyil, 3 tikə deyil bütöv 6 kiloqramdan artıq kabab kömür kimi qaralmışdı. Bir sözlə, kabab yararsız hala salınmışdır. Qeyd edim ki, kababın yanmış hissələri belə kəsilib atılmamışdır. Kabab həddən artıq qara-yanıq olmuşdu, bu da yeməyin dadına təsir göstərmişdir. 

Belə yemək də sözsüz ki, sağlamlığımız üçün təhlükəli hesab olunur. Cünki bu zaman kanserogen maddələr əmələ qəlir. Görünür ki, kabab kömürlə birbaşa, çox yaxın təmasda olub və yaxud da obyektin kababçısı naşıdır.

Bildiyimiz kimi, ətin yanmış hissələrində heterosiklik amillər (HCA) və polisiklik aromatik hibrokarbonlar (PAN) kimi maddələr xərçəng riskini artırır.

01.01.2026-cı il tarixdə yanmış kababı və obyektə məxsus qazanı qötürüb obyektə doğru getdim. 2-3 dəfə getməyimə baxmayaraq, obyekt qün ərzində açılmadı.

Ancaq qünün sonuna yaxın saat 18-19 radələrində gəzinti zamanı obyektin qapısının açıq olduğunu və obyektin qarşısında 2 əməkdaşı görüb onlara yaxınlaşdım. Baş vermiş hadisənin onlara danışdım, lakin onlar anlaşılmazlıq nümayiş etdirib, "sabah gələrsən, indi bağlıyıq" söylədilər.

02.01.2026-cı il tarixində saat 12:00 radələrində qonşu Elnur ilə yanmış kababı götürüb obyektə getdik. Yanmış kababı Brilliant xanıma göstərib sarsıldığımızı bildirdik. Brilliant xanım bizi gözəl anladığını, problemi aradan qaldıracağını bildirdi. Bütün bunlara baxmayaraq, həmin günü axşam saat 20-21 radələrində Brilliant xanım verdiyi sözü danaraq bildirdi ki, "kababı bişirib pulunu müdirə vermişəm, bu səbəbdən sabah, yəni 03.01 2026-cı il tarixdə müdir obyektə gələndə siz də gələrsiniz".

Bir sözlə, bu obyektdə özbaşınalıq baş alıb gedir. Burada insanların nə sağlamlıq baxımından təhlükəsizlyi, nə də mənəvi sarsıntıları nəzərə alınır. 

Bu cür halları sıradan bir vətəndaş aradan qaldıra bilməz. Baxmayaraq ki, təhlükəsizlimizi özümüz qorumağımız üçün yediyimiz qidalara xüsusi fikir verməliyik.

Şükürlər olsun ki, bu gün məmləkətinimizdə bu çür hallarla müvafiq qurumlar mübarizə aparırlar. Düşünürəm ki, təşkilatınız şikayətimi obyektiv araşdırıb ədalətli qərar verəcək. Əks halda bu kimi obyektlər insanlarımızın həyatını təhlükəyə atmağa davam edəcəklər.

Öncədən təşəkkür edirəm”.

Vətəndaşın redaksiyaya verdiyi əlavə məlumata görə, AQTA-ya şikayət edəndən sonra qurum sözügedən obyektdə yoxlama aparıb, 4 gün obyekt bağlı saxlanılıb. Amma buna baxmayaraq, obyekt sahibi cərimə olunmayıb. Nə də ki, obyekt sahibi istehlakçıya vurduğu ziyanın qarşılığını ödəməyib. Heç üzrxahlıq da etməyib. Nəhayət, obyekt normal şəkildə işinə davam edib.

Ümumən 130-150 manat maddi ziyana düşdüyünü, ən əsası isə bayram günü qanı qara qaralaraq qonaqları yanında pərt olan, mənəvi zərər gördüyünü deyən şikayətçiyə isə 15.01.2026-cı il tarixdə belə bir məzmunda yayındırıcı məktub göndəriblər:

“Müraciətinizlə bağlı adıçəkilən qida obyektində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış Çıxarışa və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əməkdaşlarımız tərəfindən plandankənar (növbədənkənar) yoxlama həyata keçirilmişdir. Keçirilən yoxlama zamanı qida obyektində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktKeçirilən yoxlama zamanı qida obyektində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına dair bir sıra faktlar aşkar edilmiş və qida obyektinin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.

Eyni zamanda qeyd olunan məsələ ilə əlaqədar olaraq qida obyektinin rəhbərliyinə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət edilməsi barədə icrası məcburi göstərişlər verilmiş və bu sahədə qanunvericiliyin tələbləri izah edilmişdir”.

AQTA rəhbəri Qoşqar Təhməzli, Agentliyin Bakı regional bölməsinin rəis müavini Pərvin Balayev və onların “Çinar Pub” kafesinə yoxlamaya göndərdikləri müfəttiş bununla da işlərini görmüş, vəzifələrini bitirmiş hesab ediblər. Belə çıxır ki, AQTA əməkdaşları hansısa maraqlar qarşılığında vətəndaşın hüquqlarını pozaraq, kafeyə “yaşıl işıq” yandırıblar.

Gəlin, xatırlayaq görək, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu hansı zərurətdən qəbul olunmuşdu. Həmin qanunun qəbuluna qədər nəzarətedici orqanlar istədikləri vaxt istədikləri obyektdə yoxlama aparır, sahibkarların fəaliyyətinə süni maneələr yaradırdılar. Sahibkarlar isə heç bir neqativ hala yol vermədikləri təqdirdə belə, ən azı yoxlama dövründə vaxt itirməsinlər deyə nəzarətçi orqanların funksionerlərinə rüşvət verirdilər. Hərçənd, qanunda nəzarətedici orqanın növbədənkənar yoxlama aparması üçün istisna hallar nəzərdə tutuldu. Məsələn, sahibkarlıq subyektinin fəaliyyətindən şikayət olunduğu hallarda belə yoxlamaların aparılmasına icazə verilir. Başqa sözlə, məlum qanun həm də korrupsiyaya qarşı tədbir kimi qəbul olunmuşdur.

İndi isə baxaq görək, vətəndaşın şikayəti nə ilə nəticələnib: Nəzarətedici orqan qanundakı istisnadan dolayı obyektdə növbədənkənar yoxlama aparmaq fürsəti qazanıb. Dörd gün obyekti bağlı saxlayıb (daha uzun müddətə də bağlaya bilərdi). Sahibkarın barəsində inzibati protokol tərtib edib (Sahibkarın nə qədər cərimə olunduğu şikayətçiyə bildirilməyib). Ancaq zərərçəkənə məhkəməyə müraciət edərək çəkdiyi ziyanın məbləğini sahibkardan istəməsi üçün əl yeri də qoyulmayıb. Məktubu tərtib edən cənab Ballayev adresata hətta heç xatırlatmayıb da ki, onun məhkəməyə müraciət etmək hüququ var.

AGTA struktur vahidinin şikayətçiyə verdiyi cavabdan bilinmir ki, qida obyektində aparılan yoxlama nəticəsində aşkar olunan pozuntular birbaşa və ya dolayısı ilə şikayətin motivi ilə əlaqəlidir, ya yox. Təbii ki, AQTA-nın kafe sahibinə verdiyi icrası məcbur göstərişlər sırasında şikayətçiyə dəyən 130-150 manat ziyanın ödənilməsi öhdəliyi yoxdur. Yəni sabah sahibkar deyə bilər ki, şikayətçi yalan danışır, onun kababı yandırılmayıb, Agentliyin əməkdaşları isə obyektdə tamam başqa pozuntular aşkarlayıblar.

Şirin Cəfəri

Gundemxeber.com


Qeyd: Şikayətçi bildirir ki, bu məsələni müvafiq orqanlar qarşısında prinsipial əsasda qaldırmaq niyyətindədir. Şikayətçi deyib: “Əgər AQTA kimi dövlət qurumu vətəndaşın müraciətinə bu qədər laqeyd yanaşırsa, mənim başqa çarəm yoxdur. Əgər adı çəkilən qurum bu hadisəyə bu qədər laqeyd yanaşırsa, bu, onların bütün məsələlərə qarşılıqlı maraqlara əsaslanan yanaşmasının bariz nümunəsidir. Bir sözlə, onların vətəndaşları “yolavermə” siyasəti davam edir.”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsmayıllıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il təntənə ilə qeyd olundu

    İsmayıllıda Dünya Azərbaycanlılarının Həmrəylik ...

    29-12-2016, 21:15

  • 
  • Yeni il bayramında 5 gün iş olmayacaq

    Yeni il bayramında 5 gün iş olmayacaq ...

    4-11-2014, 12:07

  • 
  • Polis bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

    Polis bayram günlərində gücləndirilmiş iş ...

    27-12-2018, 12:48

  • 
  • Bu gün - Azərbaycanlıların Həmrəylik Günüdür

    Bu gün - Azərbaycanlıların Həmrəylik Günüdür ...

    31-12-2013, 00:26

  • 
  • Qiymətlərin bahalaşması

    Qiymətlərin bahalaşması ...

    24-12-2013, 10:17


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu