GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Suriya prezidentinin Rusiyaya ikinci səfəri – beynəlxalq ictimaiyyətlə genişlənən əlaqələr -ŞƏRH

Suriya prezidentinin Rusiyaya ikinci səfəri – beynəlxalq ictimaiyyətlə genişlənən əlaqələr -ŞƏRH

Tarix: 28-01-2026, 19:22 Bölmə :Ölkə / Dünya Baxış: 7


Suriya Prezidenti Əhməd əş-Şaraa bu gün Rusiya Federasiyasına işgüzar səfər edəcək. O, səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Kremlin mətbuat xidmətinin açıqlamasına əsasən, onlar müxtəlif sahələrdə ikitərəfli əlaqələrin vəziyyətini və inkişaf perspektivlərini, həmçinin Yaxın Şərq regionunda cari vəziyyəti müzakirə etməyi planlaşdırıblar.


: Bu, prezidentliyi dövründə Əhməd əş-Şaraanın Rusiyaya ikinci səfəridir. O, Rusiyaya ilk səfərini 2025-ci il oktyabrın 15-də edib. Moskvanın müttəfiqi olmuş Bəşşar Əsəd rejimi devriləndən, Rusiyaya sığınandan təxminən bir il sonra Əhməd əş-Şaraanın səfəri rəsmi Dəməşqin iki ölkə arasında əlaqələrin və münasibətlərin normallaşması istiqamətində atdığı addım idi.

Həmin vaxt Vladimir Putin onunla Kremldə görüş keçirərək bildirmişdi ki, iki ölkə arasında münasibətlər həmişə dostluq xarakteri daşıyıb, Moskva Suriya xalqının maraqlarını əsas götürüb. O qeyd edib ki, 4000-dən çox gənc suriyalı Rusiya universitetlərində təhsil alır və onlar ölkənin bərpasında rol oynamalı olacaqlar. Rusiya liderinin sözlərinə görə, Suriya çətin dövr yaşayır, ancaq keçirilmiş parlament seçkiləri siyasi qüvvələr arasında qarşılıqlı əlaqəni gücləndirəcək.

 

Əş-Şaraa cavab çıxışında demişdi ki, Dəməşq Moskva ilə münasibətlər kompleksini yenidən başlamağa çalışacaq: "Yeni Suriyanın inkişafında Rusiyanın ciddi rolu olacaq".

Daha sonra danışıqlar qapalı rejimdə davam etmişdi, səhər yeməyində işgüzar formatda 2,5 saat sürmüşdü. Onda tərəflərin münasibətlərin inkişafını, iqtisadi-ticarət və humanitar sahələrdə vəziyyəti, Yaxın Şərqdəki son hadisələri, habelə Tartus və Hmeymimdəki Rusiya hərbi bazalarının gələcəyini müzakirə etdiklərinə dair məlumatlar yayılmışdı.

Suriya Prezidenti səfərdən sonra verdiyi müsahibədə Rusiya ilə münasibətlərə yüksək qiymət verdiyini vurğulamışdı: "BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğu üçün Rusiya bizə lazımdır. Bir sıra məsələlərdə onun dəstəyinə ehtiyacımız var. Onunla strateji maraqlarımız üst-üstə düşür".

 

Hafiz Əsəd və oğlu Bəşşar Əsədin prezidentliyi dövründə Suriya dünyanın bir hissəsindən müəyyən mənada təcrid edilmişdi. Ata Əsəd Suriya Ərəb Respublikasının (SƏR) əlaqələrini əsasən SSRİ ilə qurmuş, onun himayəsinə sığınmışdı. Bəşşar Əsəd hakimiyyətə gələndən sonra ABŞ, Türkiyə ona islahatlar aparmağı, atasındanqalma idarəetmə sistemindən imtina etməyi məsləhət görmüşdülər. Ancaq o, Rusiya və İranla əlaqələrə üstünlük verdi, Türkiyə və Qərbə qarşı çıxdı. Bununla da dünyanın bir hissəsi ilə münasibətləri kəsmiş oldu. Nəticədə İran onu müdafiə edə bilmədi. Ölkəsi parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Suriya nefti və başqa təbii sərvətləri özbaşına olan siyasi-silahlı qruplaşmalar tərəfindən talan edildi. Həmin qruplar, daha dəqiqi, keçmiş PKK terror dəstəsinin Ərəb Respublikasındakı YPG-PYD qolu, onların yaratdığı "Suriya Demokratik Qüvvələri" ("SDQ") indi ölkəni parçalamağa cəhd göstərir.

Hazırda Suriya Silahlı Qüvvələri qaçaq neftin pulları hesabına fəaliyyət göstərən bu separatçı silahlı qüvvələrin tərk-silah edilməsi istiqamətində əməliyyat aparır. Bu istiqamətdə Əhməd əş-Şaraa hakimiyyətinə ABŞ, Türkiyə və Avropa ölkələri də dəstək verirlər. ABŞ "SDQ" və ətrafındakı qüvvələrdən İŞİD terror qruplaşmasına qarşı mübarizədə istifadə edildiyini, onlara bu istiqamətdə çoxlu maliyyə yardımı verildiyini bəyan edib. Ağ Ev "SDQ"çilərin qaçaq xam neft satdıqlarını da gizlətməyib.

Əhməd əş-Şaraa B.Əsəddən fərqli olaraq ölkəsinin dünyanın bütün dövlətləri, xüsusilə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə münasibətləri bərpa etmək məqsədilə çoxsaylı xarici səfərlər həyata keçirir.

Ötən ilin yazında o, Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə rəsmi səfər etmişdi. Bu onun Avropa ölkələrinə ilk rəsmi səfəri olub.

 

2025-ci ilin yayında Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Dəməşqə səfər etmiş, Prezident Əhməd əş-Şaraa ilə görüşmüşdü. Bununla da iki ölkə arasında 14 ildən sonra diplomatik münasibətlər qurulmuşdu.

Britaniya XİN rəhbəri 2025-ci ildə Əsəd rejimindən qalan kimyəvi silahların məhv edilməsi məqsədilə Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına 2 milyon funt sterlinq (təxminən 2 milyon 758 min dollar) dəstək veriləcəyini bildirmişdi.

Böyük Britaniya keçən il Suriyada kommersiya və humanitar xidmətlərin dəstəklənməsinə 94,5 milyon funt sterlinq ayırmışdı.

Əhməd əş-Şaraanın keçmiş siyasi-hərbi fəaliyyəti Qərbi narahat edir, onlar insan hüquqlarının, o cümlədən qadın haqlarının qorunacağından və müdafiə olunacağından narahatlıqlarını gizlətmirdi. Ancaq rəsmi Dəməşq qadınlara münasibətdə İŞİD, "Əl-Qaidə", "Taliban" kimi silahlı qrupları təkrarlamayacağını əməli işləri ilə təsdiqləməklə beynəlxalq ictimaiyyətin etimadını qazana bildi.

 

Əhməd əş-Şaraanın ötən il Səudiyyə Ərəbistanında ABŞ Prezidenti Donald Trampla görüşü, payızda isə Ştatlara səfəri rəsmi Dəməşqə göstərilən etimada nümunələrdəndir.

Əş-Şaraa hakimiyyəti Əsəd rejimini dəstəkləmiş Çin hakimiyyəti ilə də münasibətləri normallaşdırmağa nail olub. Bu ölkənin səfirliyi Dəməşqdə fəaliyyətə başlayıb. Əlaqələr bərpa olunandan sonra rəsmi Pekin Suriya əhalisinə 380 milyon yuan (55 milyon dollar) humanitar yardım ayırıb.

Bu il yanvarın 9-da isə Əhməd əş-Şaraa Dəməşqdə Avropa İttifaqının rəhbərləri – Antoniu Koşta və Ursula fon der Lyayeni qəbul edib. Aİ rəsmiləri Suriyanın bərpası və yenidən qurulmasına kömək etmək üçün mümkün olan hər şeyi edəcəklərini boyun olublar.

 

Suriya və İsrail arasında da təhlükəsizlik məsələlərinə dair görüşlər keçirilir, danışıqlar aparılır.

Bu kimi məlumatlar mövcud hakimiyyətin bir il ərzində beynəlxalq ictimaiyyətlə əlaqələri genişləndirməsini, dəstəklənməsini təsdiqləyir.

Suriya prezidentinin Rusiyaya ikinci səfəri bu planın davam etdiyini göstərir.

Moskva ilə Dəməşqi 1950-ci illərdən möhkəm əməkdaşlıq bağlayır. Bu, hərbi sahəni də əhatə edirdi. Onda sovetlər Suriya ordusunun qurulmasında fəal iştirak edib.

2024-cü il dekabr dəyişikliyindən, Əsəd rejimi devrildikdən sonra Rusiyanın bu ölkədəki hərbi bazalarının taleyi şübhəli idi. Hətta hadisələr vaxtı ora hücum ediləcəyi də gözlənilirdi. Onda RF hərbçilərinin bir hissəsini Liviyaya köçürmüşdü.

Rusiyanın Suriyada iki hərbi obyekti var - Tartus liman şəhərində RF Hərbi Dəniz Donanmasının maddi-texniki təminat məntəqəsi və Latakiya əyalətində Cəblə şəhəri yaxınlığında yerləşən Hmeymim aviabazası. Bu bazalardan Bəşşar Əsəd rejiminin müdafiəsi məqsədilə hərbi əməliyyatlarda istifadə edildiyi istisna olunmur.

Ötən ilin sonunda Vladimir Putin Moskvada Suriyanın xarici işlər naziri Əsəd Həsən Əş-Şeybanini və müdafiə naziri Murhaf Əbu Kasranı qəbul etmişdi. Görüşdə qarşılıqlı maraq doğuran geniş siyasi, hərbi və iqtisadi məsələlər, xüsusilə hərbi sənaye sahəsində strateji əməkdaşlığa xüsusi diqqət yetirilmişdi. Suriya Ordusunun müdafiə qabiliyyətini gücləndirmək və hərbi sənayedəki müasir tendensiyalara uyğunlaşdırmaq üçün hərbi-texniki tərəfdaşlığın inkişaf yollarını nəzərdən keçirmişdilər. Onda Vladimir Putin Rusiyanın Suriyaya dəyişməz və ardıcıl dəstəyini təsdiqləyərək ölkənin birliyi, ərazi bütövlüyü və tam suverenliyinin qorunmasının vacibliyini vurğulamışdı.

Əhməd əş-Şaraanın səfirindən bir gün öncə Rusiyanın hərbçilərini Suriyanın şimal-şərqindəki Əl-Kamışlı aerodromundan çıxardığına dair məlumat yayılmışdı. Bildirilib ki, RF hərbi texnika və ağır silahları Hmeymim bazasına köçürür, qalanı isə xidmətini davam etdirmək üçün Rusiyaya qayıdacaq.

 

Həmin bölmələr Əl-Kamışlı hava limanında 2019-cu ildən etibarən yerləşdirilib. Bu, Moskvanın Suriyanın Aralıq dənizi sahilindəki Hmeymim hava bazası və Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təminat məntəqəsi ilə müqayisədə nisbətən kiçik kontingentdir.

Yanvarın 26-da "Reuters"in müxbiri əl-Kamışlı aerodromu üzərində hələ də Rusiya bayraqlarının dalğalandığını, uçuş-eniş zolağında isə RF tanınma işarələri olan iki təyyarənin olduğunu müşahidə edib.

Rusiya Müdafiə Nazirliyi bu məlumatlara hələ ki rəsmi münasibət bildirməyib.

Rusiya hərbi bazalarının Suriyada qalması Moskva üçün vacib məsələlərdən sayılır. Kreml bununla Yaxın Şərqdə hərbi mövcudluğunu nümayiş etdirir. Habelə, perspektivdə bu gücdən maraqlarının təmin olunması üçün yararlanmağı hədəfləyir.

Belə qənaətə gəlmək olar ki, Əhməd əş-Şaraanın bu səfəri zamanı RF-nin ölkəsindəki hərbi bazalarının taleyinə elə də çox yer ayrılmayacaq. Ehtimal etmək olar ki, Bəşşar Əsədin, onunla birlikdə Suriyada qanlı faciələrə bais olmuş, Moskvaya sığınanların təhvil verilməsi danışıqların əsas mövzularından ola bilər. Bundan başqa "SDQ"nin tərk-silah olunması, onun inteqrasiya razılaşmasına əməl etməsi də müzakirə oluna bilər. Çünki Rusiya Suriyada da fəaliyyət göstərən PKK-nı terrorçu qruplaşma olaraq tanımayıb. Hətta 2014-cü ildə və ondan sonra bu qruplaşmanın qollarından, o cümlədən PYD-dən Türkiyə və Suriya müxalifətinə qarşı istifadə edilib. 2016-cı ildə PYD Rusiyada - Moskva və Sankt-Peterburqda öz nümayəndəliyini açıb.

 

Həmin dövrdə Kremlin Suriya siyasəti qarışıq idi. Bir tərəfdən Bəşşar Əsədi müdafiə edir, digər yöndən isə ona müxalifət sayılan PYD kimi qruplaşmaya himayədarlıq edirdi.

Odur ki, Əhməd əş-Şaraa rusiyalı həmkarı Vladimir Putinlə bu qruplaşma ilə bağlı fikirlərini çatdıra bilər. Hazırda Suriyada sabitlik, təhlükəsizlik, suverenlik, ərazi bütövlüyü üçün bu qruplaşmanın tərk-silah və inteqrasiya olması vacibdir.

Bu səfər həm də mövcud hakimiyyətə cəmiyyətin inamının artmasına təkan verər. Çünki Suriyada qərbsevərlər kimi, rusiyayönlülərin olduğu da istisna edilmir. Bu baxımdan, Suriya cəmiyyətində birliyi təmin etmək məqsədilə bu səfər əhəmiyyətli sayılır. Düzdür, Ukrayna ilə müharibə fonunda RF-nin iqtisadiyyatı çox ciddi problemlər, ilk növbədə, sanksiyalarla üz-üzədir. Bu ona SƏR ilə bu istiqamətdə əməkdaşlıq etmək imkanlarını azaldır. Ona görə də belə qənaətə gəlmək olar ki, Əhməd əş-Şaraanın Rusiyaya səfəri daha çox ictimai-siyasi və hərbi mahiyyət daşıyır.

Belə ehtimal etmək olar ki, Moskva bu ölkədə hərbi bazalarının qalmasına, onunla hərbi-siyasi, diplomatik əlaqələrin bərpasına və genişlənməsinə çalışır, Dəməşq isə Rusiyanın separatçılara dəstəyini dayandırmasını, habelə Suriyanın və Bəşşar Əsədin RF banklarında saxladığı maliyyə vəsaitinin qaytarılmasını istəyir.

 

Bütün bunların Əhməd əş-Şaraa hakimiyyətinin güclənməsinə, Suriyanın ərazi bütövlüyü, suverenliyinin və təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyi istisna olunmur. Rəsmi Dəməşqin beynəlxalq münasibətlərdə bloklara deyil, ikitərəfli əlaqələrə üstünlük verməsi də regional maraqların təmin olunmasına yardım edər.(Report)


Sədrəddin İsmayılov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Əsədi Suriyaya verə bilər – ŞOK GƏLİŞMƏ

    Putin Əsədi Suriyaya verə bilər – ŞOK GƏLİŞMƏ ...

    27-01-2026, 15:34

  • 
  • Ruhani Rusiyaya gedir

    Ruhani Rusiyaya gedir ...

    31-01-2017, 21:21

  • 
  • Putin İranın xarici işlər nazirini qəbul edib

    Putin İranın xarici işlər nazirini qəbul edib ...

    17-04-2025, 23:03

  • 
  • Suriya müxalifəti Rusiyaya rədd cavabı verdi

    Suriya müxalifəti Rusiyaya rədd cavabı verdi ...

    29-12-2012, 11:49

  • 
  • İran prezidentinin Ermənistana səfər proqramı

    İran prezidentinin Ermənistana səfər proqramı ...

    18-12-2016, 23:44


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu