GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » TƏCİLİ: “AZKONTRAKT”IN BİNASI YER AXTARAN REDAKSİYALARA VERİLİR…

TƏCİLİ: “AZKONTRAKT”IN BİNASI YER AXTARAN REDAKSİYALARA VERİLİR…

Tarix: 30-01-2026, 14:28 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 81

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının balansında və idarəçilində olan “Azərbaycan” nəşriyyatı əsaslı təmirə dayandırıldığından fevralın 1-dən demək olar bütün redaksiyalarla icarə müqaviləsinə son verilib. Hazırda nəşriyyatda yerləşən çoxsaylı redaksiyalar, o cümlədən “Ədəbiyyat”, “Təzadlar”, “Azərbaycan”, “Ədalət”, “Bakı-xəbər”, “Paralel”, “Şərq” və s. qəzetlərin, həmçinin 100-ə yaxın elektron media subyektlərinin, LAFTV, ReaksiyaTV, SəngərTV vəs. resursların köçürülməsi davab edir. Lakin ortaya bir məsələ çıxıb: uzun illərdir “Azərbaycan” nəşriyyatında yerləşən və külli miqdarda icarə haqqı ödəyən redaksiyalara alternativ yer təklif edilmədiyindən, hazırda jurnalistlərin ciddi narahatlığı ortadadır. Kənar yerlərdə isə icarə haqqı olduqca bahadır. Üstəlik, oturuşmuş redaksiyaların əmlaklarının daşınması və yerləşdirilməsi üçün universal-ixtisaslaşmış məkan mövcud deyil. Kimi məcburən Mərdakana bağ evinə köçmək, kimi “Binə” TM-dəki boş dükan yerlərinə, kimi Sumqayıta və s. getmək istəyir. Amma bu gələcəkdə redaksiya fəaliyyətini sıfıra endirməli olacaq. Çünki belə olanda həm jurnalistlərin hansısa rəsmi və ya qeyri-rəsmi tədbirlərə əlçatanlığı pozulur, həm də redaksiyalara gələn-üz tutan şikayətçilərin, müsahiblərin, qonaqların… gəlişi mümkünsüzləşir. Məsələn, redaksiyaya gələn qonağa nə deyək: “Sizi evə dəvət edirik, yoxsa iş yerinə-redaksiyaya?”.

Təkrar edirik, redaksiyaların indi əsas problemi alternativ məkanların olmamasıdır. Bəs redaksiyaların pərən-pərən salınmasının qarşısının alınması üçün nə edilməlidir? “Təzadlar” qəzetinin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili bu barədə danışdı, təkliflərini də verdi:

-Bəli, redaksiyaların əsaslı təmirə dayanan nəşriyyatdan köçürülmələri jurnalistlər üçün ciddi problemlər yaradıb. Ən vacibi, rəsmi qurumlar redaksiyalara müvəqqəti məskunlaşmaq üçün alternativ yer əklif etmədi deyə, belə narahatlıq yaranıb. Lakin mən nəşriyyatın direktoru, hörmətli Leyla xanım Güləliyeva ilə görüşdüm, iki suala cavab tapdım: birincisi, redaksiyalar sonradan nəşriyyata qaytarılacaqmı, ikincisi, nəşriyyatın söküləcəyi deyilir, bu belədirmi? Leyla xanım bildirdi ki, xeyr, nəşriyyatın sökülməsi baş verməyəcək və təbii ki, təmir bitəndən sonra Azərbaycan jurnalistlərinin Evi kimi tanınan bu məkan onları qəbul edəcək!

-Bəs redaksiyalara alternativ yer təklifi…

-Yox, bu sual cavabsız qaldı. Çünki nəşriyyatın öz işçiləri də ərazidə müvəqqəti yerləşdirilməkdədir…

-Bəs siz nə təklif edərdiniz? 

-Məsələ belədir: “Təzadlar” qəzeti 1993-cü ildən nəşriyyatda icarədədir. Aya ortalama 450 manat icarə haqqı götürsək, indiyədək 396 ay ərzində hesabına 178 min 200 manat icarə haqqı ödədiyimiz nəşriyyatdan çıxarılırıqsa, nəsə bir güzəşt, kompensasiya, alternativ yer və s. olmalı idi. Təbii ki, bu məsələ nəşriyyata aid deyil, aidiyyəti qurumlar bunu nəzərə almalıdır… İnanıram ki, yenə də rəsmi qurumlar redaksiyaların vəziyyətini qiymətləndirərək lazımi addım atacaqlar. Çünki biz redaksiyaların işi nədir: informasiya istehsal etmək, Azərbaycanın haqq işini dünyaya yaymaq və cəmiyyətimizi maarifləndirmək! Bir çox redaksiyalar var ki, bizim kimi, dövlətdən yardım almadan bunu təmənnasız, daxili hesabımıza edirik… Yaranmış vəziyyətlə bağlı isə bir təklifim var: Bakıda, ləğv edilmiş “Azkontrakt”ın (vaxtilə “Lider” TV-nin yerləşdiyi) Şəfayət Mehdiyev küçəsi-83 ünvandakı binası iki il əvvəl bəzi siyasi partiyalara icarəyə verilib. Elə partiya var ki, 5-10 üzvü var və fəaliyyətləri üçün bir neçə otaq yetər. Məsələn, bildiyim qədər, həmin binada AĞ Partiya ilə yanaşı, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Milli Vəhdət Partiyası, Milli Həmrəylik Partiyası da daxil 10-a yaxın siyasi təşkilat yerləşib. 22 mərtəbəli həmin binanın yaşı elə təxminən “Azərbaycan” nəşriyyatı binasının yaşı qədərdir, əla vəziyyətdədir. Aldığım məlumata görə, həmin binada yetərincə boş sahələr var və redaksiyaları orada müvəqqəti yerləşdirmək olar. Bu həm də jurnalistlərin pərakəndə düşməsinin qarşısını alar. Bəzən dövlət əhəmiyyətli məsələlərdə jurnalistlərimizi həmrəy görmüşük, indi də bu həmrəyliyi qorumaq üçün onları bir məkanda cəm etmək lazımdır… Aldığım məlumata görə, Prezident Administrasiyasında bu barədə müzakirələr aparılır… Qısası, məcburi köçkünlər düz 30 il doğma yurdlarının arzusu ilə yaşadılar və bu arzu onları Cənab Prezidentin Dəmir yumruğu ilə yenidən öz yerlərinə qaytardı. Hesab edirəm ki, jurnalistlərimizin də yenidən “Azərbaycan” nəşriyyatına qayıtmaq arzusu ölkə rəhbərliyinin mediaya Dövlət qayğısı siyasəti sayəsində reallaşacaq…

Yazdı: Y.Məmmədli

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycan” Nəşriyyatındakı 200 redaksiyaya XƏBƏRDARLIQ ediləcək

    “Azərbaycan” Nəşriyyatındakı 200 redaksiyaya ...

    8-11-2018, 11:22

  • 
  • “Azərbaycan” Nəşriyyatı “Gündəm Xəbər"lə icarə müqaviləsini ləğv edib

    “Azərbaycan” Nəşriyyatı “Gündəm Xəbər"lə ...

    6-02-2018, 22:20

  • 
  • “Binə” və “Sədərək”də nə baş verir? – İşləməyənələrdən də icarə haqqı tələb olunduğu deyilir

    “Binə” və “Sədərək”də nə baş verir? – ...

    19-05-2020, 15:23

  • 
  • Sumqayıtda “Bazarstore”-“Qızılgül” qalmaqalı

    Sumqayıtda “Bazarstore”-“Qızılgül” qalmaqalı ...

    4-08-2015, 11:57

  • 
  • “Azərbaycan” Nəşriyyatı haqqında yazılanlar həqiqətə uyğun deyil - MÖVQE

    “Azərbaycan” Nəşriyyatı haqqında yazılanlar ...

    4-12-2019, 15:30


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu