GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "BEAUTY DERM” Mərkəzində Esmira İbrahimova necə qanunsuz estetik əməliyyatlar edir? VİDEO

"BEAUTY DERM” Mərkəzində Esmira İbrahimova necə qanunsuz estetik əməliyyatlar edir? VİDEO

Tarix: 2-02-2026, 11:22 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 12

"BEAUTY DERM” Mərkəzində Esmira İbrahimova necə qanunsuz estetik əməliyyatlar edir? VİDEO
Bakıda fəaliyyət göstərən “BEAUTY DERM” Estetik Mərkəzi və özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovanın fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar artıq tək-tək iddialar yox, ciddi sistem problemini üzə çıxarır.

Pasiyent şikayətləri, media materialları, foto və video sübutlar, eləcə də Səhiyyə Nazirliyinin rəsmi cavabları fonunda əsas sual açıq qalır - niyə bu indiyədək “BEAUTY DERM” Estetik Mərkəzində real yoxlama aparılmayıb?

Rəsmi cavab nə deyir?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi rəsmi cavabında bildirir ki, plastik cərrahiyyə əməliyyatları aparmaq hüququ yalnız Nazirliyin Xüsusi Təftiş Komissiyası tərəfindən təsdiqlənmiş plastik cərrahlar siyahısında (17.04.2025) adı olan şəxslərə məxsusdur.

Açıq şəkildə qeyd olunur ki, bu siyahıya daxil olmayan şəxslərin plastik cərrahiyyə fəaliyyəti qanunvericiliyin pozulması hesab edilir və belə hallarla bağlı qanuna uyğun tədbirlər görülməlidir.

Esmira İbrahimli bu siyahıdadırmı? Rəsmi məlumata görə Esmira İbrahimovanın Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıda adı yoxdur.
Eyni zamanda Səhiyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin açıqlamasında bildirir ki, aparılan araşdırma zamanı Esmira İbrahimovanın “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda olmadığı müəyyən edilib. Bu fakt artıq mübahisə predmeti deyil, rəsmi şəkildə təsdiqlənmiş haldır.

Buna baxmayaraq nə baş verir?

Şikayətçilərin iddialarına görə, cərrahi xarakterli boğazgərmə (boyun gərmə), üzgərmə, estetik əməliyyatlar, kosemtik prosedurlar aparılıb. Əməliyyat kliniki şəraiti şübhə doğuran “BEAUTY DERM” Estetik Mərkəzində icra olunub. Pasiyentin sağlamlığına ciddi zərər dəyib: uzunmüddətli ağrılar, kəsik izləri,
üz asimmetriyası, nitq pozuntusu yaranıb. Ödəniş edilib, lakin nəticələrə görə məsuliyyət qəbul edilməyib. Burada söhbət artıq estetik narazılıqdan yox, sağlamlığa zərər vurulması ehtimalından gedir.
Analitik Ekspertiza Mərkəzinin daha bir diqqətçəkən açıqlaması isə budur - “BEAUTY DERM” Estetik Mərkəzinin hansı sahibkarlıq subyektinə məxsus olması barədə rəsmi məlumat yoxdur.
Bu halda haqlı sual yaranır, Hüquqi statusu tam bəlli olmayan bir müəssisədə necə cərrahi əməliyyat aparıla bilər? Bu müəssisəyə kim və hansı əsasla fəaliyyət imkanı yaradıb?

“Şikayət edin” deməklə məsuliyyət bitirmi?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bildirir ki, yoxlamalar yalnız ödəniş qəbzləri, tibbi sənədlər və digər təsdiqedici materiallarla müşayiət olunan rəsmi müraciətlər əsasında aparılır.

Lakin ortada nə var - Media tərəfindən yayımlanmış video və foto sübutlar, bir neçə pasiyentin aidiyyatı qurumlara rəsmi şikayəti, tibb işçisi kimi qeydiyyatın olmaması faktı, qanun pozuntusunu təsdiqləyən rəsmi cavab. Bu qədər fakt fonunda dövlət qurumunun öz təşəbbüsü ilə yoxlama aparmaması cəmiyyətdə ciddi suallar yaradır.
Bildirilir ki, hüquq-mühafizə orqanlarında Esmira İbrahimova ilə bağlı araşdırma aparılır. Lakin, heç bir nəticə açıqlanmayıb. Nə inzibati, nə də cinayət məsuliyyəti ilə bağlı ictimaiyyətə məlumat verilməyib. Üstəlik iddialara baxmayaraq, fəaliyyətin davam etdiyi deyilir.
Kimdir bu qanunlardan üstün olan şəxs və ya mexanizm ki, Esmira İbrahimoavanı və “BEAUTY DERM” Estetik Mərkəzi bu qədər faktlara baxmayaraq toxunulmaz qalır?

Ortaya çıxan faktlar göstərir ki, burada tək bir şəxsin fəaliyyəti yox, nəzarətsizlik, passivlik və məsuliyyətsizlik problemi var. Qanun açıqdır, siyahı mövcuddur, faktlar təsdiqlənib. Amma nəticə yoxdur. Şikayətlərlə bağlı “BEAUTY DERM” Estetik Mərkəzinin rəhbərliyi və Esmira İbrahimova açıqlama verməkdən imtina ediblər./Bizimesr.az/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Estetik əməliyyatlar edən Natəvan Əmirova cərrah deyilmiş

    Estetik əməliyyatlar edən Natəvan Əmirova cərrah ...

    7-11-2024, 19:31

  • 
  • Bakıda tanınmış klinika xəstələri qanunsuz əməliyyat edir? - Nazirliklə Klinika arasında qalmaqal

    Bakıda tanınmış klinika xəstələri qanunsuz ...

    12-10-2023, 00:08

  • 
  • Plastik cərrah kimi fəliyyətinə rəsmən icazə verilməyən Nurlan Həsənli yenidən İŞ BAŞINDA – FOTOFAKT

    Plastik cərrah kimi fəliyyətinə rəsmən icazə ...

    19-01-2026, 10:33

  • 
  • Kosmetoloq Aygün Ömərova lisenziyasız nece inyeksiya prosedurlarını həyata keçirir?

    Kosmetoloq Aygün Ömərova lisenziyasız nece ...

    13-04-2025, 13:50

  • 
  • `Reo-Med` adlı QƏSSABXANA... CAN ALIR... - İLGİNC FAKTLAR

    Reo-Med adlı QƏSSABXANA... CAN ALIR... - İLGİNC ...

    11-07-2024, 23:37


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu