GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Türkiyədə toyuq əti bahalaşdı, ixracı yasaqlandı - Azərbaycanda vəziyyət necədir?

Türkiyədə toyuq əti bahalaşdı, ixracı yasaqlandı - Azərbaycanda vəziyyət necədir?

Tarix: 9-02-2026, 22:38 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 4


Ramazan ayı ərəfəsində Türkiyə hökuməti oruc tutanların normal qidalanması üçün yenidən toyuq əti və toyuq məhsullarının ixracına qadağa qoyub.

Ramazan ayı ərəfəsində istehsalçı və satıcılar tərəfindən toyuq məhsullarının qiymətlərinin təxminən 15 faiz artırılmasından sonra Ticarət Nazirliyi toyuq məhsullarının ixracının bu gündən etibarən dayandırılacağını açıqlayıb.

Qeyd olunub ki, bu qərar daxili bazarda təklifin artırılması və qiymət artımlarının qarşısının alınması məqsədilə qəbul edilib. Nazirlik xəbərdarlıq edib ki, bazardakı proseslər yaxından izləniləcək və zərurət yaranarsa əlavə tədbirlər də gündəmə gələ bilər.

Qeyd edək ki, son illərdə Türkiyədə Ramazan ərəfəsində toyuq əti ixracına qadağanın qoyulması halları tez-tez təkrarlanır. 2024-cü ildə də Türkiyə Ticarət Nazirliyi toyuq əti ixracını aylıq maksimum 10 min tona qədər məhdudlaşdırmışdı. O zaman da Ticarət Nazirliyi toyuq əti qiymətlərinin bahalaşdığını əsas gətirmişdi. Kənar müşahidəçilər bahalaşmanın əsas səbəbi kimi mal və qoyun ətinin kəskin qiymət artımı fonunda əhalinin getdikcə daha çox hissəsinin nisbətən ucuz toyuq ətinə

Müsəlman ölkəsi olan Azərbaycanda da oruc tutanların sayı ildən-ilə çoxalır. Eyni zamanda ölkəmizdə də mal və quzu ətinin sürətli bahalaşması fonunda toyuq əti istehlakı artır. Bu şəraitdə Ramazan ayı müddətində Azərbaycanda toyuq əti təchizatı baxımından problem yarana bilərmi?

murvet6666.jpg (25 KB)

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənlinin Musavat.com-a dediyinə görə, ölkədə toyuq əti istehsalında artım var: “Statistikaya da baxsanız, görərsiniz ki, quşçuluq müəssisələrinin istehsalında artım dinamikası davam edir. Biz nəinki istehsalı artırırıq, həmçinin qiymət sabitliyini də saxlayırıq. Mal və quzu ətinin qiymətindəki bahalaşma toyuq ətindən yan keçib deyə bilərik. Buna nail olmağımızda cənab Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında dövlətin istehsalçılara tətbiq etdiyi dəstək mexanizmləri mühüm paya malikdir. Eyni zamanda quşçuluq təsərrüfatları artan tələbatı təmin etmək üçün istehsalı artırmağa davamlı yatırımlar edirlər. Bütün bunların sayəsində hazırda Azərbaycanda əhalinin toyuq əti və yumurta ilə təminatında hər hansı problem yoxdur. Kifayət qədər ət ehtiyatımız var, müqəddəs Ramazan ayı boyunca insanlarımızın süfrəsindən toyuq ətinin əskik olmayacağına tam zəmanət veririk”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, pərakəndə ticarət nöqtələrində ət satışının dəyəri 2025-ci ildə əvvəlki illə müqayisədə 44,7 faiz artaraq 188 milyon manatı ötüb. Dövlət Staistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ildə Azərbaycanda bütün növ ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 83,4 faiz təşkil edib. Bu isə o deməkdir ki, göstərici 2023-cü illə müqayisədə 1.9 faiz bəndi azalıb.

Ayrı-ayrı ət növləri üzrə təminat dinamikasına nəzər yetirdikdə aydın olur ki, 2024-cü ildə ölkənin mal əti və ət məhsulları üzrə özünütəminat səviyyəsi 88,5 faiz təşkil edib. Bu isə əvvəlki ilin nəticəsindən (88,4 faiz) cüzi - 0,1 faiz bəndi çoxdur. Qoyun və keçi əti üzrə özünütəminetmə səviyyəsində də artım var -  2023-cü ildəki  94,9 faizdən 96,5-ə qədər. Artım balıq və balıq məhsullarında da müşahidə olunub – 2023-cü ildəki 75,4 faizdən  ötən il 77,3 faizə.

Quş əti üzrə təminatda isə kəskin azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə göstərici 76,6 faiz təşkil edib ki, bu da 2023-cü ildəki 81,7 faizlə müqayisədə 5,1 faiz bəndi aşağıdır.

2024-cü ildə Azərbaycanda quş əti və ət məhsullarının istifadəsi 2023-cü ildəki 175 696 tondan 194 942 tona qədər artıb. İl ərzində bu məhsulların istehsalında da artım qeydə alınıb. Belə ki, istehsal 2023-cü ildəki 137 min 501 tondan 143 min 231 tona yüksəlib. Bu zaman əhalinin şəxsi istehlakı 166 139 tondan 184 183 tona qədər artıb.

Rəsmi statistikaya əsasən 2025-ci ildə Azərbaycanda quşçuluq müəssisələrində diri çəkidə 85,1 min ton quş əti və 1193,3 milyon ədəd yumurta istehsal olunub. Bu isə o deməkdir ki, quşçuluq müəssisələrində toyuq əti istehsalı əvvəlki illə müqayisədə 3,4 faiz, yumurta istehsalı  isə 3,8 faiz artıb.

İstehsalın artmasına rəğmən xaricdən toyuq əti idxalı da dayanmır. Belə ki, 2024-cü ildə Azərbaycana 65 milyon 986,14 min dollar dəyərində  38 533,72 ton bütöv, hissələrə ayrılmış, təzə və ya dondurulmuş formada ev toyuqlarının əti idxal olunub. 2025-ci ilin yanvar-noyabrında bu idxal 40 milyon 667,98 min dollar dəyərlə 24 990,93 tona bərabər olub.

Quş əti üzrə istehsal göstəricilərində artım olduğu halda niyə idxal dayanmır və özünütəminat səviyyəsi azalıb? M.Həsənli bildirir ki, ölkədə toyuq ətinə tələbat sürətlə artır: “Əvvəla, əhali sayı artır, ikincisi, ölkəyə gələn turistlərin sayı artır. Üçüncüsü isə mal və qoyun ətinin sürətlə bahalaşması fonunda quş əti qiymətləri sabit qalır, kəskin şəkildə ucuzdur. Nəhayət, kolbasa-sosiska və digər qida sənayelərində toyuq ətinə tələbat artır. Nəticədə toyuq əti istehsalının artım sürəti istehlak artımının sürətindən geri qalır.  Əvvəllər də qeyd etdiyim kimi, Azərbaycanın quşçuluq təsərrüfatları qısa müddətdə ət istehsalını kəskin artırmaq potensialına malikdirlər. Necə ki, biz 2-3 ildə damazlıq və süfrə yumurtası ilə özünütəminat səviyyəsini 100 faizdən yuxarıya çatdırıb, ixraca başlamışıq, eyni qaydada toyuq ətində də istehsalı artıra bilərik. Nəinki bilərik, bunu istəyirik də. Lakin bunun üçün ilk növbədə bizim istehsal müəssisələrimiz üçün torpaq ayrılması, mövcud müəssisələrin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi sahəsindəki bürokratik əngəllər aradan qaldırılmalı, müasir standartlara uyğun istehsal binalarının tikintisi prosesi asanlaşdırılmalıdır. Biz bununla bağlı müvafiq dövlət qurumlarına bir neçə dəfə müraciət etmişik. Bu məsələlər həll olunarsa, müəssisələrimiz tezliklə daxili tələbatı tam təmin edə, həmçinin ixraca başlaya bilərlər”./musavat.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mağazalarda və bazarda toyuq əti bahalaşdı

    Mağazalarda və bazarda toyuq əti bahalaşdı ...

    22-02-2017, 11:48

  • 
  • Yumurta və toyuq əti kəskin bahalaşıb – Səbəb

    Yumurta və toyuq əti kəskin bahalaşıb – Səbəb ...

    17-07-2018, 21:12

  • 
  • Bu bazarda təhlükəli ərzaq var... - Diqqət!

    Bu bazarda təhlükəli ərzaq var... - Diqqət! ...

    4-11-2017, 11:33

  • 
  • Gəncədə dönərxanalara yararsız toyuq əti paylayan müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

    Gəncədə dönərxanalara yararsız toyuq əti paylayan ...

    12-12-2019, 11:31

  • 
  • Mağazalarda toyuq əti qıtlığı

    Mağazalarda toyuq əti qıtlığı ...

    23-01-2017, 10:42


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu