GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Elmira Axundovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu

Elmira Axundovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu

Tarix: 11-02-2026, 22:03 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 49

Elmira Axundovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
Qaçaq səfir Elmira Axundovanın yaxın adamı Elnur İbrahimov Nəsimi Rayon Məhkəməsinə aşkar absurd iddia təqdim edib. Maraqlıdır ki, iddianın absurdluğu nəzərə alınmayıb və qəbul olunaraq hakim Həbibə Miriyevanın icraatına verilib. Elnur İbrahimov iddiasında Ali Məhkəmənin 10 il öncə çıxarılmış qərarında göstərilən 350 min manat ziyanın 200 min manat hesablanmasını tələb edir. Əgər Nəsimi Rayon Məhkəməsi Elnur İbrahimovun iddiasını təmin edərsə, faktiki olaraq Azərbaycan məhkəmə sistemində ən təhlükəli presedentlərdən biri ortaya çıxacaq. Məhkəmə artıq mövcud və qüvvədə olan ali instansiya qərarını faktiki olaraq qüvvədən salmış olacaq.

Bu baxımdan Elnur İbrahimovun təqdim etdiyi, hüquqi baxımdan əsassız, ziddiyyətli və qəbuledilməz olan iddianın icraata qəbul edilməsi də başadüşülən deyil. İş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin illər öncə çıxardığı və bu gün də qüvvədə olan qərar mövcuddur. İşdə tərəf olan zərərçəkmiş Fərman Məmmədovun Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi vəsatətdə açıq şəkildə göstərilir ki, Elnur İbrahimovun irəli sürdüyü iddia predmeti artıq Ali Məhkəmə tərəfindən hüquqi qiymət alıb. Hüquqi dildə desək, bu mübahisə “res judicata” yəni “həll olunmuş iş” statusundadır. Azərbaycan qanunvericiliyinə görə qüvvədə olan Ali Məhkəmə qərarı bütün məhkəmələr üçün məcburidir.

Elnur İbrahimovun iddiası niyə absurddur?

Fərman Məmmədovun vəsatətində xüsusi vurğulanan əsas məqam budur: Elnur İbrahimov öz iddiasını artıq hüquqi nəticə doğurmayan, sübut yükü olmayan və əvvəlki məhkəmə aktları ilə təkzib edilmiş arqumentlər üzərində qurur. Yəni məhkəməyə müraciət hüququndan sui-istifadə ortadadır. Fərman Məmmədov vəsatətində Elnur İbrahimovu məhz bu əməlinə görə 500 manat məbləğində cərimələnməsini tələb edir.

İddia faktiki və hüquqi əsasdan tamamilə məhrumdur, prosessual qanunvericiliyin açıq tələblərini pozur. Belə olan halda, bu iddia hansı hüquqi motivlə icraata qəbul edilib?

Nəsimi Rayon Məhkəməsinin davranışı istər-istəməz müxtəlif ehtimallar doğurur. Ali Məhkəmənin qərarının elementar şəkildə nəzərə alınmaması və ya qərarın bilərəkdən kənara qoyulması anlaşılmazdır. Qanunun aliliyinin formal bəyanata çevrilməsi təhlükəsi yaranır. Əgər bir rayon məhkəməsi qüvvədə olan Ali Məhkəmə qərarını görməzdən gələrsə, eyni iş üzrə yenidən mübahisə açarsa və əsassız iddiaları icraata qəbul edərsə, o zaman sabah istənilən şəxs bəyənmədiyi hər hansı qərarı yenidən məhkəməyə daşıya bilər. Top indi Nəsimi Rayon Məhkəməsinin meydanındadır. Ya dələduz Elnur İbrahimovun iddiasını təmin edib Ali Məhkəmənin qərarını qüvvədən salmalıdır, ya da onu məhkəməyə müraciət hüququndan sui-istifadəyə görə cərimə etməlidir.

Qeyd edək ki, bu qalmaqallı işin kökləri 2013-cü ilə gedib çıxır. Elmira Axundova deputat olduğu dövrdə oğlu Həbib Axundovu iş adamı kimi təqdim edib, Dubaydan dəftərxana ləvazimatları gətiriləcəyi adı ilə böyük gəlir vəd olunub. Bu yolla ailəyə yaxın şəxslərdən ümumilikdə 8 milyon manat toplanıb. Lakin “biznes” kağız üzərində qurulmuş sxemdən ibarət olub. Dələduzluq ifşa edildikdən sonra zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edib, Elmira Axundova isə prosesi “pullar qaytarılacaq” vədləri ilə nəzarətdə saxlamağa çalışıb. Sonrakı mərhələdə “günah keçisi” kimi Elnur İbrahimov önə verilib. 2013-cü ilin avqustunda Həbib Axundov Elnur İbrahimovu Qəbələdə “Qafqaz Resort” hotelində Elmira Axundova ilə görüşdürüb. Bir neçə gün sonra Elnur İbrahimov həyat yoldaşı ilə birlikdə qanunsuz şəkildə ölkəni tərk edib, Rusiyada zərərçəkənlərin pulları hesabına yaşayıb. O, yalnız 2016-cı ildə Moskvada saxlanılaraq Azərbaycana gətirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət dosyesi araşdırılan zaman Prezident Administrasiyasından hakim Rahib Salmanova Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “ağsaqqalım, yalnız sizin oxumağınız üçündür” qeydi ilə göndərilmiş donos-məktubu təqdim olunub. Məktubun PA-da 15244 nömrə ilə qeydiyyata alınaraq hakimə yönləndirilməsi prosesə məhkəmə təzyiqi kimi qiymətləndirilir. Elnur İbrahimov 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirli bilinib. Həmin hökmlə onun mülki iddiaçı Fərman Məmmədova 350 min manat ödəməli olduğu da göstərilib və bu ödənişin 5 gün ərzində həyata keçirilməsi tələb olunub. Hökmün çıxarılmasından təxminən 10 il keçməsinə baxmayaraq, Elnur İbrahimov bu günədək icradan qərəzli şəkildə yayınır. Fərman Məmmədov Sabunçu Rayon Məhkəməsinə müraciət edərək mülki iddia üzrə məbləğin indeksasiyasını xahiş edib. Məhkəmə məbləğin indeksasiyası ilə bağlı iddianı haqlı sayıb və müvafiq ekspertizanın nəticəsinə uyğun olaraq məbləği 513 min 150 manat təsbit edib. Yəni Elnur İbrahimov Fərman Məmmədova 350 min manat deyil, 513 min 150 manat ödəməlidir./Musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Məndə Elmira Axundovanın səs yazısı var” – 1 milyonluq dava

    “Məndə Elmira Axundovanın səs yazısı var” – 1 ...

    12-07-2018, 15:38

  • 
  • “Azadlıq” Mətbuat günündə 32 min manat cəzalandırıldı

    “Azadlıq” Mətbuat günündə 32 min manat ...

    24-07-2013, 17:14

  • 
  • Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində: Gizli ödəmə və açıq haqsızlıq - DETALLAR

    Elmira Axundovanın adı keçən iş Sabunçu ...

    2-09-2025, 23:05

  • 
  • DEPUTAT ELMİRA AXUNDOVANIN OĞLU MƏHKƏMƏDƏ İFADƏ VERİB

    DEPUTAT ELMİRA AXUNDOVANIN OĞLU MƏHKƏMƏDƏ İFADƏ ...

    12-07-2018, 14:04

  • 
  • Xanım deputat oğlunun vurduğu ziyanı qismən ödədi - 250 min manat

    Xanım deputat oğlunun vurduğu ziyanı qismən ödədi ...

    26-07-2018, 13:40


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu