GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Ramco” QSC müəmması – Dəfələrlə inzibati xəta protokolu tərtib edilən QSC milyonluq tenderləri necə əldə edə bilir

“Ramco” QSC müəmması – Dəfələrlə inzibati xəta protokolu tərtib edilən QSC milyonluq tenderləri necə əldə edə bilir

Tarix: 11-02-2026, 22:20 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 10



Dünən mediada Qarabağda tikinti işlərinə cəlb olunan “Ramco” Qapalı Səhmdar Cəmiyyətinin xeyli miqdarda cərimələnməsi xəbəri yayıldı. Məlumata görə, Füzuli rayon Prokurorluğunun apardığı araşdırma nəticəsində şirkətin inzibati xətaya yol verdiyi müəyyən edilib.

Belə ki, şirkət Hadrutda təmir-tikinti prosesinə işçiləri əmək müqaviləsi bağlamadan cəlb edib. Nəticədə Yasamal rayon Məhkəməsinin qərarına əsasən, “Ramco” QSC 20 000 manat məbləğində cərimə olunub. Məlumatda həmçinin bildirilir ki, “Ramco” QSC dəfələrlə bir sıra dövlət qurumlarının tenderlərinin qalibi olub. “Ramco” QSC Şuşada “Xarıbülbül” və “Qarabağ” hotellərinin də əsaslı təmir işini icra edib.

Bundan əlavə medianın 2 sentyabr 2023-cü ildə yaydığı məlumata görə “Ramco” QSC barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.  Sözügedən maddəyə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Medianın 18 oktyabr 2024-cü yaydığı məlumata görə İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Ramco” QSC-ni məhkəməyə verib.İddia icarə müqaviləsindən qaynaqlanan öhdəliklər üzrə qaldırılıb.

Medianın 18 oktyabr 2024-cü yaydığı məlumata görə “Ramco” QSC siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta üzrə məhkəməyə verilib. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol irəli sürülüb. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.

Yuxarıda qeyd edildiyi kimi “Ramco” Qapalı Səhmdar Cəmiyyəti son illər bir neçə dövlət qurumu tərəfindən milyonlarla manat dəyəri olan açıq tenderrlərin qalibi seçilib.

Dövlət satınalmalarının portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, QSC əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti publik hüquqi şəxsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi, hazırda “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin hüquqi varisi olmuş “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi ilə daha çox işbirliyində olub. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq.

Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti publik hüquqi şəxsi Xankəndi, Xocalı şəhərlərinin və Əsgəran qəsəbəsinin xarici su təchizatı və tullantı su şəbəkə və qurğularının tikintisi üzrə 12.11.2025-ci ildə “Ramco” QSC ilə 6.889.036,99 manat məbləğində müqavilə bağlayıb. QSC elə həmin qurumla 03.11.2022-ci ildə “Aşağı Köndələnçay, Köndələnçay 1 və Köndələnçay 2 su anbarlarının təmiri, bərpası” üzrə 11.484.444,69 manat dəyərində, Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması və yenidən qurulması tədbirlərinin satın alınması üzrə 8.279.945,55 manat dəyərində müqavilə isə 09.09.2021-ci ildə bağlayıb.

Göründüyü kimi Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti son 5 ildə “Ramco” QSC ilə ümumi dəyəri 25 milyon manatdan çox olan 3 satınalma müqaviləsi bağlayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi isə “Gəncə Memorial Kompleksinin tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili xidmətləri”nin satın alınması üzrə 12.639.345,25 manat dəyərində 15.10.2025-ci ildə, “Gəncə Memorial Kompleksi”nin tikintisi işləri üzrə 5.959.189,86 manat dəyərində müqaviləni isə 01.11.2023-cü ildə “Ramco” QSC ilə bağlayıb.  Bu isə iki il ərzzində 18 milyon manatdan çox dövlət vəsaiti deməkdir.

Qeyd edək ki, yalnız Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti 16.09.2025-ci ildə kçürülmə işləri ilə əlaqədar daşınmaz əmlakların söklülərək ərazinin təmizlənməsi üzrə 17.051.000 manat dəyərində müqavilə bağlayıb.

Göründüyü kimi “Ramco” QSC yalnız son 3 ildə 50 milyon manatdan çox dəyəri olan tenderlərin qalibi olub. İndi gəlin görək QSC-nin barəsində nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RAMCO”  (VÖEN: 1501703131) Qapalı Səhmdar Cəmiyyətinin Milli Gəlirlər Baş İdarəsində 20.12.2010-cıuil tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan QSC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, MƏTBUAT PR., ev.35A, m.40, qanuni təmsilçisinin isə Abdullayev Rövşən Hüseyn oğlu olduğu qeyd edilib.

Qeyestr məlumatlarına edilmiş dəyişikliklərdə “Ramco” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dövlət qeydiyyatına alınıb. 22.05.2019-cu ildə təşkilati hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Əzimova Valeriya Oqtayevna olub. Onun barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.

QSC barəsində açıq mənbələrdə olan məlumatlar bu qədərdir. Hər il dövlətdən milyonlarla manat sifarişi alan QSC-nin açıq mənbələrdə illik maliyyə hesabatlarına də rast gəlinmir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var. Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki,
5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:
5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;

Amma internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “Ramco” QSC -nin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə məlumat yoxdur. Bu da Nazirlər Kabinetinin Qərarının pozulması deməkdir.

Göründüyü kimi, “Ramco” Qapalı Səhmdar Cəmiyyəti son illər müxtəlif inzibati xətalar törətdiyinə görə dəfələrlə məhkəmələrə cəlb edilib, müəyyən miqdarlarda cərimələr tətbiq edilib. Buna baxmayaraq “Ramco” QSC yenə də satınalmalarda iştirak edir, qalib çıxır. Amma Qanunla sonbir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsinə yol verən təchizatçılar satınalmalarda iştirak edə bilməzlər.

Amma göründüyü kimi “Ramco” QSC həm qalib seçilir, həm də qalib seçildiyi dövlət sifarişlərini həyata keçirərkən Əmək Məcəlləsin tələblərini pozur. Bu dünən yayılan məlumatdan da göründüyü kimi bir hal üzrə olub. İndi kim zəmanət verə bilər ki, “Ramco” QSC Gəncə Memorial Kompleksinin tikinti-quraşdırma işlərində də analoji qanun pozuntularına yol verməyib, ya da hazırda Xankəndi, Xocalı şəhərlərinin və Əsgəran qəsəbəsinin xarici su təchizatının tikintisi işlərində də analoji hallara yol vermir…? Nə isə müəmmalı işlərdi./Aktualinfo.net

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AZZA 45 min manat cərimələnib

    AZZA 45 min manat cərimələnib ...

    25-09-2019, 17:16

  • 
  • “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə sədr təyin olunub- SƏRƏNCAM

    “Azərbaycan Televiziya və Radio Verilişləri” ...

    4-09-2019, 12:20

  • 
  • Büdcə vəsaiti narkotik cinayəti ilə ittiham olunan şəxsə etibar edilib? - Xətaidə tender maxinasiyası

    Büdcə vəsaiti narkotik cinayəti ilə ittiham ...

    31-05-2021, 13:04

  • 
  • Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi” - Yasamalda 1 milyonluq şübhəli tenderlər

    Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq ...

    28-12-2020, 11:09

  • 
  • İcra başçısını narkotikə görə həbs olunan şəxslə nə bağlayır? - Bir neçə gün əvvəl də jurnalist döydürmüşdü...

    İcra başçısını narkotikə görə həbs olunan şəxslə ...

    7-10-2021, 16:42


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu