GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məhkəmə işə gecə yarısı baxır?

Məhkəmə işə gecə yarısı baxır?

Tarix: 13-02-2026, 12:02 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 89


Bakı Apellyasiya Məhkəməsi gecə 12-də yazılı icraatda akt çıxarıb (?)


Məhkəmə hakimiyyətinin  icra hakimiyyətinin “şilləvuranı” rolunda çıxış etməsi acı gerçəklikdir. Maddi hüquq normalarının pozulmasını bir yana qoyaq, məhkəmələrin prosessual normaları ayaqlaması artıq normaya çevrilib. Qeyri-prosessual özbaşınalığa baxın, məhkəmə (Nəsimi ya Nərimanov, ya da Füzuli, Nizami, Xətai fərqi yoxdur hansı şair, filosofun adını daşısın), hakim ( Vüsalə Musayeva olsun, ya Solmaz Ədilova, Qumru Əliyeva, Həqiqət Əhmədova, ya bir başqası , elə böyük önəm daşımır) işi yekunlaşdırıb müşavirə otağına qərarını hazırlamağa gedir və ... OTAQDAN yeni İCLAS TƏYİN EDİR!(?). Bu qeyri-prosessuallığa,  dünya birliyi , Avropa Şurası hələ soraqsız olsa da, milli hökumətimiz, Məhkəmə Hüquq Şurası 11 aydır susur.

Bakı İnzibati Məhkəməsinin (BİM) qeyri-prosessual özbaşınalığı , inzibati orqanların buyruğu ilə oturub-durması (halbuki əksinə olmalıdır, hamı məhkəmənin göstərişi ilə oturub- durmalıdır) elə hədsizliyə çatıb ki, tələbkarın məhkəməyə (icranı tələb edən) müraciətinə qadağa qoyulub. Halbuki qanunvericilik tələbkar ərizə vermədikdə belə MƏHKƏMƏNİN xidməti vəzifəsinə görə İCRA HAQQINDA QƏRARDAD çıxarmalı olmasını diqtə edir. Bəs məhkəməyə müraciətə qadağanı , Konstitusiyaya (2025-Konstitusiya ilində, ya öncə, ya da sonra, önəm daşımır) hörmətsizliyi kim aradan qaldırmalıdır? Hamı yaxasını kənara çəkir, prokurorluq Məhkəmə Hüquq Şurasını (MHŞ) nişan verir (halbuki özü Şuraya müraciət etməlidi(r), MHŞ “Elektron məhkəmə” sisteminin yalnız (?) iddialar üçün nəzərdə tutulduğunu (?) BİM-ə istinadla bildirir. Halbuki, qanunvericiliyin tələbinə görə, bütün sənədlər məhkəməyə elektron kabinetdən təqdim olunur və başqa cür verilməsi tələb oluna bilməz. Belə çıxılmaz, hüquqsuz durumdan necə çıxmaq olar? Əlbəttə, MHŞ-ya qarşı BİM-də iddia qaldırmaqla! Çıxılmazlığa, hüquqsuzluğa baxın, BİM-in məhkəməyə müraciətə qadağa qoyması özbaşınalığına qiymət verməkdən imtinaya görə MHŞ-ya qarşı BİM-ə müraciət etmək! Hüquq dilində buna nə deyilir, kazus, yoxsa “səndən sənə şikayətim var”?

BİM-in vəzifəsindən qeyri-prosessual istifadəsindən dəyən ziyanın Maliyyə Nazirliyi vasitəsilə ödənməsi tələbi ilə Nəsimi və ya Nərimanov məhkəməsinə müraciət etməkdən özgə yol qalmadığından tələbkar 4 ay qabaq hər iki məhkəmənin “qapısını döyüb”. Nərimanov (h. Solmaz Ədilova) və Nəsimi (h. Vüsalə Musayeva) məhkəmələri icraata qəbuldan imtina edib və 2,5 aydan sonra (halbuki maksimal müddət on gündür) , o da MHŞ-ya, MM-ə, PA-ya iki aylıq şikayətlər sonucunda işi Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Apellyasiya instansiyası qeyri-prosessual özbaşınalığa qiymət verməyə borclu olsa da, əksinə, özü elə qeyri-prosessual özbaşınalığa əl atıb ki!.. Özbaşınalığa baxın, tələbkar məhkəməyə müraciətinə qadağadan şikayət edir, iş onu məhkəməyə müraciətinə görə yatağında 400 manat cərimə edən qərəz heyətinə (Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə, Rəşid Səmədov (sədrlik edən) , iş 514) verilir!(?) Nə etiraza baxılır, nə işə baxma aktı çıxarılır, nə də Ali Məhkəmənin formalaşdırdığı vahid məhkəmə təcrübəsinə. Digər heyətin (Günel Abbasova, Fuad Talışinski və b.) eyni özbaşınalığı da MHŞ-nın araşdırma aparmasına əsasdır. Məhkəmə heyəti 11.02.2026-cı ilə gecə yarısına (saat 00-00-a) yazılı icraat (mahiyyət) təyin edilməsi (?) barədə məlumat verib və yekun akt çıxardığını (?) “E-məhkəmə” sistemindən bildirib.

Məhkəməyə müraciətinə qadağa qoyulan tələbkar 3 gündür GECƏ YARISI 3 HAKİMİN YAZILI İCRAATDA YEKUN AKTI NECƏ ÇIXARDIĞINI anlamaqda aciz qalıb. (Vüsalə Musayeva da gecə akt çıxardığını bildirib, amma “barıtı az edib”, düz gecə 12-yə salmayıb) “Barıtı bu qədər çox etməyin” məhkəmə hüquq sisteminə nə töhfəsi ola bilər?

Sual ritorik deyil, cavab tələb edir. Di gəl kim verəcək? MHŞ, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, prokurorluq, ombudsman, yoxsa ?


Məğrur Bədəlsoy


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı İnzibati Məhkəməsi şikayəti apellyasiya instansiyasına göndərmir?

    Bakı İnzibati Məhkəməsi şikayəti apellyasiya ...

    13-03-2023, 14:52

  • 
  • Hakimləri süni intellektin-robotun əvəz etməsi təklifi

    Hakimləri süni intellektin-robotun əvəz etməsi ...

    2-11-2023, 12:37

  • 
  • Yasamal və Nizami məhkəmələri 4 aydır iddiaya baxmırlar

    Yasamal və Nizami məhkəmələri 4 aydır iddiaya ...

    6-08-2021, 15:14

  • 
  • Məhkəmənin məhkəməyə müraciətə qadağasına MHŞ niyə qiymət vermir?

    Məhkəmənin məhkəməyə müraciətə qadağasına MHŞ ...

    29-12-2025, 09:24

  • 
  • Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir

    Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə ...

    8-08-2025, 10:11


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu