GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Zəlimxan MƏMMƏDLİ: Əvəz ZEYNALLI prinsipiallığına stratej baxış

Zəlimxan MƏMMƏDLİ: Əvəz ZEYNALLI prinsipiallığına stratej baxış

Tarix: 17-02-2026, 22:18 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 6


Əvəz Zeynallı Azərbaycan mediasında sakit axan çaylardan olmayıb. O, jurnalistikanı təhlükəsiz peşə yox, mövqe meydanı kimi görənlərdəndir. Əvəz Zeynallı özünəməxsusluğu ilə fərqlənən media kapitanı olmaqla, Azərbaycan mediasında uzun illər müzakirə mövzusu olaraq yaddaşlarda qalacaqdır.


Jurnalist mövqeyi kimi taleyə çevrilən yol


Bəlkə də bu yazını yazmayacaqdım. İxtisasca həkiməm. İnsan ağrısını bilənlərdənəm. Əvəz bəy xərçəng xəstəsidir. Özü də aldığımız informasiyaya görə xəstəliyin dördüncü mərhələsinin daşıyıcısıdır. Xərçəng xəstəliyi həyacan yaradan, yükünü hər adamın çəkə bilməyəcəyi xəstəlikdir. Həm də Azərbaycan səhiyyəsinin, münasibətlər sisteminin patoloji bir mərhələdə olduğu reallığında bu cür xəstəliklər məmnunluq yaradan sonluq vəd etmir. Amma Əvəz bəy bu həqiqətləıri bilərək özünə qapılmır, həyat və mübarizə eşqindən bir addım da olsa geri çəkilmir. Bu durum məni, həm də əksəriyyət insanları düşündürdüyü üçün Əvəz bəyin əzmi, iradəsi, missiyası haqqında yazmaq istəyim yarandı.

Əvəz Zeynallı Azərbaycan mediasında uzun illərdir müzakirə olunan fiqurlardan biridir. Onun adı jurnalistikanın təkcə informasiya ötürmək deyil, eyni zamanda mövqe bildirmək anlamına gəldiyi bir yanaşma ilə assosiasiya olunur. Zeynallının fəaliyyəti ictimai rəy üçün rahat oxu təqdim etməyib, əksinə, çox vaxt cəmiyyətin həssas nöqtələrinə toxunub, polemika yaradıb və suallar doğurub.

Peşəkar fəaliyyətinin əsas xüsusiyyətlərindən biri hakimiyyət, məmur davranışları və ictimai məsuliyyət mövzularında ardıcıl tənqidi mövqe sərgiləməsidir. O, jurnalistikanı neytral müşahidəçi mövqeyindən daha çox, ictimai nəzarət aləti kimi görən media nümayəndələrindəndir.

Əvəz Zeynallının publisistik üslubu kəskinliklə seçilir. Onun yazı və çıxışlarında ritorik suallar, açıq ittiham dili və konkret ünvanlar diqqət çəkir. Bu, bir tərəfdən onu oxunan və izlənilən edir, digər tərəfdən isə peşə etikası, balans və ifadə sərhədləri ilə bağlı müzakirələrə yol açır.

Onun fəaliyyəti ətrafında formalaşan mübahisələr yalnız fərdi jurnalist davranışı ilə məhdudlaşmır. Bu mübahisələr əslində Azərbaycanda media azadlığı, sözün məsuliyyəti və jurnalistin cəmiyyətdəki rolu kimi daha geniş sualları gündəmə gətirir. Zeynallı, bu mənada konkret bir şəxsdən çox, bütöv bir media modelinin simvoluna çevrilib.

Əvəz Zeynallı xarakterində inandığı həqiqətə münasibətdə prinsipiallıq və israrçılığı əsas xüsusiyyətləri kimi gedir. Bu keyfiyyətlər bəzən kompromis imkanlarını daraltsa da, peşəsinə sədaqətin göstəricisidir. Peşəkar riskləri, hətta xəstəliyinin ağırlığını dərk edərək fəaliyyətini davam etdirməsi, jurnalistikanı şəxsi rahatlıqdan üstün tutduğunu göstərən məqam kimi dəyərləndirilə bilər.

Nəticə etibarilə, Əvəz Zeynallı Azərbaycan mediasında birmənalı qarşılanmayan, lakin kənardan idarə olunması mümkün olmayan fiqurlardandır. Onun fəaliyyəti ilə razılaşmaq da olar, tənqid etmək də. Ancaq danılmaz fakt odur ki, o, uzun illərdir media mühitində müzakirə yaradan mövzuların baş qəhrəmanı kimi öndədir.


Tənqidi jurnalistikanın institusional sınağı – Əvəz Zeynallı fenomeni


Əvəz Zeynallı müasir Azərbaycan mediasında tənqidi jurnalistikanın sərhədlərini müəyyənləşdirən simalardan biri kimi çıxış edir. Cəmiyyətləşmə prosesində azad medianı vacib hesab etdiyim üçün Əvəz bəyi tənqidi medianın komutanı adlandırmağım da təsadüfi deyil. Onun peşəkar fəaliyyəti təkcə fərdi jurnalist davranışı kontekstində deyil, eyni zamanda media, hakimiyyət, cəmiyyət münasibətlərinin dinamikasında təhlil oluna biləcək bir fenomendir. Zeynallının adının jurnalistikanın ictimai nəzarət funksiyası, söz azadlığının praktik imkanları və medianın etik çərçivələri ilə bağlı müzakirələrdə tez-tez hallanması da təsadüfi deyil.

Peşəkar mövqenin formalaşması və istiqaməti

Əvəz Zeynallının jurnalist fəaliyyəti əsasən korrupsiya iddiaları, məmur davranışları, ictimai resursların idarə olunması və sosial ədalət mövzularına fokuslanıb. O, jurnalistikanı “hadisəni olduğu kimi ötürmək” missiyası ilə məhdudlaşdırmayan yanaşmanı seçib. Müxtəlif çıxışlarında səsləndirdiyi “jurnalist susduğu yerdə problem başlayır” fikri onun peşə anlayışını xarakterizə edən tezislərdən biri kimi təqdim olunur. Bu mövqe onu klassik neytral media modelindən uzaqlaşdıraraq, açıq mövqeli publisistik xəttə yaxınlaşdırıb. Bu yanaşma “tənqidi ictimai nəzarət modeli” ilə səsləşir. Məhz bu seçim Zeynallının fəaliyyətini həm təsirli, həm də mübahisəli edib.


Hadisələr fonunda jurnalistikanın sərhədləri


Zeynallının yazıları və çıxışları dəfələrlə hüquqi, siyasi və etik müzakirələrə səbəb olub. Bu müzakirələrdə əsas sual belə formalaşıb, jurnalist tənqid edərkən hansı həddi keçməməlidir və bu həddi kim müəyyənləşdirir? Bəziləri Əvəz Zeynallının fəaliyyətini ictimai marağın müdafiəsi kimi şərh edərək bildirirlər ki, o, jurnalistikanın itaətkar xətdən kənara çıxmasının mümkünlüyünü göstərib. Bəzi tənqidçilər isə, bəzi hallarda emosional dil, subyektiv qiymətləndirmə və balans prinsipinin zəiflədiyini iddia edirlər. Bu ziddiyyətli yanaşmalar onun fəaliyyətini akademik baxımdan konflikt yaradan media aktyoru statusuna gətirib çıxarır.

İctimai müzakirələrdə Əvəz Zeynallı ilə bağlı tez-tez rast gəlinən fikirlərdən biri belə ifadə olunur, “o, jurnalistikanı təhlükəsiz peşə kimi yox, riskli mövqe kimi qəbul edir.” Digər tərəfdən, tənqidi mövqedə dayananlar arasında “emosiya faktın yerini tutmamalıdır” kimi arqumentlər səsləndirilir. Bu ifadələr onun fəaliyyəti ətrafında formalaşan baxışların iki əsas qütbünü göstərir. Zeynallı daha çox birinci modelə yaxın dayanaraq, söz azadlığını prioritet hesab edən mövqedə çıxış edir.

İnsan faktoru və peşəkar risk


Əvəz Zeynallının portretində diqqət çəkən məqamlardan biri də, şəxsi risk faktorunu dərk edərək fəaliyyətini davam etdirməsidir. Onu tanıyanların ifadələrinə görə, prinsipiallıq və mövqedə israr onun əsas xarakter xüsusiyyətlərindəndir. Bu keyfiyyətlər jurnalist fəaliyyətində davamlılıq yaratsa da, kompromis imkanlarını məhdudlaşdıran amil kimi də qiymətləndirilə bilər.

Bu nöqtədə Zeynallının obrazı təkcə fərdi jurnalist yox, sistem daxilində müqavimət göstərən media subyekti kimi formalaşır. Onun taleyi və fəaliyyəti media mühitində fərdi mövqenin institusional mexanizmlərlə toqquşmasının nümunəsi kimi təhlil oluna bilər.

Nəticə etibarilə, Əvəz Zeynallı Azərbaycan mediasında yalnız konkret yazılar və ya verilişlərlə deyil, bütöv bir yanaşma ilə təmsil olunur. O, jurnalistikanın ictimai funksiyasını maksimum həddə çatdırmağa çalışan modelin daşıyıcısıdır. Bu model razılaşma da doğura bilər, tənqid də, lakin akademik baxımdan onun fəaliyyəti müasir Azərbaycan mediasının imkan və məhdudiyyətlərini anlamaq üçün müşahidə və təcrübələr əsasında əhəmiyyətli material təqdim edir.


Hüquqi proseslər, cinayət işlərindən azadlığa


Əvəz Zeynallı Azərbaycan mediasının tənqidi jurnalistikası müstəvisində uzunmüddətli mövcudluğu, hüquqi təcrübələri və ictimai diskusiyalarda oynadığı rol baxımından maraqlı bir təhlil obyektidir. Onun peşə yolunun əsas xronikasını xülasə etsək, deyə bilərik ki, bu yol yalnız jurnalist fəaliyyətinin nəticəsi olmamış, həm də hüquqi mübarizəyə çevrilmişdir.

Əvəz Zeynallı bir neçə dəfə əksəriyyətin də etiraf etdiyi kimi saxta ittihamlarla mühakimə olunmuş,müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə ilə cəzalandırıb. O, proses zamanı özünü təqsirli olmadığını bildirib. Onun tərəfdarları prosesin siyasi motivli olduğu iddiasını səsləndirərkən, hakimiyyət orqanları ittihamların hüquqi əsaslara söykəndiyini bəyan etdilər.

Əlavə olaraq, Zeynallı ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı da mövcuddur. Bu instansiya “Xural” qəzetinin iki məqaləsi üzrə Azərbaycan məhkəmələri tərəfindən cərimələnməsinin ifadə azadlığına müdaxilə olduğu qənaətinə gəlib.

Nəhayət, 25 aprel 2025-ci il tarixində Nizami Rayon Məhkəməsi jurnalisti tibbi əsaslara görə, yəni ağır xəstəliklə bağlı azadlıqdan məhrumetmənin davam etməsinin hüquqi əsaslarının olmadığı qənaəti ilə çəkilməmiş həbs cəzasından azad edib.

Bu proseslər göstərir ki, Əvəz Zeynallının fəaliyyəti müəyyən mərhələlərdə hüquqi müstəviyə keçərək jurnalist–qanun münasibətlərinin kompleks bir nümunəsinə çevrilib.


Xəstəlik, məhrumiyyət və mövqedən imtina etməmək


Əvəz Zeynallının həbs dövründə onkoloji xəstəliyə tutulması onun peşəkar portretinə yalnız tibbi fakt kimi deyil, həm də etik və fəlsəfi ölçü qazandıran bir məqamdır. Zindanda xərçəng xəstəliyi qazanması, xəstəliyin ağır mərhələdə olmasına baxmayaraq mövqeyindən geri çəkilməməsi jurnalistikanın yalnız peşə deyil, dəyər sistemi kimi qəbul edildiyini göstərən nümunə kimi qiymətləndirilə bilər.

Akademik baxımdan bu vəziyyət “prinsipial mövqenin fərdi bədən üzərində yaratdığı yük” problemi ilə əlaqələndirilir. Media tədqiqatlarında tez-tez vurğulanan məqam ondan ibarətdir ki, avtoritar və ya məhdud azadlıqların mövcud olduğu sistemlərdə jurnalist mövqeyi təkcə peşəkar risk deyil, fiziki və psixoloji təhlükə də yarada bilir. Zeynallı nümunəsində bu risk konkret və ölçülə bilən forma alır.

Xəstəliyin gedişatına baxmayaraq onun mövqeyində dəyişiklik etməməsi, özünü günahkar kimi təqdim etməməsi diqqət çəkən məqamlardandır. Bu davranışı ilə o, fiziki zəifliyin ideoloji və ya publisistik güzəştə səbəb olmasına yol vermir.

Bu mövqeni akademik müstəvidə iki əsas istiqamətdə şərh etmək mümkündür. Birincisi, bu, jurnalistin öz peşəsini kimlik elementi kimi qəbul etməsinin göstəricisidir. Burada jurnalistika ötəri məşğuliyyət yox, mövcudluq formasıdır. İkincisi isə, bu davranış media subyektinin öz mövqeyini hüquqi nəticələrdən və şəxsi vəziyyətdən asılı olmayan norma kimi dərk etdiyini göstərir. Belə nümunələr fərdi iradənin gücü kimi tanınmaqla yanaşı, sistemin humanitar məsuliyyətinin sual altına alınması üçün də əsas yaradır. Yəni, məsələ yalnız jurnalistin dözümündə deyil, onun bu dözümü göstərməyə məcbur qalmasındadır.

Beləliklə, Əvəz Zeynallının ağır xəstəlik fonunda mövqeyindən geri çəkilməməsi, təkcə şəxsi xarakter göstəricisi deyil. Bu, media azadlığının institusional zəmanətlərinin zəif olduğu mühitdə prinsipiallığın hansı qiymətə başa gəldiyini göstərən empirik faktdır. Onun mövqeyi jurnalistikanın fiziki imkanlardan asılı olmayan mənəvi sərhədlərə malik ola biləcəyini nümayiş etdirir, eyni zamanda bu sərhədlərin cəmiyyət üçün hansı məsuliyyət suallarını doğurduğunu da gündəmə gətirir.


Şəxsi əzab və ictimai mövqe və jurnalist prinsipiallığının etik sərhədləri


Əvəz Zeynallının həbs şəraitində xəstəliyin irəliləmiş mərhələsinə baxmayaraq prinsipial mövqeyindən geri çəkilməməsi jurnalistika etikasında nadir hallarda bu qədər kəskin formada ortaya çıxan bir dilemmanı gündəmə gətirir, fiziki zəifləmə, ictimai mövqenin legitimliyini zəiflədirmi?

Media etikası nəzəriyyəsində jurnalist mövqeyi adətən, rasional seçim, peşəkar məsuliyyət və hüquqi risklər kontekstində təhlil olunur. Lakin, Zeynallı nümunəsində bu çərçivə bədənin fiziki dözümlülüyü ilə toqquşur. Burada jurnalist artıq yalnız söz istehsal edən subyekt deyil, eyni zamanda öz fiziki mövcudluğu üzərindən mövqe daşıyan fiqura çevrilir.

Onun xəstəlik fonunda mövqeyini dəyişməməsi iki mühüm etik xətti üzə çıxarır. Birincisi, bu davranış jurnalistikanın utilitar (fayda güdən) yox, deontoloji (etika, əxlaq qaydaları) anlayış kimi qəbul edildiyini göstərir, mövqe nəticəyə görə deyil, doğru hesab edildiyi üçün qorunur. İkincisi isə, bu, şəxsi əzabın ictimai simpatiya alətinə çevrilməsindən şüurlu şəkildə imtinanı ifadə edir və Zeynallı xəstəliyini mövqeyinə “arqument” kimi əlavə etmir.

Bu baxımdan Zeynallı nümunəsi jurnalistikanın mənəvi gücünü deyil, institusional quruluşun zəifliyini də üzə çıxarır. Onun prinsipiallığı fərdi qəhrəmanlıqdan daha çox, sistemin jurnalisti qoruma mexanizmlərinin çatışmazlığının göstəricisi kimi oxunmalıdır. Bu mənada Zeynallının mövqeyi həm etik ardıcıllıq nümunəsi, həm də media azadlığının zəmanətlərinin zəifliyinin əyani göstəricidir.


Son sözüm


Əvəz Zeynallı haqda yazımla, ictimai-siyasi proseslərin içərisində olan və Azərbaycanın gələcəyi üçün dördüncü hakimiyyətin qüsursuz formalaşmasını ideallaşdıranlardan biri olaraq, heç bir təqdir gözləmədən dəyərlilərimizi xırda duyğulara qurban verilməsinə etirazı ifadə etməyə çalışdım. Bu yazı, məhz tənqidi medianın varlığını sinirə bilməyənlər, Əvəz bəyin hədəf götürdüyü “qaydasız döyüş ustası” kimi davranan məmurlar və onları himayə edənlər tərəfindən aqressiv qarşılana bilər. Lakin, düzgün olan yol odur ki, o cür qrup və personalar millətin yolundan təmizlənməli və qarşılarında olan gücün milli ruha söykəndiyinin fərqində olmalıdırlar. Əvəz Zeynallıdan qorxmamalı, əksinə, onun kimi onlarla media kapitanları yetişdirməli, dezinformasiyalar aurasından təmizlənməliyik.

Sonda, Əvəz Zeynallıya şəfalar diləyir, bütün tərəfləri, onu hədəf alanları kəskin ritorikaları və tənqidlərinə baxmayaraq, onu sevməyə, qorumağa dəvət edirəm. Çünki, o, “Xural” kimi millətə xidmət platformunu yaratmış, eyni zamanda, “14 fevral Valentin günü”nü hələ ən gənc vaxtlarından qəbul etməyərək, milli mübarizə və milli ailə sistemimizin müqəddəsliyini özündə ehtiva edən “30 iyun -“İlham və Fərizə” dastanını tarixiləşdirən və milliləşdirən “Sevgililər günü”nün yaradıcısıdır. Həm də, sağlam, amma, kəskin tənqidi medianın memarlarından biridir.

Tanrı birliyimizi qorusun!


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ƏVƏZ ZEYNALLI: «ƏKSƏRİYYƏT SATILIB…»

    ƏVƏZ ZEYNALLI: «ƏKSƏRİYYƏT SATILIB…» ...

    7-01-2015, 23:00

  • 
  • Əvəz Zeynallı 45 yaşın Mübarək!

    Əvəz Zeynallı 45 yaşın Mübarək! ...

    15-12-2014, 21:36

  • 
  • Əvəz Zeynallı 50 yaşını təmtəraqlı şəkildə qeyd etdi

    Əvəz Zeynallı 50 yaşını təmtəraqlı şəkildə qeyd ...

    16-12-2019, 14:31

  • 
  • Jurnalist Əvəz Zeynallı polis tərəfindən saxlanılıb

    Jurnalist Əvəz Zeynallı polis tərəfindən ...

    19-12-2017, 18:12

  • 
  • Əvəz Zeynallıya yox deyildi

    Əvəz Zeynallıya yox deyildi ...

    28-02-2014, 18:54


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (15)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu