Gundemxeber.az » Ölkə » Rusiyada daha bir nazir SAXLANILDI
Rusiyanın Başqırdıstan Respublikasının mədəniyyət naziri Amina Şafikova saxlanılıb.
Gundemxeber.com xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Agentliyi məlumatlandıran mənbənin sözlərinə görə, nazir fevralın 18-də saxlanılıb.
Yerli "Telegram" kanallarının məlumatına görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.
Şafikova 2012-ci ildən Başqırdıstanın mədəniyyət naziri vəzifəsində çalışır. O, bundan əvvəl, 2010-cu ildən 2012-ci ilə qədər isə Ufa Dövlət Rəssamlıq Akademiyasına rəhbərlik edib.
Xatırladaq ki, daha əvvəl Rusiyanın Krasnodar diyarının mülki müdafiə və fövqəladə hallar naziri Sergey Ştrikov da saxlanılıb.
Gundemxeber.com
25-09-2018, 23:53
11-12-2015, 23:10
25-08-2020, 14:19
20-11-2020, 14:43
19-08-2019, 10:45
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?