GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni qalmaqalın DETALLARI

Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni qalmaqalın DETALLARI

Tarix: 20-02-2026, 23:05 Bölmə :Ölkə / Bölgə Baxış: 20

Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni qalmaqalın DETALLARI
Naxçıvanda hərbi çağırış sistemində baş verənlərə dair məhkəmə prosesində səslənən iddialar diqqət çəkib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Şərur rayon şöbəsinin sabiq rəisi Həsən Məmmədovun işi üzrə ortaya çıxan rəqəmlər və adlar korrupsiya mexanizminin mümkün miqyasını göstərir.

7 il 2 ay azadlıqdan məhrum edilən polkovnik-leytenantın 223 nəfərdən ümumilikdə 505 min manatdan çox rüşvət aldığı müəyyənləşib. Məhkəmə ifadələrində isə daha yüksək vəzifəli şəxslərin adları hallandırılıb. Bildirilir ki, Naxçıvan üzrə xidmət rəisi Mirzə Cəlilovun göstərişləri əsasında çağırışçılardan 1800 manatdan 5000 manatadək vəsait toplanıb. İş materiallarında səslənən iddiaya görə, bu vəsaitlərin bir hissəsi Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov ilə əlaqələndirilib.

İfadələrdə iddia olunur ki, möhlət hüququ verilmiş çağırışçılardan toplanan 800-900 min manata yaxın vəsait sabiq sədrin göstərişi ilə Seymur Talıbovun sürücüsünə ötürülüb və məbləğin müəyyən faizi müxtəlif vəzifəli şəxslər arasında bölüşdürülüb.

Mövcud ifadələr və mümkün sübutlar fonunda Seymur Talıbov cinayət məsuliyyətinə cəlb oluna bilərmi?

Gundemxeber.com xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, Vasif Talıbovun dövründə Naxçıvan MR-də baş verən bütün neqativ hadisələrin arxasında Talıbovlar dayanırdı:

“Amma məsələ burasındadır ki, o dövrdə cinayət törədən məmurların da hamısı peyğəmbər övladı deyildilər. Şəxsən mənim üçün o məmurların həbs olunduqdan sonra qalxıb “biz nə edək, Vasif Talıbov və ya onun oğlu dedi, biz də cinayətə əl atdıq” deməsi günahın kəfarəti, cinayətkarın bəraəti üçün əsas sayıla bilməz. İstənilən məmuru ona görə vəzifəyə təyin edirlər ki, baş verə biləcək saxtakarlığın qarşısını alsın, dövlətin ona həvalə etdiyi işləri qanunlara uyğun şəkildə tənzimləsin. O isə kiminsə göstərişi ilə cinayət törədirsə, məsuliyyəti təkcə əmr verənlərin üzərinə yıxa bilməz. Törədilən cinayətlərdə əmr sahiblərinin yox, qulluqçuların imzası yer alır. Öz imzasının məsuliyyətini başa düşməyənlər də ağır cəza almalıdırlar ki, başqalarına görk olsun”.

Heydər Oğuz qeyd edib ki, adı müxtəlif cinayətlərdə hallanan Vasif Talıbov və oğlu Seymur Talıbov indiyədək məhkəmə qarşısında cavab verməyib:

“Bu da istər-istəməz ədalətin rəmzi olan məhkəmə sisteminin obyektivliyinə kölgə salır. Hakimlər də öz məsuliyyətini anlayıb, cinayət hadisələrini ədalətli araşdırmalıdırlar. Sabah yəqin ki, onlar da çıxıb “biz də göstəriş alıb cinayətləri obyektiv araşdırmadıq” deyəcəklər. Təbii ki, onların da iddiaları haqlı görülməyəcək və gələcək nəsillərin qınağına tuş gələcəklər. Belə bir perspektivlə qarşılaşmamaq üçün hakimlər öz vəzifə borclarını ədalətlə yerinə yetirməlidirlər”.

Hüquqşünas Rövşən Məmmədov isə deyib ki, Seymur Talıbov məsuliyyətə cəlb olunmaya bilər:
“Əgər Həsən Məmmədov deyirsə ki, aldığı rüşvəti digər şəxslərə ötürüb, bu sadəcə iddiadır. İstintaq materialında bunu sübut edə bilmirsə, başqa şəxs məsuliyyətə cəlb oluna bilməz. Məsuliyyət əsasən Həsən Məmmədovun üzərində qalır”.


gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "900 MİN RÜŞVƏT TOPLAYIB TALIBOVUN GÖSTƏRİŞİ İLƏ OĞLUNA VERMİŞƏM..." - Məhkəmə

    "900 MİN RÜŞVƏT TOPLAYIB TALIBOVUN GÖSTƏRİŞİ ...

    18-02-2026, 10:32

  • 
  • “Vasitəçi idim, rüşvəti Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” – Özünə rütbə verən rəis

    “Vasitəçi idim, rüşvəti Vasif Talıbovun oğlunun ...

    1-07-2025, 20:53

  • 
  • Naxçıvanda Dövlət Xidmətinə yeni rəis təyin edildi

    Naxçıvanda Dövlət Xidmətinə yeni rəis təyin edildi ...

    27-04-2020, 21:06

  • 
  • Vasif Talıbov müavinini işdən çıxardı

    Vasif Talıbov müavinini işdən çıxardı ...

    16-11-2017, 15:10

  • 
  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi işdən çıxarılıb

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət ...

    6-10-2018, 15:13


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu