ABŞ lideri Donald Tramp Ukraynadakı müharibənin ABŞ-nin müstəqilliyinin 250 illiyi – 4 iyul tarixinədək başa çatdırılmasını istəyir.
Bu barədə "Bloomberg" özəl mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Tramp yubiley tədbirlərindən əvvəl tərəflər arasında razılaşmanın əldə olunmasını arzulayır.
Lakin Avropa İttifaqı və NATO-nun yüksək vəzifəli rəsmiləri hesab edirlər ki, Vladimir Putin əsas tələblərinə uyğun olmayan bir sazişə razılıq verməyə hazır görünmür. Onların fikrincə, Moskvanın mövqeyində geri addım atacağına dair hər hansı ciddi siqnal yoxdur.
Mənbələrin sözlərinə görə, danışıqlar prosesi artıq bir neçə dəfə müəyyən olunmuş vaxt çərçivəsini keçib. Hətta bəzi ABŞ rəsmiləri də etiraf edirlər ki, Kremlin mövqeyində yumşalma müşahidə olunmur. Nəticədə, hazırda Moskva və Vaşinqton arasında əsas məsələ danışıqlarda ilk güzəşti kimin edəcəyi ilə bağlı rəqabətə çevrilib
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?