Gundemxeber.az » Ölkə » Kipr prezidenti Akrotiridəki Britaniya bazasına hücum faktını təsdiqlədi
Kipr Respublikasının rəhbəri Nikos Xristodulides ötən gecə adadakı "Akrotiri" Britaniya hərbi bazasına pilotsuz uçuş aparatı vasitəsilə hücum edildiyini təsdiqləyib.
Xristodulides bu barədəxalqa ünvanladığı müraciət zamanı danışıb.
Prezident çıxışında qeyd edib
"Son baş verənləri nəzərə alaraq, ötən gecəki hadisə ilə bağlı sizi məlumatlandırmaq üçün birbaşa müraciət etməyi zəruri hesab etdim. Gecə saat 00:03-də (Bakı vaxtı ilə 02:03 - red.) "Shahed" tipli pilotsuz uçuş aparatı Akrotiridə yerləşən Britaniya bazalarındakı hərbi infrastruktura zərbə endirib və nəticədə cüzi maddi ziyan dəyib".
Xristodulides vurğulayıb ki, insidentdən dərhal sonra ölkənin bütün aidiyyəti qurumları yüksək hazırlıq vəziyyətinə gətirilib.
"Vəziyyətin qiymətləndirilməsi məqsədilə dərhal Milli Təhlükəsizlik Şurasının iclasını çağırdım və hazırda məsləhətləşmələr davam edir. Bununla yanaşı, baş verənlərlə əlaqədar Avropa liderləri və digər dövlət başçıları ilə mütəmadi təmasdayam", - deyə o, fikirlərini tamamlayıb.
04:11
Kipr adasında yerləşən Britaniyanın Akrotiri aviabazası ərazisində partlayış qeydə alınıb.
Bu barədə "In-Cyprus" portalı məlumat yayıb.
Məlumata görə, Akrotiri bazası yaxınlığında güclü partlayış səsi eşidilib. Hadisədən sonra hava həyəcan siqnalları işə düşüb və bazanın aerodromundan hərbi təyyarələr havaya qalxıb.
Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer sosial şəbəkədə yayımladığı videomüraciətdə ABŞ-nin İrandakı raket anbarlarına zərbə endirmək üçün Britaniya hərbi bazalarından istifadəyə icazə verdiyini təsdiqləyib.
22-01-2017, 16:10
17-12-2015, 14:57
22-06-2017, 13:06
7-04-2016, 21:37
20-05-2016, 02:00
Sorğu
Yeni dizaynımız necədir?