GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İran dünyanın ən böyük neft-qaz obyektlərini vurur - Qiymətlər necə olacaq?

İran dünyanın ən böyük neft-qaz obyektlərini vurur - Qiymətlər necə olacaq?

Tarix: 2-03-2026, 17:02 Bölmə :Ölkə / Dünya Baxış: 67


ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının 3-cü günündə İran Yaxın Şərqdəki qonşularının enerji obyektlərinə zərbələr endirməyə başlayıb.


SEPAH diqqəti regionun və dünyanın iki ən böyük enerji istehsalçısına - Səudiyyə Ərəbistanı və Qətərin istehsal obyektlərinə yönəldib. Bu gün səhər Səudiyyə Ərəbistanının dövlət neft şirkəti Saudi Aramco-nun Ras Tanura neft emalı kompleksinə dron zərbəsi endirilib. Fars körfəzi sahilində yerləşən Ras Tanura kompleksi Yaxın Şərqin ən böyük neft emalı zavodlarından biridir və Səudiyyə neftinin əsas ixrac terminalıdır. Onun gücü gündə 550.000 bareldir.

İran Yaxın Şərqdəki 14 ABŞ hərbi bazasına zərbə endirib - Operativ Media

Hadisədən sonra zavodun kompleksin fəaliyyəti dayandırılıb.

İran bu gün həmçinin Qətərin Ras Laffan maye qaz istehsalı zavoduna hücuma cəhd edib. Hücum uğurlu olmasa da, QatarEnergy şirkəti onun fəaliyyətini müvəqqəti olaraq dayandırdığını elan edib. Zavod Qətərin ən böyük maye qaz emalı müəssisəsidir.

Bundan əlavə, İran regiondakı 2 neft tankerinə də zərbə endirib, bazar günü 3 tanker hücuma məruz qalmışdı.

İndilərdə isə məlum olub ki, İran Səudiyyə Ərəbistanının Fars körfəzindəki neft hasilatı platformasına dronla zərbə endirib.

İran Səudiyyə Ərəbistanının neft obyektlərini bombalayıb

İranın bu cür indakarlıqla Yaxın Şərqin neft sənayesini hədəf almasının əsas səbəbi ABŞ-İsrail hücumlarına qarşı əks-hücum imkanlarının azalmasıdır: Tehran ehtiyatlarının tezliklə tükənəcəyini bilir, heç bir dövlətdən hərbi dəstək yoxdur. Eyni zamanda Yaxın Şərqdə ABŞ-İsraillə birlikdə hücumda iştirak etməsələr də, susqun dəstək nümayiş etdirən enerji ölkələri var. İran şənbə günü Hörmüz boğazını bağlı elan edib, 3 tankerə atəş açsa da, ABŞ-ın onun hərbi donanmasına güclü zərbələrindən sonra boğazdakı qüvvələrinin  çoxunu geri çəkməli olub. ABŞ tərəfinin iddialarına inansaq, İranın hərbi donanması böyük zərər görüb və artıq boğazı tam bağlaya bilmir. Məhz bu səbəbdən də neft bazarında hərraclar açılanda qiymətlər çox qısa müddətə 81 dollara qalxıb, yenidən 75-76 dollar həddinə qədər gerilədi. Hazırda İranın Yaxın Şərqin neft-qaz obyektlərinə zərbələri fonunda qiymətlər 78 dollara qədər yüksəlib.

İran Hörmüz boğazını gəmilər üçün açıb

Boğazı bağlamaqla ABŞ-ı həssas yerindən - neft qiymətləri üzərindən zədələyə bilməyəcəyini görən Tehran daha radikal yola - regiondakı dünya əhəmiyyətli enerji obyektlərini sıradan çıxarmağa əl atıb. Lakin bu yolun da İran üçün nəticələri daha ağır ola bilər. Artıq Səudiyyə Ərəbistanı öz enerji obyektlərini daha bir zərbə olacağı təqdirdə, İranın neft-qaz hasilatı sisteminə zərbələr endirəcəyi barədə xəbərdarlıq edib. Bundan əlavə, həm Səudiyyə, həm BƏƏ, həm Qətər İran onların mülki obyektlərinə zərbələri dayandırmasa, İsrail-ABŞ hərbi əməliyyatına öz qüvvələri ilə dəstək verəcəklərini açıqlayıblar. Eyni zamanda İranın Yaxın Şərqdə bazalarını vurduğu Fransa və Böyük Britaniyanın da əməliyyata qoşulmağa hazırlaşdığı bildirilir. Bu isə İranın iki deyil, azı 5-6 hərbi potensialı güclü olan dövlətin hücumlarına məruz qalmasına gətirib çıxara bilər. Bu isə İranın çox qısa müddətdə müqavimət imkanlarının tam tükənməsinə səbəb olacaq.

İran Hörmüz boğazını bağlayır

Digər tərəfdən, İranın Hörmüzü bağlamaq cəhdi, boğazdan keçən tankerlərə hücumları onun öz neftinin əsas alıcısı olan Çinə böyük zərbə vura bilər. Artıq Yaxın Şərqdən Çinə neft daşıyan tankerlərin icarə qiymətlərində 30 faizdən yuxarı bahalaşma var və proses davam edir. Sığorta şirkətləri mümkün təhlükə səbəbilə qiymətləri kəskin artırıblar. Bu isə İran neftinin 90 faizindən çoxunun alıcısı olan Çinə ciddi zərər vuran bir prosesdir.

İranın Yaxın Şərq enerji strukturlarına zərbələri fonunda bu vəziyyətin Rusiyaya mümkün müsbət təsirləri barədə müzakirələr açılmaqdadır. Bildirilir ki, Rusiya yüksək qiymətlər fonunda hasilatı artırmaqla neftdən gəlirlərini kəskin artıra bilər. Lakin artıq 6 aydan çoxdur ki, Rusiya neft hasilatını artıra bilmir. O, heç aylardır OPEC+ sazişi çərçivəsində kvotasına əməl edə bilmir. Bunun əsas səbəblərindən biri budur ki, hazırda neft hasilatını artırmaq üçün Rusiyanın texniki imkanları yoxdur: Qərb avadanlıq və texnologiyalarını alması qadağan edilib, özünün başı hərbi istehsala qarışıb deyə belə texnologiyaları əldə etməsi mümkün deyil.

RUS NEFTİNİN 70 FAİZİ ABŞ SANKSİYASI ALTINA DÜŞDÜ – Çin və Hindistan çətin  duruma salınır | AzPolitika — onlayn siyasi-ictimai qəzet

İkinci məsələ Rusiya neftinə qarşı sanksiyalardır. Sanksiyalar üzündən Rusiyanın neft ixracı getdikcə azalır. Aydın məsələdir ki, Yaxın Şərq neftinin bazara yolunun böyük ölçüdə bağlanması qısamüddətli olacaq və bu dövr üçün Avropanın Rusiya nefti üzərindən sanksiyaları qaldıracağı ehtimalı belə yoxdur.

Yaxın Şərqdən enerji ixracının azalması fonunda bazarda yaranacaq çatışmazlığı önləmək üçün ABŞ, Braziliya, Meksika, Kanada da daxil olmaqla, kənar ölkələr müəyyən addımlar ata bilərlər. Xüsusilə ABŞ-ın 2022-ci ildə olduğu kimi öz ehtiyatlarından müəyyən hissəni bazara çıxarmaqla tarazlığı qoruya bilər.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, ABŞ-İsrail-İran münaqişəsinin neft bazarına təsiri qısamüddətli olacaq: “Dünyada neft bolluğu var, dünən OPEC+ aprel ayından yenə hasilatı artırmaqla bağlı qərar verdi, yəni, fundamental səbəblər qiymətin enəcəyi yönündədədir. Təbii ki, geosiyasi gərginliklər, neft hasilatı və daşınması ilə bağlı bölgədə hərbi əməliyyatlar psixoloji olaraq qiymətləri artırır. Amma səhər saatlarında 80 dolları keçən qiymət, indi 78 dollara geri döndü – bazar, birja qısa müddətli emosional davransa da, qalıcı trendləri formalaşdırmaq üçün təməl məsələlərə önəm verir.

İranla anlaşma olacaq, İran da, Venesuela kimi neft bazarına geri dönəcək, ona görə də, emosialar yatanda, anlaşmalar baş verəndə qiymətlərdə enmə müşahidə olunacaq. Bu ilin yayına qiymətlər, çox güman, 55-60 dollar koridoruna yerləşəcək”./musavat.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsmi Bakı Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumu pisləyib

    Rəsmi Bakı Səudiyyə Ərəbistanının neft ...

    16-09-2019, 16:30

  • 
  • Neft qiymətləri ucuzlaşdı, Səudiyyə Ərəbistanı zədələnmiş obyektləri bərpa edir

    Neft qiymətləri ucuzlaşdı, Səudiyyə Ərəbistanı ...

    19-09-2019, 13:43

  • 
  • Rusiya ilə Səudiyyə arasında nəhəng neft sazişi

    Rusiya ilə Səudiyyə arasında nəhəng neft sazişi ...

    16-02-2016, 11:07

  • 
  • ABŞ iki ilə dünyanın ən böyük neft istehsalçısı olacaq

    ABŞ iki ilə dünyanın ən böyük neft istehsalçısı ...

    13-11-2013, 14:47

  • 
  • Tramp: Belə görünür ki, hücumun arxasında İran dayanır

    Tramp: Belə görünür ki, hücumun arxasında İran ...

    17-09-2019, 11:07


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu