GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “ALİ MƏHKƏMƏNİN SƏDRİNİ GÖRÜN, HARDA ƏYLƏŞDİRMİŞDİLƏR...” – “Düşünürlər ki, İnam müəllim hələ də kənd təsərrüfatı naziridir...”

“ALİ MƏHKƏMƏNİN SƏDRİNİ GÖRÜN, HARDA ƏYLƏŞDİRMİŞDİLƏR...” – “Düşünürlər ki, İnam müəllim hələ də kənd təsərrüfatı naziridir...”

Tarix: 4-03-2026, 10:05 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 137

“Dünyanın heç bir ölkəsində Ombudsman sosial hüquqların genişləndirilməsi, sosial müdafiənın təmin olunması məsələləri ilə məşğul olmur. Bu, həmin ölkələrdə siyasi partiyaların fəaliyyət sahəsinə aiddir, onlar öz aralarında müzakirə edirlər və nə edəcəkləri ilə bağlı vətəndaşlara vədlər verir. Ombudsmanın işi daha çox dövlət hakimiyyəti orqanlarının mövcud qanunvericiliyin tələblərinə nə dərəcədə əməl etməsini müəyyən etməkdir”.

Gundemxeber.com bildirir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev parlamentin dünən keçirilən plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili çıxışında məhkəmə qərarlarının icrası problemini qaldırıb: “Hazırda bizim cəmiyyətdə ən çox narazılıq doğuran məqamlardan biri odur ki, insanlar məhkəmələrin qərarlarından şikayətçidirlər və məhkəmələrdə ədalət tapa bilmədiklərini bildirirlər. Mən dəfələrlə qeyd etmişəm ki, güclü məhkəmə hakimiyyəti olmadan ölkədə heç vaxt sosial ədaləti təmin etmək mümkün deyil. Heç bir Ombudsman, heç bir dövlət və icra hakimiyyəti orqanı ölkədə qanunların aliliyini təmin edə bilməz. Bu günlərdə – 26 fevral tarixində – Baş nazir tərəfindən İqtisadi Şuranın iclası keçirildi və orada məhkəmə-hüquq sahəsinə dair məsələlər müzakirə olundu. Məni təəccübləndirən və təəssüfləndirən orada Ali Məhkəmənin sədrinin əyləşdirildiyi yer oldu. Bunun özü də cəmiyyət üçün bir mesajdır. Ali Məhkəmənin sədri məhkəmə hakimiyyətinin başında duran şəxsdir və Nazirlər Kabinetinin tərkibinə daxil olmayan bir adamdır. O, ən azından Baş Nazirin yanında əyləşməli idi. Amma nazirlərin arasında əyləşdirilmişdi və bu, hər halda yaxşı bir təəssürat yaratmırdı. Görünür, düşünürlər ki, İnam müəllim hələ də kənd təsərrüfatı naziridir. Orada yaxşı olardı ki, ictimaiyyətə həm də məlumat verilərdi ki, bu müzakirə nəyin əsasında keçirilib. Məhkəmələrdən daha çox icra hakimiyyəti orqanları şikayət edir, yoxsa sahibkarların narazılığı əsasında belə bir müşavirə keçirilib? İcra hakimiyyəti orqanları xüsusilə də inzibati məhkəmələrin qərarlarından şikayət verirlər ki, onlar vətəndaşların, sahibkarların hüquqlarını müdafiə edir, sahibkarlar da şikayətlidirlər ki, onlar məhkəmələrdə ədalət tapa bilmirlər”.

Q.Həsənquliyev vaxtilə Milli Məclisdə Ombudsman hesabat verəndə Gəncə İnzibati Məhkəməsi ilə bağlı qaldırdığı məsələni xatırladıb: “O zaman mən məsələ qaldırdım ki, bəli, bu məhkəmənin fəaliyyəti ilə, orada süründürməçiliklə bağlı mənə müraciət ediblər. Bu, bir neçə il bundan öncə idi. Bu günə qədər də o məsələ həllini tapmayıb. İş o yerə çatır ki, Ali Məhkəmənin sədri Gəncəyə səfər edir və həmin şəxs Ali Məhkəmənin sədri ilə görüşür və İnam Kərimov deyir ki, vətəndaşın hüquqlarını bərpa etmək lazımdır. Bundan sonra yenə Apellyasiya Məhkəməsi işi Konstitusiya Məhkəməsinə göndərir. Konstitusiya Məhkəməsi deyir ki, vətəndaşın hüquqları bərpa olunmalıdır, amma Konstitusiya Məhkəməsinin də rəyi nəzərə alınmır və İnzibati İşlər üzrə Gəncə Apellyasiya Məhkəməsi o qərarı ləğv edib göndərir Ali Məhkəməyə. Yəni sözüm ondadır ki, sahibkarlar illərlə öz hüquqlarını məhkəmələrdə qoruya bilmirlər. Biz bu barədə düşünməliyik ki, necə edək ki, məhkəmə hakimiyyətini gücləndirək”.

Millət vəkili əlavə edib: “İkincisi, doğrudan da çox ciddi narahatedici məqamlardan biri ondan ibarətdir ki, bununla bağlı insanların çoxu müraciət edirlər. Bu yaxınlarda mənə də vicdanlı alıcı məsələsi ilə bağlı müraciət etmişdilər. Hamınızda təsəvvür yaransın deyə bir nümunə çəkirəm. Dövlət təhlükəsizlik orqanının keçmiş zabiti mənə müraciət edir və deyir ki, onun yaxın qohumunun torpağını saxta sənədlər əsasında çıxarış alıb, başqasına satıblar. O da başqasına satıb, alan da digərinə. İndi ona deyirlər ki, sənin torpağın çıxarış əsasında satılıb və geri qaytarıla bilməz. Qanunvericilikdə də belədir və bu doğrudan da dəhşətdir. Məhkəmələrin işi ədaləti bərpa etməkdir. Bu, Konstitusiyada yazılıb, qanunlar da ədaləti müdafiə etməlidir. Məhkəmədə şəxs gəlib deyir ki, ilk sənədləri qadının adına saxtalaşdırıblar. Qadın gəlib deyir ki, mənim heç nədən xəbərim yoxdur. İcra hakimiyyətinin nümayəndəsi bundan xəbərsiz olduğunu deyir. Saxta sənədlər əsasında başqasının torpağını satırlar və çıxarış alırlar. Onun əsasında o da satır başqasına, o da digərinə. İndi insan deyir ki, mən torpağımı satmaq istəmirəm, torpağımı geri almaq istəyirəm. O deyir ki, yox, sən artıq torpağını geri ala bilməzsən, ona görə ki, onu alan vicdanlı alıcıdır. Burada sosial ədalət harada qaldı? Bunu da bununla əsaslandırırlar ki, guya mülki dövriyyənin sabitliyini təmin etmək istəyirlər”.

Millət vəkili təklif edib ki, bu istiqamətdə qanunvericiliklərdə də dəyişiklik edilsin. O, hesab edir ki, Ombudsman daha çox bu tipli məsələlərə diqqət yetirməlidir, xüsusilə də məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərə. “Biz dəfələrlə danışmışıq ki, burada da vəziyyət çox ağırdır. Biz indi xüsusi icra orqanlarının yaranması barədə də qanun qəbul etdik ki, bu sahədə işlər yüngülləşsin. O proses gedir, amma çox təəssüf ki, bu vəziyyət hələ də düzəlmir. Ona görə də, hörmətli sədr, Nazirlər Kabineti bu istiqamətdə İqtisadi Şuranın iclasında müzakirə keçirib, amma Milli Məclisdə də müvafiq icra hakimiyyəti orqanlarının iştirakı ilə ölkədə qanunvericiliyin vəziyyətinə dair dinləmənin keçirilməsinə çox böyük ehtiyac var”, - deyə Q.Həsənquliyev çıxışını yekunlaşdırıb./azpolitika.info/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Məclis Ombudsmanın məruzəsini qəbul etdi - YENİLƏNİB

    Milli Məclis Ombudsmanın məruzəsini qəbul etdi - ...

    2-04-2021, 13:21

  • 
  • Hökumətin, ombudsmanın, Dövlət Komitəsinin hesabatına baxılma müddəti təxirə salındı

    Hökumətin, ombudsmanın, Dövlət Komitəsinin ...

    1-04-2020, 12:15

  • 
  • Şuşada Ombudsmanın regional mərkəzi açılacaq

    Şuşada Ombudsmanın regional mərkəzi açılacaq ...

    22-01-2021, 15:50

  • 
  • “Səhiyyə Nazirliyi və “Azəriqaz” arasında problem ucbatından kəndlərdə xəstəxanalara qaz verilmir” - MM-in komitə sədri

    “Səhiyyə Nazirliyi və “Azəriqaz” arasında problem ...

    24-04-2020, 13:26

  • 
  • Deputat Elçin Mirzəbəyli ƏHD partiyasının sıralarından xaric edilib - QƏRAR

    Deputat Elçin Mirzəbəyli ƏHD partiyasının ...

    13-10-2025, 17:14


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu