GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Pulsuz hüquqi yardımı vəkil göstərir, yoxsa orderi?

Pulsuz hüquqi yardımı vəkil göstərir, yoxsa orderi?

Tarix: 8-03-2026, 10:37 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 114


Kassasiyada vəkilin (orderinin) məcburi iştirakı tələbi Konstitusiyaya ziddir


Məhkəmə(lər), VK inhisarçı mövqeyindən yararlanıb qazilərin  kassasiya , məhkəmə təminatı hüququna qadağa qoyur

 

Getdikcə hüquq və azadlıqların kağız üzərində “gerçəkləşməsi” daha eybəcərliklə üzə çıxır. Özəlliklə məhkəmə hüquq sistemində Konstitusiyanın, prosessual qanunvericiliyin yox, korrupsiyanın, qeyri-prosessual özbaşınalığın qüvvədə olması gerçəkliyi insanları çıxılmaz duruma salıb. Özbaşınalığa baxın, mülki işlərdə kassasiya hüququ yalnız şikayəti  vəkil tərtib etdikdə mümkün olur. Vəkil isə mütləq VK-nın üzvü olmalıdır, başqa peşəkar hüquqçuların xidmətindən yararlanmaq “doğanaqdan keçmir”- şikayət mümkün sayılmır. Daha düzü, şikayəti vəkilin orderi yazır, ordersiz icraata qəbul edilmir. Belə bəlli olur ki, hüquqi yardım xidmətini vəkilin orderi (?) göstərir. Absurddur. Orderlə yüksək keyfiyyətli hüquqi yardım göstərilməsi yalnız nağıllarda olur. Gerçək həyatda isə kassasiya mərhələsində vəklin məcburi iştirakı tələbi hüquqa, Konstitusiyaya qadağadan özgə bir şey deyil. 

Konstitusiyanın 61-ci maddəsi DÖVLƏTİN hər kəsin yüksək keyfiyyətli  hüquqi yardım almaq hüququna, qanunla müəyyən edimiş hallarda  yardımın  ÖDƏNİŞSİZ, DÖVLƏT HESABINA göstərildiyinə təminat versə də, məhkəmə hakimiyyəti və Vəkillər Kollegiyası (VK) Konstitusiyadan şəxsi qərəz amacı ilə yararlanır. Qərəzə baxın, apellyasiya məhkəməsi kassasiya hüququnun təminatında inhisarçı mövqe tutur; məhkəmə kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatdan imtina edir,  kassasiya hüququ da, məhkəmə təminatı hüququ da, Konstitusiya da xəyala çevrilir. VK da vəkil xidmətində inhisarçı mövqeyə malik olduğundan (yalnız VK-nın üzvü olan vəkillərin orderi tanınır), o da dövlət hesabına order xidmətindən imtina edəndə əlillər, qazilər , aztəminatlı şəxslər məhkəmə təminatı hüququndan məhrum edilmiş olur.

Bəs məhkəmə hansı əsasla dövlət hesabına vəkillə təminatdan imtina edir, qərəz nədə özünü göstərir? Başlıca qərəz məhkəmənin Qarabağ qazilərinin, əlillərin “GƏLİR BƏYANNAMƏSİ”Nİ özbaşına müəyyən etməsidir. Heç bir məcəllədə, qanunda əlillərin, qazilərin, aztəminatlı şəxslərin kassasiya şikayəti vermək üçün gəlirləri barədə deklarasiya verməli olması yazılmayıb. Məhkəmənin qazinin qanpulunun vəkilin xidmətini ödəməyə bəs etdiyini qərara alması həm qərəzdən, həm özbaşınalıqdan, həm də vicdansız davranışdan qaynaqlanır. Konstitusiyanın 68-ci maddəsi isə hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququnu təsbit edir. Qazilər də məhkəmə hakim(lər)indən “VİCDAN DEKLARASİYASI” tələb etməkdə haqlı deyillərmi? Ən azı, gəlirlər hesablanırsa, çıxarlar da hesablanmalı deyilmi? 

VK-ya gəldikdə vəkil (orderi) təminatında əsas səlahiyyət sahibi, inhisarçı qurum olan hüquqi yardım qurumu da yalnız məhkəmə qərardadı ilə pulsuz vəkil ayrılmasını həyata keçirdiyini bildirir. Niyə, harada yazılıb? Bəyəm qazilərə, əlillərə... vəkil xidməti yalnız məhkəmə qərarı ilə mümkündür? “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20.1-ci maddəsində  məhkəmədə vəkilin xidmətinə ehtiyacı olan aztəminatlı şəxslərə heç bor məhdudiyyət qoyulmadan göstərilən hüquqi yardım xidmətinin haqqının DÖVLƏT büdcəsindən ödənildiyi təsbit olunub axı! VK-nın da qərəzli yanaşması üzə çıxır?!

Bəs niyə dövlət hesabına vəkillə təminatda inhisarçı hər iki orqan qazilərə, əlillərə qərəz göstərir? Axı dövlət büdcəsindən hər il VK-ya bu məqsədlə vəsait ayrılır! Əlillərin, qazilərin hüquqi müdafiəsinə ayrılmırsa bu vəsait, bəs hara xərclənir, mənimsənilir? 

Onu da vurğulayaq ki, vəkil orderinin qiyməti (320 manat) də əlilin , qazinin cibinə uyğun deyil. “320 manat nə puldur ki” fikirləşənlər yanılırlar. Birincisi, bu pulla 4 qazi (ailəsi) bir ay “dolanır”; ikincisi, bu pul vəkil bürosundan içəri keçməyədir, bəs xidmət müqaviləsi? Bu isə sirrdir. Düzdür, elə vəkillər var ki, qazilərə xidmət haqqında güzəşt edir, amma 320 manatın büroya ödənilməsi mütləqdir. VKRH əməlli “order biznesinə” girişib. Axırı, əlbəttə, qazilərin, əlillərin xeyrinə olmur. Axı məhkəmədə qazilərin, əlillərin təkcə bir işi olmur. Məhkəmə işi çox, şikayət verməyə vəkil orderi yox. 

Bu sətirlərin yazarının məhkəmədə 20-dən yuxarı təkcə  məhkəmə qərarının icrası ilə bağlı tələbkar olduğu iş vardır. Bakı Apellyasiya Məhkəməsinin bütün heyəti (Mülki, İnzibati Kollegiyalar,  hamısının adını yazsaq, bir saya sığmaz) VAHİD MƏHKƏMƏ ÖZBAŞINALIĞI TƏCRÜBƏSİ ilə kassasiya şikayəti verməyə vəkillə dövlət hesabına təminatdan imtina edir ki, QANPULU GƏLİRLƏRİ vəkilin haqqını ödəməyə çatar. VK HÜQUQİ YARDIM MƏRKƏZİ də 1-ci dərəcəli Qarabağ qazisinə xidmətdən kmtina edir. VİCDANLARINI GƏLİRLƏRİNİN QARŞISINA QOYUB HESABLASINLAR, 20 iş üzrə 320 manatdan 6400 manatı 80 qazinin bir aylıq 80 manatı ilə qarşılamaq olar, ya yox? 

Bəs qazi çörək də yemir?


Məğrur Bədəlsoy

Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifov üçlüyündən növbəti apellyasiya özbaşınalığı

    Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir ...

    4-05-2023, 18:43

  • 
  • Bakı Apellyasiya Məhkəməsinin fikri qətidir: 1-ci dərəcəli Qarabağ əlilinin kassasiya şikayəti hüququna qadağa – hüquq və azadlıqdır!

    Bakı Apellyasiya Məhkəməsinin fikri qətidir: 1-ci ...

    31-08-2023, 09:00

  • 
  • ƏƏSMN tabeliyində DSMF- də 39 saylı vəkil bürosu yaradılıb (?)

    ƏƏSMN tabeliyində DSMF- də 39 saylı vəkil bürosu ...

    21-06-2023, 13:26

  • 
  • VK- Vəkillər Kollegiyası, yoxsa (rüşvətdə) Vasitəçilər Kollegiyası

    VK- Vəkillər Kollegiyası, yoxsa (rüşvətdə) ...

    5-08-2023, 20:33

  • 
  • Qarabağ qazilərinə dövlət hesabına yardımdan imtina edilir

    Qarabağ qazilərinə dövlət hesabına yardımdan ...

    26-05-2022, 14:25


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu