Sosial şəbəkələrdə açıq şəkildə İranı müdafiə və təbliğ edən yazılar paylaşılır. Bu hal İranın növbəti dəfə nankorluğunu və düşmənçiliyini ən alçaq formasını nümayiş etdirərək Azərbaycanın Naxçıvan Muxtar Resbublikasına dron hücumlarından sonra daha da artıb.
Biz - Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq xahiş edirik ki, Azərbaycan Hökumətinin müvafiq strukturları kimliyindən asılı olmayaraq bu adamları müəyyən edərək adekvat ölçü götürsünlər. Çünki, bu Vətəndaşı olduğumuz Azərbaycan Dövlətini satmaqdır.
İranı müdafiə və təbliğ edən yazıların müəllifləri bu yolla ictimai fikri çaşdırır, insanlara yanlış informasiya verir, dövlətin sütunlarına və siyasətinə, milli maraqlarımıza ciddi zərbə vururlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?