Tanınmış biznesmen Sərxan Abdullayevin oğlu Ədalət Abdullayev 6 mart 2026-cı il tarixində, axşam saatlarında Mercedes G-63 markalı avtomobili yüksək sürətlə idarə edərkən qəza törədib. Sosial mediada yayılan məlumatlara görə, avtomobil ağaca çırpılıb. Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.
Ədalət Abdullayevin qəza törətməsi atasını da yenidən gündəmə gətirib. Məlumatlarda bildirilir ki, sahibkarın Ağsu rayonunun mərkəzində mebel salonları, elektronika və tikinti mağazaları, həmçinin Göyçay, Gəncə və Bakı şəhərlərində müxtəlif işlək obyektləri var. Bundan əlavə, Ağsu və Şamaxıda restoranlarının olduğu qeyd olunur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?