Gundemxeber.az » Ölkə » "Boeing" İsrail ilə müqavilə imzaladı: Beş min "ağıllı" bomba tədarük edəcək
ABŞ-nin "Boeing" korporasiyası İsrail ilə kiçik diametrli və yüksək dəqiqlikli aviasiya sursatının böyük partiyasının tədarükü üzrə birbaşa kommersiya müqaviləsi imzalayıb.
Gundemxeber.com bu barədə "Bloomberg" nəşrinə istinadən məlumat verir.
Bildirilib ki, 289 milyon dollarlıq müqavilə 5 min sayda yüksək dəqiqlikli bombanın tədarükünü nəzərdə tutur.
İdarə edilə bilən bombalar 60 kilometrdən çox məsafədə hədəfləri vurmaq qabiliyyətinə malikdir.
Həmçinin qeyd edilir ki, yeni müqavilə ABŞ və İsrailin İrana davam edən hava hücumları ilə əlaqəli deyil və tədarüklərin 36 aydan sonra başlaması planlaşdırılır.
Gundemxeber.com
13-11-2017, 15:40
20-07-2014, 13:57
10-07-2015, 12:25
11-11-2013, 10:29
24-12-2019, 15:31
Sorğu
Yeni dizaynımız necədir?