GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məleykə Abbaszadə ilə Emin Əmirullayevin gəncliyə ZƏRBƏSİ – Bu cinayətdir

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin gəncliyə ZƏRBƏSİ – Bu cinayətdir

Tarix: 12-03-2026, 20:46 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 81

Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin Azərbaycan gəncliyinə vurduğu zərbəni heç ABŞ-İsrail koalisiyası İrana vura bilməyib. Çünki qılınc yarası sağalar, amma elmə, təhsilə vurulan yaranı sağaltmaq asan məsələ deyil.

Əvvəlki adı TQDK, indi DİM olan, rəhbəri isə dəyişməyən – Məleykə Abbaszadə olan bu struktur hər il abituriyentlərin başına oyun açır. Nəticədə yüzlərlə məzunun tələbə olmaq hüququ əlindən alınır.

Anaxeberinfo.az bildirir ki, bu il isə DİM abituriyentləri çətin, qəliz, uzun və anlaşılmaz suallarla “imtahana çəkib”. Əgər DİM-də vəzifə tutanlardan həmin test suallarına cavab verməyi tələb etsən, 100 bal da toplamazlar. Çünki şagirdlərə keçirilməyən proqram üzrə test sualları verilib. Bu da cinayətdir. Şagird məktəbdə və hazırlıq kurslarında qarşılaşmadığı suallarla imtahanda rastlaşır və təbii olaraq cavab verə bilmir. Hətta bəzi təhsil ekspertləri iddia edirlər ki, DİM bu il Türkiyə və Rusiya təhsil proqramlarından istifadə edərək imtahana test sualları salıb. Nəticədə minlərlə abituriyent çıxılmaz vəziyyətə düşüb.

Eyni dərəcədə məsuliyyəti Emin Əmirullayevin nazirliyi daşıyır. Məktəblərdəki dərsliklər bərbad, təhsil sıfır, repetitor olmasa məktəbli ali məktəbə qəbul oluna bilməz, ən əsası isə məktəb dərslikləri ilə kursların proqramları və DİM-in test sualları bir-biri ilə əlaqəli deyil. Bu, hər iki qurumun şagirdləri psixoloji olaraq gərginliyə salması, hətta həssas uşaqların zəif nəticəyə görə intihara əl atmasına gətirib çıxarması riskləri deməkdir.

Axı Məleykə Abbaszadə və Emin Əmirullayev Azərbaycan təhsilinə, gəncliyinə nə verib ki, bunun adekvat keyfiyyətini tələb edirlər? Hansı yüksək səviyyəli tədrisdən, ideal təhsil proqramından və dərsliklərdən söhbət gedir ki, bunun əvəzində şagirdlərdən də eyni dərəcədə yüksək nəticə gözləyəsən?

Fakt budur ki, bir neçə gündür cəmiyyət test suallarının qəlizliyindən danışır. Bu il ümumiyyətlə, elə bir vəziyyət yaradılıb ki, ən yaxşı oxuyan uşaqlar da suallar qarşısında çətinlik çəkiblər. Bəs bu uşaqların əziyyətini niyə yerə vurursunuz? İllərlə məktəbdə yox, valideynin zəhmətlə qazandığı pul hesabına repetitor yanında ali məktəbə hazırlaşan uşaqlara nə üçün Rusiya, Türkiyə proqramlarından test sualları verilməlidir?

Bunu DİM rəhbərliyi hansı ixtiyarla həyata keçirib? Siz uşaqların keçirdiyi stressi, əsəbi, həyəcanı, psixoloji gərginliyi nəzərə almırsınızmı? İllərlə hazırlaşıb sonda gəlib gözləmədiyi suallarla qarşılaşanda onun hansı vəziyyətə düşdüyünü niyə hesablamırsınız? Milyonlarla vəsait maxinasiyalarla mənimsənilir, DİM və nazirlikdə vəzifə tutanlar varlanır, amma xalqın uşaqlarını vecinə alan yoxdur.

İmtahandan çıxan abituriyentlərin böyük hissəsi sualların çətinliyi ilə bərabər, onların həddindən artıq uzun və vaxt aparan olmasından şikayət edir.

Valideynlər və müəllimlər də bu narazılığı bölüşərək bildirirlər ki, xüsusilə qrammatika ilə bağlı sualların çoxluğu və mətnlərin həddindən artıq uzun tərtib edilməsi şagirdlərin vaxtını ciddi şəkildə məhdudlaşdırır. Onların sözlərinə görə, son illərdə mətnlər getdikcə daha da uzadılır, lakin imtahanın müddəti dəyişmir. Nəticədə abituriyentlər biliklərini tam göstərməkdə çətinlik çəkir, çünki məntiq tələb edən və uzun mətnə əsaslanan suallar vaxtın böyük hissəsini alır.

Buraxılış imtahanının bu qədər çətin olması, qəlizləşdirilməsi heç cür başadüşülən deyil. Nə etmək istəyirlər, məqsəd nədir, bəlli deyil. Bundan təkcə valideyn və abituriyentlər narazı olsa, fikirləşmək olardı ki, qərəzdir. Müəllimlər də bildirir ki, suallar qəliz, vaxtaparan və uzundur. Dövlət İmtahan Mərkəzinin məqsədi nədir, nə etmək istəyirlər?

Təhsil məsələləri üzrə ekspert Ramin Nuralıyev bildirib ki, DİM bu qədər tənqid və narazılıqdan nəticə çıxarmalıdır, lakin illərdir heç nə dəyişmir: “700 müəllimin olduğu ortaq qruplarda müəllimlər belə narazılıq edir ki, suallar çətindir, qrammatika ilə bağlı suallar çoxdur, mətnlər uzundur. Hər il mətnlər daha da uzun tərtib edilir, ancaq imtahanın müddəti artırılmır.

Abituriyentlər sualların çətinliyindən yox, vaxt aparmasından narazılıq edir. Məntiqi sual, uzun mətn vaxt aparır və bu da zamanı daraldır. Abituriyentin həyacanını artırır. Nəyə lazımdır axı bu? Ali məktəbə girmək asan, oxumaq və bitirmək çətin olmalıdı. Beynəlxalq təcrübədə belədir. Bizdə isə əksinə. Universitetə girmək, hazırlaşmaq, imtahan zülmdür. Ancaq oxumaq və bitirmək çox asandır. Belə olmamalıdır”.

Ekspert bildirib ki, balların bu qədər aşağı düşməsinə səbəb də məhz Dövlət İmtahan Mərkəzinin sualları hər il daha da çətinləşdirməsidir: “Qəbul imtahanının bir qədər qəliz olmasını almaq olar. Ancaq buraxılış imtahanının çətin olması başadüşülən deyil. Sualları qəlizləşdirdikləri üçün də ballar bu qədər aşağı düşüb. Ötən il 206 balla pulsuza qəbul olanlar oldu. Bu sualların qəliz olmasından irəli gəlir ki, ballar bu qədər aşağı düşür. Sualları asanlaşdırmaq lazımdır ki, ballar da yüksəlsin. DİM-ə dəfələrlə belə təkliflərimiz olub, ancaq nəticə təəssüf ki, dəyişmir”./Anaxeberinfo.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məleykə Abbaszadə imtahanlarda dəyişikliklərlə bağlı danışdı

    Məleykə Abbaszadə imtahanlarda dəyişikliklərlə ...

    10-05-2016, 12:11

  • 
  • Məleykə Abbaszadə: "Bizə bu yolla heç kim təsir göstərə bilməz"

    Məleykə Abbaszadə: "Bizə bu yolla heç kim ...

    13-03-2017, 10:42

  • 
  • Məleykə Abbaszadə: "Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir"

    Məleykə Abbaszadə: "Azərbaycanda ali məktəbə ...

    23-08-2017, 18:30

  • 
  • DİM: "Yanğın olan binadakı abituriyentlər yenidən imtahan verəcəklər"

    DİM: "Yanğın olan binadakı abituriyentlər ...

    22-07-2017, 15:43

  • 
  • Məleykə Abbaszadə: "Test ləğv oluna bilər" - VİDEO

    Məleykə Abbaszadə: "Test ləğv oluna ...

    2-02-2016, 22:35


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (14)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu