Gundemxeber.az » Ölkə » Zelenski Makronla razılığa gəldi: Ballistik raketləri vura bilən sistemlər alınacaq
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa lideri Emmanuel Makronla Kiyevə SAMP/T zenit-raket komplekslərinin verilməsi barədə razılıq əldə edildiyini bildirib.
Gundemxeber.com "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
V.Zelenskinin sözlərinə görə, danışıqların əsas mövzusu ABŞ-nin "Patriot" sistemlərinə alternativ olub. SAMP/T ballistik raketləri əngəlləyə bilən yeganə Avropa sistemidir.
"Biz bu il yeni SAMP/T sistemlərinin ballistik raketləri vurub-vurmadığını görəcəyik", - deyə Zelenski qeyd edib.
O, həmçinin vurğulayıb ki, sınaqlar uğurlu olarsa, Kiyev yeni komplekslərin alınması növbəsində birinci olacağını gözləyir.
Gundemxeber.com
20-07-2023, 23:53
13-10-2017, 11:56
3-12-2018, 12:15
20-01-2018, 11:30
17-10-2025, 10:48
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?