GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Almaniya Trampın çağırışı barədə: "Bu müharibə NATO-nun deyil"

Almaniya Trampın çağırışı barədə: "Bu müharibə NATO-nun deyil"

Tarix: 16-03-2026, 23:22 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 66

ABŞ və İsrailin İrana qarşı müharibəsinin on yeddinci günündə İranda internetə qoyulan məhdudiyyətlər daha da sərtləşdirilib.

NATO müttəfiqləri Trampın çağırışına cavablarını açıqlayıblar.

Bu və digər xəbərləri aşağıda oxuyun.

Qüdsün /Yerusəlimin Köhnə Şəhərinə raket qalıqları düşdüyü bildirilir. Bu qalıqlar İran raketlərinə və onları vuran İsrail silahlara aiddir.

İsrailin işğal etdiyi Şərqi Yerusəlim/Qüdsdə əsasən fələstinlilər yaşayır. Onların çoxu İsrailin İrana qarşı müharibəsini dəstəkləmir.

Bu insidentdə ölənlər barədə məlumat yoxdur, üç nəfərin yaralandığı açıqlanıb.

Əksər israillilərdən fərqli olaraq, burada az sayda fələstinlinin evində bomba sığınacaqları var.

Tramp köməyi "lazım olduğu üçün deyil, onların reaksiyalarını öyrənmək üçün" istəyib

Donald Tramp

Şəklin mənbəyi,Reuters

ABŞ müharibə başlanandan bəri İranda 7000 hədəfi vurub və 100-dən çox gəmi batırıb, Prezident Donald Tramp deyib.

Onlar sözün əsl mənasında məhv olublar", - o deyib və əlavə edib ki, ölkənin hava qüvvələri və donanması, liderləri və zenit texnologiyası "məhv edilib".

O deyir ki, ABŞ və İsrail "illər əvvəl edilməli olanı edirlər". Onun sözlərinə görə, ABŞ bu gün İranda dron və raketlərin istehsal olunduğu üç zavoda zərbə endirib.

O, həmçinin ötən həftə ABŞ-ın Xarq adasını bombalamasına toxunaraq, neftin saxlanıldığı "borulardan" başqa hər şeyi məhv etdiklərini bildirib. Lakin prezident fikrini dəyişə biləcəyini açıq şəkildə bildirib və əlavə edib ki, neftin məhv edilməsi "dəqiqələr" çəkəcək.

Tramp deyir ki, digər ölkələr Hörmüz boğazında ABŞ-a kömək etməkdə "həvəsli" deyillər

Prezident Tramp onu da deyib ki, İranın mina yerləşdirən 30 gəmisinin hamısı məhv edilib, lakin o, əlavə edib ki, İranın boğaza hər hansı bir mina qoyub-qoymadığını bilmir.

"Biz artıq İran haqda ölçü götürmüşük" deyən ABŞ Prezidenti digər ölkələri "boğazla bağlı kömək etməyə" çağırıb.

Tramp bildirib ki, çoxsaylı ölkələr artıq kömək etmək üçün yola düşüblər.

Lakin o, ABŞ-a kömək etməkdə o qədər də "həvəsli" olmayan ölkələri lağa qoyub: "Onlar dedilər ki, biz müdaxilə etməməyi üstün tuturuq... Bilirəm, biz onları qoruyacağıq və bizə nə vaxtsa kömək lazım olsa, onlar bizim yanımızda olmayacaqlar."

O, daha sonra əlavə edib ki, başqa ölkələrdən Hörmüz boğazına görə köməyi "lazım olduğu üçün deyil, onların reaksiyalarını öyrənmək üçün" istəyib.

İsrail Müdafiə Qüvvələri bu səhər Tehran, Şiraz və Təbrizdə "genişmiqyaslı" hücum dalğası başlatdığını elan etdikdən sonra yayılmış görüntülərdə dağıntılar əks olunub

Tehranda dağıntılar

Şəklin mənbəyi,Reuters

Hörmüz boğazı "düşmənlərimiz üçün" bağlı qalır - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın ABŞ-la atəşkəs tələb etmədiyini və ya mesaj mübadiləsi aparmadığını söyləyib. O, həmçinin Hörmüz boğazının "düşmənlərimiz üçün" bağlı qalacağını deyib.

"Onlar (amerikalılar) digər ölkələrdən gəlib onlara kömək etmələrini xahiş edirlər ki, Hörmüz boğazı açıq qalsın... bizim baxış bucağımız aydındır. O, yalnız düşmənlərimiz, ölkəmizə və müttəfiqlərinə qarşı ədalətsiz təcavüz edənlər üçün bağlıdır."

Nazir əlavə edib ki, müharibə "bir daha təkrarlanmayacağı şəkildə başa çatmalıdır".

Tehranda dağıntılar

Şəklin mənbəyi,Reuters

Hindistana məxsus iki gəmi Hörmüzü keçib

Hindistanın iki - Nanda Devi və Şivalik adlı iki qaz daşıyan tankeri beynəlxalq xəbərdarlıq siqnallarını söndürərək Hörmüz boğazını keçib.

MarineTraffic-in məlumatına görə, hər iki gəmi Qətərin Ras Laffan limanında yüklənib və Hindistanın Qucarat ştatına doğru irəliləyir.

Martın 14-də bölgədə iki Hindistan hərbi gəmisinin olduğu qeydə alınıb. Nanda Devi bir neçə gün İranın Keşm adası yaxınlığında lövbər atdıqdan bir müddət sonra nəhayət sabah Kandla limanına çatacaq. Şivalik isə bu gün Mundra limanına yan alıb.

Hindistanın xarici işlər naziri bildirib ki, bütün Hindistan gəmilərinə boğazdan keçid üçün "ümumi razılaşma" yoxdur, lakin İranla danışıqlar davam edir.

Müttəfiqləri Trampın Hörmüzlə bağlı çağırışına nə cavab verib?

Hindistan gəmiləri boğazdan keçərkən, Trampın Hörmüz boğazına hərbi gəmilər göndərilməsi ilə bağlı çağırışı dəstəksiz qalıb.

Onun boğazda ticarət gəmilərinin qorunması və qlobal neft təminatının davam etməsi üçün gəmi göndərmək çağırışları da soyuq qarşılanıb.

ABŞ Prezidenti şənbə günü Truth sosial media hesabında Böyük Britaniya, Çin, Fransa, Yaponiya, Cənubi Koreya və digər dövlətləri Boğaza gəmi göndərməyə çağırıb. Daha sonra isə müsahibələrinin birində daşınmanın təhlükəsizliyinin qoruna bilməməsinin "NATO-nun gələcəyi üçün çox pis ola"cağını deyib.

Onun çağırışına ölkələrin bəzilərinn cavabı belə olub:

Böyük Britaniya müttəfiqlərlə plan üzərində işlədiyini, lakin bunun NATO missiyası olmayacağını bəyan edib.

Almaniya tələbə açıq şəkildə "yox" cavabı verib: "Bu, bizim müharibəmiz deyil".

Cənubi Koreya qərarını ABŞ-la məsləhətləşmələrdən sonra açıqlayacağını,

Yaponiya isə hazırkı şəraitdə dəniz təhlükəsizliyi əməliyyatını nəzərdən keçirmədiyini bildirib.

Avstraliya da boğaza hərbi gəmi göndərməyəcəyini açıqlayıb.

İranda internet məhdudiyyətləri daha da sərtləşdirilir

BBC Verify dəqiqləşdirb ki, İrandan paylaşılan videoların sayında nəzərə çarpan azalma var. Bu isə hökumətin internetə çıxışa qoyduğu məhdudiyyətləri daha da sərtləşdirdiyini göstərir.

Tehrandan bir qadın BBC-yə deyib ki, məhdudiyyətləri aşmaq üçün Elon Musk-ın Starlink peyk internetindən istifadə edən bəzi insanlar həbs edilib.

BBC ilə əlaqə saxlayan iranlı bir kişi isə Starlink terminallarının sıradan çıxarıldığını deyib.

İnternet monitorinq qrupu Netblocks bildirib ki, İranda bu vaxta qədər qismən fəaliyyət göstərən əsas telekommunikasiya şəbəkələrindən birində "əlaqənin çöküşü" qeydə alınıb.

İran İnternet ABŞ və İsrailin İrana qarşı müharibəsi Tehran

Şəklin mənbəyi,Netblocks

Şəklin alt yazısı,İranda internet şəbəkəsinin qoşulmasının görüntüsü. İnternet monitorinq qrupu Netblocks bildirib ki, İranda bu vaxta qədər qismən fəaliyyət göstərən əsas telekommunikasiya şəbəkələrindən birində "əlaqənin çöküşü" qeydə alınıb.

İranın bəzi rəsmilərə, dövlətə bağlı qurumlara və jurnalistlərə məhdud internet istifadəsi imkanı verən "ağ siyahı" saxladığı bilinirdi.

Lakin hazırki vəziyyət hətta həmin seçilmiş qrupların belə imkanlarının məhdudlaşdırıldığını göstərir.

ABŞ və İsrailin fevralın 28-də İrana ilk hava zərbələrini endirməsindən sonra İran hakimiyyəti internetə çıxışı məhdudlaşdırıb.

Xarici jurnalistlərin İrana girişinə ciddi məhdudiyyətlər qoyulduğundan, müharibə haqqında məlumat toplamağın əsas yollarından biri ölkənin içindən vətəndaşların çəkdiyi videolar və yenə vətəndaşlardan gələn mesajlardır.

İnternetin daha da məhdudlaşdırılması isə İrandan məlumatların nə vaxt və necə əldə ediləcəyinə birbaşa təsir göstərəcək.

İranlılar Tehrandakı yoxlamalar, təhlükəsizlik postları və keçirdikləri qorxu barədə

Iranda interent

Şəklin mənbəyi,Getty Image

İranlılar yoxlamalar və təhlükəsizlik postlarında keçirdikləri qorxu hissindən danışırlar.

Tehranda iranlılar şəhər boyunca qurulan təhlükəsizlik postlarında sənədlərin və əşyaların yoxlanılmasından narahat olduqlarını bildiriblər.

İnterneti təmin edən gənc bir kişi deyib: "Mənim etdiyim iş İslam Respublikası üçün cinayət sayılır. Çox qorxurdum, çünki yanımda laptop və telefon vardı".

Başqa bir gənc deyir ki, postdan keçmək üçün özünü mehriban göstərməyə çalışıb: "Onlara "çox sağ olun, əziyyət çəkirsiniz" kimi sözlər dedim… sanki işlərinə həqiqətən dəyər verirdim".

Gənc bir qadın isə deyib: "Həmişə rəngli geyimlər geyinmişəm. Ancaq indi yox. Çünki patrulların qıcıqlanacağından qorxuram"./bbc.com


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp İrana müharibə elan edə bilməyəcək – Qarşısı alındı

    Tramp İrana müharibə elan edə bilməyəcək – ...

    14-02-2020, 11:21

  • 
  • Qüdsdə açılacaq stansiyaya Donald Trampın adının verilməsi təklifi irəli sürülüb

    Qüdsdə açılacaq stansiyaya Donald Trampın adının ...

    27-12-2017, 22:22

  • 
  • Con Bolton: İrana qarşı sanksiyaların yenidən tətbiqi ciddi təsirə malikdir

    Con Bolton: İrana qarşı sanksiyaların yenidən ...

    23-08-2018, 15:08

  • 
  • Yaxın Şərqdə yeni müharibə ocağı: Bu savaş daha dəhşətli olacaq

    Yaxın Şərqdə yeni müharibə ocağı: Bu savaş daha ...

    6-12-2017, 15:57

  • 
  • İsrail və ABŞ-nin İrana qarşı birgə əməliyyatının pərdəarxası məqamları: Xameneinin yerini kim deyib?

    İsrail və ABŞ-nin İrana qarşı birgə əməliyyatının ...

    10-03-2026, 10:43


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu