Dədəm Qorqud dörd adı yanlış qoyduğunu boynuna alıb: «İynəyə tikən demədim mən Dədə Qorqud; tikənə sökən demədim mən Dədə Qorqud. Gəlinə ay(ı)ran demədim mən Dədə Qorqud; ayrana doy(u)ran demədim mən Dədə Qorqud».
İndi Dədəm olsaydı, torpağı qoruyan, savaşı QAZANANlara elə QAZAN-QAZI deyərdi yəqin. «Qarabağ savaşından üzüağ, alnıaçıq çıxdın, ZƏFƏR QAZANDIN, İGİD, adın da qoy QAZAN-QAZİ olsun!». Qazilərin haqq etmədikləri qazamat yaşamlarına aparan yolu da, o yolu çəkənləri də el dilində ödülləndirərdi Dədəmiz. Günümüzün acı gerçəyidir, ombudsman insan hüquqlarının müvəkkilliyini yox, ittihamı müdafiə edir, suçarayan- müstəntiq «torba tikir», prokuror «torbadakı deşikləri yamayır», məhkəmə (yarğıcı-hakimi) «tikilən torbanın möhürünü vurur». Necədir, Qarabağ QAZİSİ, 15 illik, «(uzun)ömürlü(k) «torban» MÜBARƏKDİR!(?)
Söz BAŞ SAVAŞ QAZANANda, dövlətin BAŞ QAZİSİNDƏDİR. Dövlətin BAŞTACILARINI, SAVAŞ QAZİLƏRİNİ, «TORBATİKMƏ» QAZAMATINDAN ALİ BAŞ QAZİ QURTARA bilər.
Yoxsa, məhkəməsi yox, ombudsmanı-hüquq qoruyanı yox, sosial, hüquq müdafiəsi yox, zavallı QAZİ XALQ neyləyə bilər?
Məğrur Bədəlsoy
(Qarabağ Qazilərinin Qazi Jurnalist Vüqar Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin baş katibi)
P.S. Bu günlərdə Ombudsmanın DTX-da saxlanılan işğalçı məhbuslara baş çəkdiyi bildirilib. Görəsən, yurdu işğaldan qoruyan, DTX-da «torbasının» tikilməyini» gözləyən Qazi Vüqar Tofiqoğlu «həm ziyarət, həm ticarət» prinsipi ilə ziyarət edilməyib ki? «Hürriyyət» «yaylım atəşi ilə» susdurulduğundan «torbatikmə»nin gedişindən tam soraqsızıq…
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?