Gundemxeber.az » Ölkə » Qurbanov əsas komandadan qovmuşdu: yenə cəzalandırıldı
"Qarabağ"ın intizamsızlığı ilə diqqət çəkən müdafiəçisi Sami Mmae növbəti dəfə cəzaya məruz qalıb.
Belçikalı legioner bu dəfə Əvəzedicilər Liqasındakı davranışlarına görə cəzalandırılıb.
Belə ki, çempionatın 21-ci turu çərçivəsində baş tutan "Sabah-2" ilə qarşılaşmanın 43-cü dəqiqəsində hakim qərarına kəskin etiraz edən futbolçu ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.
Məhz bu hərəkətinə görə Mmae bir oyunluq diskvalifikasiya edilib, "Qarabağ-2" komandası isə 250 manat məbləğində cərimə ödəyəcək.
Xatırladaq ki, Sami Mmae daxili intizam qaydalarını pozduğuna görə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tərəfindən bir müddət əvvəl əsas komandadan uzaqlaşdırılıb.//Axar.az
2-09-2014, 14:46
7-12-2012, 12:46
3-03-2015, 15:10
28-12-2014, 15:08
11-03-2026, 16:45
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?