Gundemxeber.az » Ölkə » İlin ən parlaq kometası mövcudluğunu dayandırıb
İlin ən parlaq kometası C/2026 A1 Günəşə yaxınlaşdıqdan sonra mövcudluğunu dayandırıb.
Gundemxeber.com bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu "Telegram" kanalına istinadən xəbər verir.
Alimlərin sözlərinə görə, kometanın uçucu maddələri Günəşin tacında tamamilə səpələnib. Daha iri fraqmentlərin isə birbaşa ulduzun səthinə düşmüş ola biləcəyi ehtimal edilir.
Həmçinin bildirilib ki, kometanın toz quyruğunun bir hissəsi qoparaq, Günəş işığının təzyiqi ilə xarici taca sıxışdırılıb və yaxın vaxtlarda tamamilə dağılacaq.
Gundemxeber.com
31-10-2025, 11:43
23-07-2016, 21:08
3-06-2017, 00:02
5-05-2025, 23:07
17-09-2025, 15:41
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?