GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ – Vergi orqanı sizi araşdıra bilər

Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ – Vergi orqanı sizi araşdıra bilər

Tarix: 23-04-2026, 18:37 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 4

Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ –
Son dövrlər məlum olduğu kimi vətəndaşlar arasında “Card to Card” əməliyyatları geniş vüsət alıb. Bunun əsas səbəbi insanların vaxta qənaət edərək, daha rahat və sürətli formada bir-birinə pul köçürmələrini reallaşdıra bilmə imkanıdır.

Lakin bu əməliyyatlardan sui-istifadə edən şəxslər də az deyil. Belə ki, bəzi sahibkarlar vergilərdən yayınmaq məqsədilə əldə etdikləri gəlirləri gizlətmək üçün təqdim etdikləri malların, xidmət və ya işlərin dəyərini kassa aparatı, POS-terminal və ya bank hesabı vasitəsilə yox, sadəcə adi vətəndaş qismində öz adlarına açdırdıqları bank kartları ilə “Card to Card” köçürmələri həyata keçirərək qəbul etməyə çalışırlar. Bu cür halların qarşısını almaq məqsədilə banklar tərəfindən şübhəli hesab edilən kart əməliyyatlarına dair məlumatlar vergi orqanlarına təqdim olunur və vergi orqanları həmin vətəndaşlara bu əməliyyatlara görə vergilər hesablayır.

Bəs görəsən bu məsələ ilə əlaqədar qanunvericilik nə nəzərdə tutur?

TEREF Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı Vəkillər Kollegiyasının üzvü, vergi sahəsi üzrə ekspert Elvin Şərifov “Report”a açıqlamasında bildrib ki, “Banklar haqqında” qanunun 41-ci maddəsinə əsasən şəxsin kart məlumatları bank sirri kateqoriyasına daxildir və banklar bu məlumatları yalnız şəxsin özünə, onun səlahiyyətli nümayəndəsinə və ya yazılı razılığı əsasında digər üçüncü tərəflərə təqdim edə bilərlər.

“Yəni şəxs özü yazılı qaydada razılıq vermədiyi halda, bank onun kart məlumatlarını heç bir şəraitdə vergi orqanına ötürə bilməz. Bu qanunu pozan banklar isə qanunvericiliklə müəyyən edilmiş maddi məsuliyyət daşıyırlar. Başqa sözlə, belə vəziyyətlərlə üzləşən şəxslər banklara qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəmələrə müraciət etmək hüququna malikdirlər. “Banklar haqqında” qanuna əsasən bank yalnız Vergi Məcəlləsində nəzərdə tutulmuş prosedura uyğun olaraq məlumatları vergi orqanına təqdim edə bilər ki, həmin məlumatlar da məhz adi vətəndaşa deyil, vergi ödəyicisinə, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aid olmalıdır. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi orqanları adi vətəndaşlara deyil, yalnız vergi ödəyicisinə aid olan bank məlumatlarını kredit təşkilatlarından tələb edə bilər”, – E. Şərifov qeyd edib.

Eyni zamanda ekspert vurğulayır ki, Vergi Məcəlləsinə müvafiq olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də vergi orqanında vergi ödəyicisi qismində qeydiyyata alınmalıdır. Əgər belə şəxslər qəsdən vergi uçotuna alınmaq üçün ərizə ilə müraciət etmirlərsə, vergi qurumları onları öz təşəbbüsü ilə vergi uçotuna alır və bu barədə onlara rəsmi bildiriş göndərirlər. Bundan əlavə, Vergi Məcəlləsinə görə gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi vergitutma obyektləri sırasına daxildir. Vergi yoxlamaları aparıldıqda, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisinin xeyrinə olan şərtləri aydınlaşdırmalıdırlar.

“Beləliklə, vergi qanunvericiliyinə əsasən hətta bank məlumatlarını hər hansı formada əldə etmiş vergi orqanları həmin şəxslərin doğrudan da sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu təsbit etməli (həmin şəxsin VÖEN-nin mövcudluğu, hansı növ mal, iş və ya xidmət təqdim edib-etməməsi, kart hesabına daxil olan ödənişlərin mənbəyinin araşdırılması və sair) və buna tam əmin olduqdan sonra həmin şəxsi vergi uçotunda olmadığı təqdirdə onu qeydiyyata almalı və vergilərin hesablanması məsələsinə baxmalı, vergi uçotunda olduğu halda isə birbaşa vergilərin hesablanması prosesinə keçə bilər”, – Vəkillər Kollegiyasının üzvü vurğulayır.

Başqa sözlə, vergi qanunvericiliyindən aydın görünür ki, vergi orqanları yalnız vətəndaşın banklardan əldə olunmuş bank məlumatlarını təhlil edərkən həmin şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını sübuta yetirdikdə ona əlavə vergilərin hesablanmasını həyata keçirmək səlahiyyətinə malikdirlər.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xəstəxanalarda ödənişlər kartla aparılacaq

    Xəstəxanalarda ödənişlər kartla aparılacaq ...

    19-02-2020, 13:29

  • 
  • "Beynəlxalq Bank"- a pul köçür, 1 həftə ac qal - Köçürmələr niyə gecikir?

    "Beynəlxalq Bank"- a pul köçür, 1 həftə ...

    11-04-2020, 12:21

  • 
  • Vergilər Nazirliyi “Turan”ın hesabını açdı – Rəsmi AÇIQLAMA

    Vergilər Nazirliyi “Turan”ın hesabını açdı – ...

    5-10-2017, 15:10

  • 
  • “Hokka Mokka”da müştərilərdən “card to card” sistemi ilə ödəniş qəbul edilir?

    “Hokka Mokka”da müştərilərdən “card to card” ...

    24-09-2025, 20:04

  • 
  • Vergidə aparılacaq dəyişikliklər

    Vergidə aparılacaq dəyişikliklər ...

    5-08-2016, 01:09


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu