GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Yeni edam üsulu “ixtira” edən "NKVD" zabiti Berq – sonda onun özünü də güllələnməyə həmin maşında aparıblar.

Yeni edam üsulu “ixtira” edən "NKVD" zabiti Berq – sonda onun özünü də güllələnməyə həmin maşında aparıblar.

Tarix: 22-04-2026, 20:30 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 5

Yeni edam üsulu “ixtira” edən "NKVD" zabiti Berq – sonda onun özünü də güllələnməyə həmin maşında aparıblar.
Ən yeni tarix. Maraqlı faktlar.
Yeni edam üsulu “ixtira” edən "NKVD" zabiti Berq – sonda onun özünü də güllələnməyə həmin maşında aparıblar.
Səmərələşdirici təkliflər, ixtiralar adətən hansısa bir sahənin inkişafına təkan verir, məhsuldarlığı artırır.
Amma tarixdə elə “kəşf”lər də olub ki, onların tətbiqi heç də xoşməramlı olmayıb.
Qanlı repressiya illərində “NKVD”-nin Moskva vilayət idarəsinin əməkdaşı İsay Berqin ixtirası kimi.
30 iyul 1937-ci ildə “NKVD” başçısı Nikolay Yejovun imzaladığı 00447 nömrəli əmrlə “NKVD üçlükləri”i yaradılanda güllələnməyə məhkum edilənlərin sayı o qədər artıb ki, hökmün icra olunması problemə çevrilib.
Qeyd edək ki, “NKVD üçlükləri”nə 5-6 dəqiqəlik formal prosedurdan sonra müttəhimləri güllələnməyə məhkum etmək və sürgünə göndərmək barədə qərar çıxarmaq səlahiyyəti verilib.
Moskvada da güllələnmə hökmlərinin icra edilməsində problemlər yaranıb, həm yer baxımından, həm də ştatlı “cəllad”lar az olduğundan çətinliklər yaşanıb.
Bunu nəzərə alan Nikolay Yejov yeni ölüm poliqonlarının yaradılması ilə bağlı növbəti əmrlər imzalayıb. Bu əmrlərin biri Moskva ətrafında yerləşən Butovo da “NKVD”-nin atıcılıq poliqonunun güllələnmə və dəfn poliqonuna çevrilməsi ilə bağlı olub.
1937-1938-ci illərdə Butovo poliqonunda 20 min 765 nəfər güllələnib.
Təkcə 1937-ci ilin 27 oktyabr tarixində, bir sutka ərzində 562 nəfərin həyatına son qoyulub.
Poliqonda “cəllad”ların sayı əvvəlcə 5, sonra 7, daha sonra isə 12 nəfərə çatdırılıb. Amma “plan”ı yerinə yetirmək üçün bu say yetərli olmayıb.
Ölüm hökmünə məhkum edilənlərin güllələnmə növbəsi gözləməsi təhlükə yaradıb. Qaçmağa cəhd, poliqon əməkdaşlarına hücumlar, qiyam etmək kimi hallar adi hadisələrə çevrilib.
“NKVD”-nin Moskva vilayət idarəsinin zabiti, dövlət təhlükəsizliyi baş leytenantı, güllələnməyə məhkum olunanların digər türmələrdən Butovo paliqonuna daşınmasına cavabdehlik daşıyan İsay Berq vəziyyətin mürəkkəbliyini nəzərə alaraq “cəllad”lara kömək məqsədi ilə rəhbərlik qarşısında təklif irəli sürüb, yeni “ixtira”sı ilə prosesin yüngülləşəcəyinə əmin olduğunu bildirib.
İsay Berq təklif edib ki, məhkumlar xüsusi hazırlanmış yük maşınlarında daşınsın. Daşınma zamanı həmin maşınların kuzovuna qaz buraxılsın. Belə olan halda onlar poliqona çatana qədər öləcəklər və yalnız onları basdırmaq lazım gələcək. Bununla da Butovo poliqonunda sıxlıq azalacaq və güllələmə icraçılarının da işi nisbətən yüngülləşəcək.
Təklif “NKVD” rəhbərliyi tərəfindən bəyənilib, hətta bu “ixtira”ya görə İsay Berq “NKVD-nin fəxri işçisi” döş nişanı ilə təltif olunub.
Yeni “ixtira” çörək daşıyan maşınların üzərində tətbiq edilib.
Bu da təsadüfi seçilməyib. Üzərində “çörək” yazılan maşında təkərlər üzərində ölüm kamerasının olmasından əhali şübhələnməyib, təşvişə düşməyib.
Digər tərəfdən, gecə-gündüz Moskvanın küçələrində şütüyən “çörək” maşını repressiya xofu içində yaşayan şəhər sakinlərində “çörək boldur” təəssüratı yaradıb.
Maşınların kuzovu içəri tərəfdən dəmirlə üzlənib, altı yerdə rezin şlanqlar üçün yer açılıb, qaz balonları kabinəyə, oturacağın alt hissəsinə yerləşdirilib.
“Çörək” maşınlarına 40-50 nəfər məhkum pərçim edilib. Maşın hərəkətə başlayandan sonra qaz kabinədən kuzova buraxılıb. 40-50 dəqiqə ərzində içəridə olanlar boğularaq ölüblər.
Bununla da, maşın son mənzilə çatanda birbaşa poliqonda qazılmış xəndəklərin yanında yer alıb.
İsay Berqin bu “ixtira”sı 1938-ci ilin sonuna qədər tətbiq olunub. Həmin ilin dekabrında Lavrenti Beriya “NKVD” rəhbərliyinə keçəndə İsay Berq köhnə komandanın üzvü, Nikolay Yejovun yaxın adamı kimi vəzifəsindən uzaqlaşdırılıb. Amma “ixtiraçı”nın cəzası təkcə işindən azad olunması ilə bitməyib.
İsay Berq vəzifəsindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunaraq həbs edilib.
Məhkəmədə hakim tərəfindən “təkərlər üstə ölüm kamerası” faktı səsləndiriləndə o, iddialarla razılaşmayıb, “NKVD” rəhbərliyinin tapşırıqlarını icra etdiyini bildirib.
Onun haqqında qaldırılan cinayət işi yenidən istintaqa göndərilib. Növbəti istintaq bir həftə ərzində İsay Berqin antisovet fəaliyyətini, trotskiçi olduğunu “aşkar” edib.
7 mart 1939-cu ildə SSRİ Ali Məhkəməsi hərbi kollegiyasının hökmü ilə İsay Berq ən ağır cəzaya, güllələnmə hökmünə məhkum edilib. Hökm həmin gün icra olunub.
“İxtiraçı”nı məhkəmə zalından güllənmə məkanına öz “ixtira”sında aparıblar. Amma kuzova qaz buraxılmayıb, çünki qaz buraxanın özü kuzovda olub.
Sadəcə, güman etmək olar ki, o, qaz buraxılacağını gözləyə-gözləyə, dəhşətli psixoloji iztirab çəkib.
Qeyd edək ki, İsay Berq 1905-ci ildə Moskvada anadan olub. 1920-ci ildə, 15 yaşı olanda ordu sıralarına yazılıb, 20 yaşında bölük komandiri vəzifəsində xidmət edib.
Sonrakı xidmətini Birləşmiş Dövlət Siyasi İdarəsində (OQPU) davam etdirib. 1934-cü ildə “NKVD” yaradılanda qurumun Moskva vilayəti İdarəsində xidmətə qəbul edilib.
İsay Berq güllələnəndə 34 yaşı olub.
Stalinin vəfatından sonra qohumları İsay Berqin bəraəti ilə bağlı müvafiq qurumlara müraciət etsələr də müsbət cavab almayıblar. Yalnız 1962-ci ildə “NKVD”-nin Moskva vilayəti idarəsinin rəisi Redensin bəraəti məsələsi qaldırılanda İsay Berq də (hər ikisi ölümündən sonra) bəraət alıb.
İlham Cəmiloğlu,

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yüz minlərlə insanı məhv edən cəlladların aqibəti – onlardan yalnız 1-i 15 il həbs cəzası alaraq sağ qalıb

    Yüz minlərlə insanı məhv edən cəlladların aqibəti ...

    4-02-2020, 16:21

  • 
  • Putinin atası Rusiya Azadlıq Ordusunun (RAO) tərkibində SSRİ-yə qarşı vuruşub

    Putinin atası Rusiya Azadlıq Ordusunun (RAO) ...

    24-03-2014, 14:54

  • 
  • “Troyka cəlladı”, nasistlərin ittihamçısı, türmədə məhbus güllələyən – Roman Rudenkonun həyat yolu

    “Troyka cəlladı”, nasistlərin ittihamçısı, ...

    30-09-2019, 16:49

  • 
  • “KQB” cəmiyyətdə gözükölgəli vəziyyətə düşdü

    “KQB” cəmiyyətdə gözükölgəli vəziyyətə düşdü ...

    28-11-2016, 21:29

  • 
  • İranda 3 nəfər edam edilib

    İranda 3 nəfər edam edilib ...

    11-11-2015, 14:53


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu