GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Avropa Məhkəməsi 'Siyəzən məhbusları'na görə Azərbaycan hökumətinə sorğu göndərib

Avropa Məhkəməsi 'Siyəzən məhbusları'na görə Azərbaycan hökumətinə sorğu göndərib

Tarix: 24-04-2026, 20:57 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 116

Siyəzən rayonunda sosial tələblərlə keçirilmiş etiraz aksiyası və ardınca həyata keçirilən həbslərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə rəsmi sorğu göndərib. Siyəzən olaylarına görə uzunmüddətli həbs cəzasına məhkum edilmiş dörd nəfərin – Nizami Qəniyev, Zaur Şəkərov, Müslüm Əzimov və Coşqun Bəğişovun şikayəti üzrə məhkəmə ilə kommunikasiya başlayıb.

Siyəzən sakinləri ərizələrində qanunsuz həbs olunduqlarını və barələrində çıxarılmış məhkəmə hökmlərinin ədalətsizliyini bildiriblər. Onlar vurğulayıblar ki, Siyəzəndə icra hakimiyyətinin binası qarşısında unun qiymətinin bahalaşmasına, işsizlik və yoxsulluğa qarşı dinc şəkildə etiraz ediblər. İcra başçısı ertəsi gün deputatla görüş vəd edəndən sonra dağılışıblar.

"55 nəfər saxlanılıb"

"Lakin 2016-cı il yanvarın 12-də gecə saatlarında aksiya iştirakçılarının çoxunun evinə polis gəlib və onlar saxlanılıb. Bu səbəbdən ertəsi gün onların buraxılması tələbi ilə növbəti aksiya keçirilib. Polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edərək etiraz aksiyasını dağıdıb. 55 nəfər saxlanılıb. Onlardan 11 nəfər barəsində cinayət işi başlanıb, 44 nəfər isə inzibati qaydada həbs olunub", - ərizəçilər Avropa Məhkəməsinə şikayətlərində yazıblar.

"Heç əynini geyinməyə qoymadılar, qolunu burub apardılar"


"Heç əynini geyinməyə qoymadılar, qolunu burub apardılar"

Mənbə: AzadlıqRadiosu

Kod yaddaşa götürüldü

 

en  px hündürlük  px

The URL has been copied to your clipboard

  • Auto

  • 270p

  • 360p

  • 720p

No media source currently available


0:002:450:00





Adları çəkilən dörd nəfər barəsində də cinayət işi başlanıb. Onlara Cinayət Məcəlləsinin 186.2.2 (başqasının əmlakını zədələmə və ya məhv etmə), 228.1 (qanunsuz silah saxlama), 233 (kütləvi iğtişaşların təşkili və ya iştirak), 234.1 (narkotik vasitələrin qanunsuz saxlanması) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. İddia olunub ki, axtarış zamanı onların evlərindən silah və narkotik vasitələr tapılıb.

Quba rayon Məhkəməsinin hökmü ilə şikayətçilərdən M.Əzimov və Z.Şəkərov 6 il, C.Bəğişov və N.Qəniyev isə 4 il həbs cəzasına məhkum ediliblər. Sumqayıt Apellyasiya Məhkəməsi Siyəzən hadisələrinə görə həbs edilənlərin cəza müddətlərini 6-12 ay azaldaraq hökmü yumşaldıb. Ali Məhkəmə isə qərarı qüvvədə saxlayıb.

Ərizəçilər Avropa Məhkəməsinə şikayətlərində Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ), 8 (şəxsi və ailə həyatına hörmət hüququ), 11 (yığıncaqlar və birləşmək azadlığı) və 18-ci (Konvensiyada tanınan hüquq və azadlıqların Konvensiyada nəzərdə tutulmayan məqsədlərlə məhdudlaşdırılmaması) maddələri ilə təminat verilən hüquqlarının pozulduğunu vurğulayıblar.

Avropa Məhkəməsi sorğusunda "Siyəzən məhbusları" üçün istintaq və məhkəmə dövründə ədalətli mühakimə üçün lazımi şərtlərin təmin olunub-olunmadığını, evlərində axtarış zamanı şəxsi həyata hörmət hüququna riayət edilib-edilmədiyini və digər məsələləri araşdırır.

Xatırlatma

2016-cı il yanvarın 12-də Siyəzəndə unun və digər məhsulların qiymətinin artmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında aksiya keçirib. Bundan sonra gecə saatlarında rayonda çoxsaylı etirazçı saxlanılıb.

Yanvarın 13-də saxlanılanların azad edilməsi tələbi ilə təkrar aksiya keçirilib, insident yaşanıb və yenidən bir neçə nəfər saxlanılıb. Onlardan 11 nəfər barəsində cinayət işi başlanıb, uzunmüddətli həbs cəzasına məhkum edilib, digərləri isə inzibati qaydada həbs olunub.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini razılaşdırılmayan yürüş təşkil edib, yürüş zamanı hüquqazidd hərəkətlərə yol verənlər saxlanılıb.

Həbs olunanlar özlərini təqsirli bilməyib, işsizlik və yoxsulluqla əlaqədar icra hakimiyyətinin qarşısına toplaşdıqlarını və heç bir qanun pozuntusuna yol vermədiklərini bəyan ediblər.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Siyəzəndə iki nəfər dəm qazından zəhərlənib

    Siyəzəndə iki nəfər dəm qazından zəhərlənib ...

    24-02-2014, 00:18

  • 
  • Prezident Siyəzən rayonuna yeni icra başçısı təyin etdi

    Prezident Siyəzən rayonuna yeni icra başçısı ...

    12-10-2015, 19:22

  • 
  • Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın əleyhinə qərar çıxardı

    Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın ...

    30-05-2013, 14:57

  • 
  • Siyəzəndə 76 yaşlı qadın intihar edib

    Siyəzəndə 76 yaşlı qadın intihar edib ...

    16-10-2013, 00:18

  • 
  • Siyəzəndə 57 nəfər zəhərləndi

    Siyəzəndə 57 nəfər zəhərləndi ...

    23-08-2013, 13:30


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu