GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rusiyada bir damcı narazılıq – kiçik simptom, yoxsa ciddi böhran?

Rusiyada bir damcı narazılıq – kiçik simptom, yoxsa ciddi böhran?

Tarix: 27-04-2026, 21:08 Bölmə :Ölkə / Dünya Baxış: 107

Aprelin əvvəlində Rusiyada traktor zavodunun direktoru Moskvada İqtisadi Foruma gedərkən internetdə bir video yayıb. Vladimir Boqlayev videoda deyirdi ki, 1990-cı illərdən bəri hakimiyyətdəkilərin özlərini bu qədər fəal şəkildə gözdən saldıqlarını xatırlamır: "Başdakılar yerdəki və iqtisadiyyatdakı reallıqdan tamamilə təcrid olunublar".

AzadlıqRadiosunun jurnalisti Rey Förlonq yazır ki, narazılığın nadir hal sayıldığı və sərt cəzalandırıldığı Rusiyada son həftələr oxşar bəyanatlar çoxalıb.

Karneqi Rusiya-Avrasiya Mərkəzinin siyasi analitiki Tatyana Stanovaya deyir ki, fərdi tənqidlər ayrılıqda əhəmiyyətsiz görünə bilər, lakin birlikdə ciddi məna daşıyır.

"Tibbi bənzətmə ilə desək: xırda və izahı çətin simptomlar keçici narahatlıq da ola bilər, həyat üçün təhlükəli xəstəliyin əlaməti də", - o, aprelin 21-dəki yazısında bildirib.

Bu arada prezident Vladimir Putinə çox az tənqid yönəlir, Ukraynadakı müharibədən isə heç danışan yoxdur. Putinin çoxdankı dəstəkçisi ona "hərbi cinayətkar" dedikdən sonra psixiatrik klinikaya salınıb.

Stanovaya görə, bəzi analitiklər təxmin edirlər ki, internetin bloklanmasının yaratdığı narazılıq Federal Təhlükəsizlik Xidmətinin (FSB) daxilində və ətrafında pərdəarxası çəkişmələri, həmçinin hökumətdəkilərin biznes və iqtisadi maraqlarını üzə çıxarır. Yəni Putinə sadiq rəqib qruplar bir-biri ilə çəkişirlər.

Putin aprelin 23-də rəsmilərlə videokonfransda deyib ki, "əgər bu terror hücumlarının qarşısının alınması ilə bağlıdırsa, təhlükəsizlik həmişə prioritet olacaq". Rəsmi qurumlar da məhdudiyyətləri Ukraynanın dron hücumlarından qorunmaq ehtiyacı ilə izah edirlər.

Vladimir Putin Nijni-Tagildə yerləşən "Uralvaqonzavod" müəssisəsində.

Vladimir Putin Nijni-Tagildə yerləşən "Uralvaqonzavod" müəssisəsində.

"İqtisadiyyat çökür"

Son iqtisadi göstəricilər Boqlayevin nə demək istədiyini açıq şəkildə göstərir: Rusiyanın ümumi daxili məhsulu (ÜDM) yanvar-fevral aylarında 1.8 faiz azalıb. İnternet qadağalarına narazılıq məhz bu fonda baş verir. Məhdudiyyətlər bizneslərə ciddi zərər vurub.

Müstəqil iqtisadçı Vladislav Jukovski aprelin 22-də AzadlıqRadiosunun rus xidmətinə deyib: "İqtisadiyyat çökür. Bu o deməkdir ki, nə investisiya olacaq, nə iş yerləri, nə də gəlir. Rusiya Dövlət Statistika Xidmətinin hesablamalarına görə, bu ilin əvvəlində gəlir 30 faiz azalıb. Bu, Ukrayna ilə müharibə başlayandan bəri rekord azalmadır".

Onun sözlərinə görə, hətta silah istehsal edən zavodların belə yeni işçi cəlb etmək üçün maaşları artırmağa maliyyə imkanı qalmayıb: "Bu il vəziyyət daha da pisləşəcək".

Oliqarx Oleq Deripaskanın martda Mərkəzi Bankı hədəf alan tənqidləri böyük rezonans doğurub. İqtisadçıları faiz dərəcələrini aşağı salmağa çağıran milyarderdən sonra ötən həftə prezident Vladimir Putin də hərəkətə keçib. O, baş nazir Mixail Mişustin və Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina da daxil olmaqla, iqtisadi bloka rəhbərlik edən yüksəkvəzifəli şəxsləri sərt tənqid edib.

Siyasətə qarışmaq istəməyənlərin gözlənilməz sözçüsü

Maraqlısı odur ki, etirazların qarşısını almaq üçün interneti kəssələr də, bu, narazılığı daha da alovlandırıb. Ölkədə mobil internet kəsilib, populyar "Telegram" messenceri bloklanıb, VPN xidmətlərinə tətbiq edilən məhdudiyyətlər isə "Instagram" kimi platformalara girişi çətinləşdirib.

Rusiyada mobil internetə vaxtaşırı məhdudiyyətlər tətbiq olunur.

Rusiyada mobil internetə vaxtaşırı məhdudiyyətlər tətbiq olunur.

İqtisadi təsirə gəlincə, yalnız taksi sifarişi, yemək çatdırılması və digər onlayn alış-veriş kimi gündəlik xidmətlərə deyil, həm də influenserlərə ciddi zərbə dəyib. Rusiyalı "Instagram" ulduzu Viktoriya Bonyanın tənqidi xüsusilə diqqət çəkib. O, həm onlayn qadağalara, həm də Dağıstandakı daşqınlara və Qara dənizdəki çirklənməyə toxunub. Putinə xitabən "Vladimir Vladimiroviç, xalq Sizdən qorxur" deyib. Bundan sonra onunla kremlyönlü teleaparıcı Vladimir Solovyov arasında söz atışması başlayıb; Solovyov hətta onu 'fahişə' adlandırıb.

Praqada yaşayan rusiyalı sosioloq Dmitri Dubrovski "Current Time"a deyir ki, Bonya "adətən heç kimin təmsil etmədiyi – siyasətə qarışmaq istəməyən adi insanların gözlənilməz sözçüsünə çevrilib".

Tənqidlərin artması Putinin reytinqinin düşdüyü və payızda keçiriləcək parlament seçkiləri ərəfəsində baş verir. Əvvəlki təcrübə bu seçkilərin azad və ədalətli keçirilməyəcəyini deməyə əsas verir. Lakin Dubrovskinin fikrincə, Kreml cavab olaraq internet məhdudiyyətlərini yumşalda bilər: "Bu, seçkilərdən əvvəl mütləq baş verəcək. Müvəqqəti addım ola bilər. Amma fikrimcə, xüsusilə "Telegram"la bağlı məhdudiyyətləri yumşaltmağa çalışacaqlar".

Effektindən asılı olmayaraq, Kreml bunu edə bilər. Rusiyanın dərin iqtisadi problemlərini həll etmək isə daha çətin məsələdir, - R.Förlonq yazır.


GUNDEMXEBER.COM 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kreml Rusiyada keçirilən etirazların ölkədə siyasi böhran yaratdığını rədd edir

    Kreml Rusiyada keçirilən etirazların ölkədə ...

    14-08-2019, 13:15

  • 
  • Ermənistan vətəndaşlarına Rusiyada üstün hüquqlar verildi

    Ermənistan vətəndaşlarına Rusiyada üstün hüquqlar ...

    13-01-2015, 17:52

  • 
  • ”Rusiyada xarici kəşfiyyat şəbəkəsi güclənir”

    ”Rusiyada xarici kəşfiyyat şəbəkəsi güclənir” ...

    20-12-2014, 23:21

  • 
  • Rusiyada Telegram bağlanıb

    Rusiyada Telegram bağlanıb ...

    17-04-2018, 11:45

  • 
  • Rusların 55 faizi Putinə güvənir - SORĞU

    Rusların 55 faizi Putinə güvənir - SORĞU ...

    14-05-2021, 14:49


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (14)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu