Gundemxeber.az » Ölkə » BƏƏ prezidentinin müşaviri: "İran strateji təhdid olacaq"
Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin baş müşaviri Ənvər Qarqaş deyib ki, Əbu-Dabi və Tehran arasında etimadın bərpası illər alacaq.
"Siz 2800 raket və dronla hücum edirsiniz, sonra deyirsiniz mənimlə etimaddan danış. Bu illər alacaq" - deyə Qarqaş Fransada təşkil edilə Dünya Siyasətçiləri Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İranın BƏƏ-yə hücumunun 89%-i mülki və enerji infrastrukturuna olub:
"Tehran Fars körfəzinin ərəb ölkələrinə deyirdi ki, sizin mənim üçün əhəmiyyətiniz yoxdur və məncə bu situasiya çox uzun müddət davam edəcək".
Qarqaş bildirib ki, region o cümlədən BƏƏ üçün İran strateji təhdid kimi görünəcək.
BƏƏ ABŞ, İsrail-İran müharibəsi başladıqdan sonra Tehranın əsas hücum etdiyi ölkələrdən olub. İran iddia edir ki, BƏƏ-də yalnız ABŞ-yə məxsus obyektləri vurub. Bununla belə yayılan görüntülərdə BƏƏ-nin enerji və mülki obyektlərinə hücum anları da yer alıb.
BƏƏ son illər İsraillə münasibətlərini yaxşılaşdıran əsas ərəb ölkələrindən hesab edilir. Əbu-Dabi rəsmi olaraq İbrahim razılaşmalarına qoşulub. Bununla belə müharibəyə qədər BƏƏ ilə İran arasında siyasi və iqtisadi əlaqələr də yaxşı vəziyyətdə olub. İranın idxalatının böyük qismi məhz BƏƏ üzərindən həyata keçirilib. Bundan başqa İranın sanksiyalardan yayınmaq üçün Dubaydan geniş istifadə etdiyi müxtəlif KİV-lər tərəfindən qeyd edilib. Müharibənin başlanması və İranın BƏƏ-dəki obyektlərə zərbələrindən sonra əlaqələr demək olar ki, dondurulub. Üstəlik, BƏƏ İranın bir çox şirkətləri və təşkilatlarının hücumlara cavab olaraq təcili ölkəni tərk etməsini tələb edib.
Gundemxeber.com
18-01-2016, 15:06
5-02-2020, 13:11
10-12-2017, 14:50
4-01-2016, 18:04
29-08-2020, 18:45
Sorğu
Yeni dizaynımız necədir?