Gundemxeber.az » Şəhid atasını xəstəxanalıq edən qadın məmurun törətdiyi yol-nəqliyyat hadisəsi
Son günlərdə bəzi xırda çinli məmurlar bahalı avtomobillərində yol hərəkəti qaydalarını pozaraq qəza törədirlər. Bu cür hadisələr demək olar ki, tez-tez baş verir. Bu və ya digər ağır qəzaların ən çox törədicisi qadınların olduğunu desək, yanılmarıq. Belə bir ağır yol-nəqliyyat hadisələrindən biri 24 aprel 2026-cı il tarixində Sumqayıt şəhərinin Səməd Vurğun küçəsində (Şəhidlər Xiyabanının yaxınlığında) baş verib. Hadisə yerində olan şəxslərdən birinin gundemxeber.com saytının redaksiyasına verdiyi məlumata görə, "Azərişıq" ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinin qadın əməkdaşı olan Məmmədova Könül Cavid qızı iş vaxtı saat 15:00-da idarə etdiyi avtomobillə piyadanı vurub. İlkin məlumata görə, orta ağır dərəcəli xəsarət alan piyada şəhid atasıdır və xəstəxanaya yerləşdirilib. Bu faktla bağlı araşdırmamız davam edir.
Bizi izləyin
Gundemxeber.com
27-04-2026, 10:30
13-12-2014, 23:44
23-12-2013, 03:33
11-10-2017, 11:22
3-02-2016, 14:14
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?