GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Pakistan prezidentinin sirli ölümü – təyyarə qəzasında SSRİ-nin əli olduğuna dair şübhələr var

Pakistan prezidentinin sirli ölümü – təyyarə qəzasında SSRİ-nin əli olduğuna dair şübhələr var

Tarix: 28-04-2026, 21:12 Bölmə :Ölkə / Dünya Baxış: 72


Bu hadisə tarixçiləri və sui-qəsd nəzəriyyəçilərini hələ də narahat edir.

1988-ci il, “soyuq müharibə” tədricən sona çatır və birdən prezidenti daşıyan təyyarə Pakistanda qəzaya uğrayır. Hamı həlak olur. Hər kəsin ağlında ilk sual budur: Moskva təşkil edib.

Həm müttəfiqlərin, həm də düşmənlərin niyə dərhal Moskvaya üz tutduğunu anlamaq üçün faciədən bir neçə il əvvəl baş verənləri xatırlamaq lazımdır.

Əfqanıstan müharibəsi qızışan zaman Pakistan SSRİ-nin başının bəlasına çevrilib. Məhz orada, prezident Məhəmməd Ziya-ül-həqqin qanadı altında mücahidlər yenidən qruplaşır, xəstəxanalar tikilir və yeni Amerika silahları alırdılar. Lakin Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) qətiyyən bağışlaya bilməyəcəyi bir hadisə baş verir.

6db2427a-af05-4d89-974b-7c651c49e3d6.jpeg (88 KB)

1985-ci ildə Badaber düşərgəsində əsir götürülmüş sovet əsgərlərinin üsyanı başlayır. Onlar silah anbarını ələ keçirirlər və elə bir döyüş başlayırlar ki, pakistanlılar çaşqınlıq içində qalırlar. Nəticədə, Məhəmməd Ziya-ül-həqq düşərgənin, içəridəki hər kəsin artilleriya və hava qüvvələri ilə məhv edilməsini əmr edir. Daha sonra Moskva rəsmi etiraz bildirir, lakin hamı başa düşür ki, belə şeylər unudulmur.

Hadisə günü, 17 avqust 1988-ci ildə Pakistan prezidenti Amerika tanklarının sınaq atəşini izlədikdən sonra nahar edib və “Lockheed C-130 Hercules” təyyarəsinə minib. Havaya qalxdıqdan bir neçə dəqiqə sonra təyyarə burnunu yuxarı qaldıraraq səmada fırlanmağa başlayəb və sonra düz bucaq altında kəskin şəkildə aşağı düşüb. Təyyarədəki bütün sərnişinlər, 36 nəfərin hamısı dərhal həlak olub.

Hadisənin təhqiqtatı zamanı təyyarənin qalıqlarıının içində manqo meyvəsinin qutuları tapılıb. Bir nəzəriyyəyə görə, onların içərisində hiyləli qoruyuculu bomba olub. Digər bir nəzəriyyəyə görə, onların qutularda pilotların ölümünə səbəb olan sinir qazı konteyneri olub və bundan sonra nəzarətsiz təyyarə səhraya düşüb.

8aab6210-2298-4ce3-bb14-39c639fafcf1.jpeg (290 KB)

Sovet hökuməti hər şeyi inkar edib. Hətta “Pravda” qəzeti baş verən hadisəni Amerika planının tərkib hissəsi olduğunu yazıb. O vaxtlar Məhəmməd Ziya-ül-həqq Vaşinqton üçün də ürəkaçan addımlar atmırdı. O, ABŞ-nin xoşuna gəlməyən nüvə proqramını fəal şəkildə təbliğ edirdi. Lakin bir problem vardı: Amerika səfiri Arnold Rafel təyyarədə idi. MKİ-nin Pakistan müttəfiqini aradan qaldırmaq üçün belə bir nüfuzlu diplomatı qurban verməsi ehtimalı az idi.

Qəzadan dərhal sonra Pakistanın o zamankı hərbi rəhbərliyi, general Aslam Bə Ziya-ül-həqqin öldürülməsində SSRİ DTK-sını, Əfqanıstanın kəşfiyyatı və Hindistanın xüsusii xidmətinin birgə fəaliyyət göstərdiyini iddia etmişdi.

Qərb mətbuatı, o cümlədən “The New York Times” yorulmadan “Bu, Moskvanın əlidir!” deyə məqalələr dərc edirdi. Analitiklər açıq şəkildə iddia edirdilər ki, DTK Əfqanıstan kəşfiyyat xidmətləri vasitəsilə mükəmməl bir sui-qəsd həyata keçirib. SSRİ-nin həm motivi, həm də imkanı var idi. Hətta Əfqanıstandakı sovet səfiri Nikolay Yeqoriçova belə açıq şəkildə bildirilib ki, prezidentin ölümündə SSRİ-nin əli var.

d114b086-e2b9-4f39-a6f0-9094c1909919.jpeg (61 KB)

Ziya-ül-həqqin ölümündən təxminən 10 gün əvvəl Sovet İttifaqı rəhbərliyi, xüsusilə SSRİ xarici işlər nazirinin müavini Yuli Vorontsov, Pakistanın Əfqanıstandakı mücahidlərə dəstəyini davam etdirəcəyi təqdirdə “ziyanlı bir dərs” verəcəkləri ilə hədələmişdi. Məhəmməd Ziya-ül-həqqin həyatına sui-qəsdin əsl səbəbi hələ də məlum deyil. Lakin SSRİ-nin nifrəti və DTK-nın qanlı yaddaşı Pakistan rəhbərinin ölümünə gətirib çıxaracaq əsas səbəb kimi göstərilir./Musavat.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pakistan hərbi təyyarəsi qəzaya düşdü: ölənlər var

    Pakistan hərbi təyyarəsi qəzaya düşdü: ölənlər var ...

    13-04-2020, 16:31

  • 
  • Alp dağlarında təyyarə qəzaya uğrayıb, üç nəfər həlak olub

    Alp dağlarında təyyarə qəzaya uğrayıb, üç nəfər ...

    26-08-2019, 13:21

  • 
  • Obamanın müşaviri təyyarə qəzasında öldü

    Obamanın müşaviri təyyarə qəzasında öldü ...

    20-05-2016, 12:10

  • 
  • İranda təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur

    İranda təyyarə qəzasında həlak olanlar arasında ...

    19-02-2018, 11:45

  • 
  • Dəhşətli təyyarə qəzasında ölənlərin sayı açıqlandı

    Dəhşətli təyyarə qəzasında ölənlərin sayı ...

    4-11-2015, 16:34


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu