GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ekspertdən DİM-in yeni qərarına ETİRAZ: "Vaxt ən azı 30 dəqiqə olmalıdır"

Ekspertdən DİM-in yeni qərarına ETİRAZ: "Vaxt ən azı 30 dəqiqə olmalıdır"

Tarix: 27-04-2026, 21:46 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 3


Gələn ildən 11 illik tam orta təhsil səviyyəsində buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi nəzərdə tutulur və bu çərçivədə şagirdlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur.

Gundemxeber.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, imtahanda tapşırıq sayının azaldılması və yazı bacarığının ayrıca qiymətləndirilməsi həyata keçiriləcək.

Bəs əlavə 15 dəqiqə şagirdə nə qazandıracaq?



Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Dövlət İmtahan Mərkəzi tərəfindən 2027-ci ildən etibarən xarici dil fənn blokunda müvafiq olaraq esse yazısı tələbi qoyulub. Bu, 100 sözdən ibarət esse olacaq və təbii ki, abituriyentlər həmin esseni müvafiq qaydada cavablandırmalıdırlar. Nəzərə alsaq ki, hazırda artıq müəyyən təşkilatlar tərəfindən bu formatda sınaq imtahanları keçirilir, əlavə vaxt verilmədən də abituriyentlər bunu cavablandıra bilirlər. Amma əlbəttə ki, 15 dəqiqə əlavə vaxtın verilməsi, ümumi yanaşma baxımından ən azı ədalətli olar.

Lakin nəzərə alsaq ki, həm Azərbaycan dilində, həm də xarici dildə oxuyub-anlama və ya dilini anlama mətnləri təqdim olunur, hətta Azərbaycan dilində bəzi mətnlərin həcmi kifayət qədər böyük olur, bu isə abituriyentlərin vaxt problemi ilə üzləşməsinə səbəb olur.

Yalnız o halda 15 dəqiqəlik əlavə vaxt yetərli ola bilər ki, həm xarici dildə, həm də Azərbaycan dilində verilən mətnlərin həcmi kiçik olsun. Bu zaman abituriyentlər həmin mətnləri daha rahat oxuyub, daha operativ şəkildə cavablandıra bilərlər.
Yox, əgər mətnlərin həcmi böyük olacaqsa və üstəlik esse üçün əlavə 15 dəqiqə veriləcəksə, düşünürəm ki, bu, abituriyentlərin vaxt bölgüsünə ciddi təsir göstərəcək. Əgər mətnlərin həcmi böyük olarsa, əlavə vaxt 30 dəqiqə olmalıdır. Əgər mətnlərin həcmi kiçik olarsa, suallarda çaşdırıcılıq, hiyləgər xarakterli yanaşmalar yer almazsa, bir sualda bir neçə mövzu əhatə olunmazsa, o zaman 15 dəqiqə kifayət edə bilər. Əks halda, əlavə vaxt 30 dəqiqə müəyyənləşdirilməlidir”.
Xanlar Xanlarzadə: 124 mindən artıq şəxsin imtahan nəticəsi elan olunub -  AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə də mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Buraxılış imtahanlarında xarici dil fənləri üzrə qiymətləndirmə modeli mərhələli şəkildə yenilənir və ictimaiyyətə öncədən məlumat verilir. Bu istiqamətdə artıq 2025-ci ildə ilk dəfə olaraq 9-cu sinif buraxılış imtahanında şagirdlər yazı bölməsində şəkillər əsasında hekayə yazmaq tapşırığını yerinə yetiriblər. Sözügedən tapşırıq şagirdlərin təkcə dil biliklərini deyil, həmçinin mətn qurmaq, ideyanı inkişaf etdirmək və yaradıcı düşünmə bacarıqlarını qiymətləndirməyə imkan verir.

Mərhələli yanaşmanın davamı olaraq 2027-ci ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında həmin şagirdlərin xarici dil biliyinin dinləmə bacarığı üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı, oxu bacarığı üzrə iki oxu mətni və hər mətnə aid 4 qapalı tipli test tapşırığı, leksik-qrammatik biliyin ölçülməsi üzrə 13 qapalı tipli test tapşırığı vasitəsilə, yazı bacarığının yoxlanılması isə verilən mövzu və ya sual əsasında ən az 100 söz həcmində bir abzasdan ibarət yazı yazmaq tələb edən modelə əsasən qiymətləndirilməsi nəzərdə tutulur. Yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir. Yazı tapşırığı iştirakçıların strukturlaşdırılmış yazı bacarığını ölçməyə yönəlib və şagirdlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmə qabiliyyətini ön plana çıxarır. Qeyd edək ki, bu imtahan modelinə uyğun olaraq Elm və Təhsil Nazirliyinin (ETN) dəstəyi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ildə Bakı və Sumqayıt şəhərlərinin bəzi məktəblərində pilot imtahanlar keçirilib. Pilot imtahanın nəticələri təhlil olunub və əldə edilən məlumatlar yeni modelin etibarlılığının və tətbiq mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib”.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Buraxılış imtahanında tətbiq olunacaq YENİLİKLƏR AÇIQLANDI

    Buraxılış imtahanında tətbiq olunacaq YENİLİKLƏR ...

    2-12-2016, 13:37

  • 
  • DİM: İmtahan protokollarının və cavab vərəqlərinin emalına iyulun 13-dən başlanılacaq

    DİM: İmtahan protokollarının və cavab ...

    10-07-2020, 17:42

  • 
  • Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlanıb

    Buraxılış və qəbul imtahanları ilə bağlı ...

    21-09-2017, 22:25

  • 
  • Azərbaycanda ali məktəbələrə qəbulun qaydaları tam dəyişdi – ƏLVİDA TEST

    Azərbaycanda ali məktəbələrə qəbulun qaydaları ...

    22-09-2017, 20:56

  • 
  • Avqust ayının birinci yarısında keçiriləcək imtahanlar - SİYAHI

    Avqust ayının birinci yarısında keçiriləcək ...

    5-07-2021, 11:33


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu