GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » TƏHSİLİMİZİN EŞQİ BAĞIROV SƏRGÜZƏŞTLƏRİ...-KİMİN "ƏDALƏT"İNƏ İNANAQ, HAQQIN YOXSA EŞQİNİN?...

TƏHSİLİMİZİN EŞQİ BAĞIROV SƏRGÜZƏŞTLƏRİ...-KİMİN "ƏDALƏT"İNƏ İNANAQ, HAQQIN YOXSA EŞQİNİN?...

Tarix: 28-04-2026, 09:17 Bölmə :Ölkə / GündəmXəbər / Manşet Baxış: 152


"ŞÜHBƏLİ TƏYİNAT"ın izilə..


Öz qeyri-adi təyinatları ilə təhsil sistemini məhvə sürükləyən, Azərbaycan təhsilini təcrübə obyektinə çevirən Eşqi Bağırov məcburiyyətdən  növbəti təəccüb doğuran kadr təyinatına imza atıb. Bu yaxınlarda Turanə Məcidlinin BŞTİ müdir müavini təyin olunması təhsil cameəsi tərəfindən heç də birmənalı qarşılanmayıb. Əslində bu təyinatın izi Ağ şəhərdəki evlərə qədər gedib çıxır. Yəni məcburiyyətdən doğan təyinatın sədası şəhər meriyasından başlayıb Ağ şəhərdə əks səda verir. ( bu barədə  ətraflı növbəti yazımızda) İndiyə qədər hansısa ciddi uğuru ilə tanınmayan, amma vəzifə pillələrində sürətli yüksəlişi ilə təcrübəli atletləri belə geridə qoyan Turanə Məcidli cəmisi 8 ay öncə BŞTİ-də sektor müdiri təyin olunmuşdu. Görəsən onun hansı fövqəladə qabiliyyəti, yaxud innovativ fəaliyyəti Eşqi Bağırovu bu qədər cəlb edib ki, cəmisi 8 aydan sonra onu daha yüksək posta gətirib?

İllərlə təhsil sahəsində külüng çalan, neçə-neçə elmi işi olan şəxslər var ki, heç kimin yadına düşmür, quruca bir “çox sağ ol”la mükafatlandırılmır. Amma Turanə Məcidli 10 ildə karyerasında inanılmaz yüksəlişə nail olaraq indiki vəzifəyə təyin olunub. Bu xanıma sıravi müəllimlikdən paytaxtın təhsil idarəsinin müdir müavini olmasına qədər 10-12 il bəs edib. Nəzərə alsaq ki, Azərbaycan praktikasında bunun istedad, yaxud qabiliyyətlə mümkün olması o qədər də inandırıcı görünmür. O səbəbdən də Turanə Məcidlini himayə edən, əsən yellərdən, axan sellərdən qoruyan qüvvənin kim olduğu maraqlı deyilmi?

Xatırladaq ki, Turanə Məcidlinin yaxınları təhsil sistemində kök atmış “köhnə qvardiyanın” nümayəndələrindəndir. Onun qayınatası Məhəbbət Kazımovun dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin əsas kadrlarından biri olduğu bildirilir. Qayınanası isə Bakı İdman Liseyinin direktorudur. Ən əsası isə qaynanası Təhminə xanımın Təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyevanın yaxın rəfiqəsi olmasıdır. Azərbaycan təhsilinə xüsusi “məhəbbət” bəsləyən xanım Vəliyevanın, onları daim qanadının altında saxlayan Ramiz Mehdiyevin bu sahədə hansı faciəvi addımlar atdığı, təhsilimizə hansı sağalmaz yaralar vurduğu heç kimə sirr deyil. Görünür  bu çetenin himayəsi ilə Turanə Məcidli sürətlə vəzifə pillələrində irəliləməyə müvəffəq olub. Paytaxtın təhsil sistemində böyük şəbəkə formalaşdıran Mehdiyev-Vəliyeva tandemi hələ də mövqelərini əldən vermək istəmir. Elə bu səbəbdəndir ki, paytaxtın təhsil sektorunu nəzarətdə saxlamaq üçün Turanə Məcidlini tezbazar müdir müavini təyin etdirməyə müvəffəq olublar. Dövlətə xəyanət ittihamı ilə ev dustaqlığına məhkum olunan qocaman akademikin hələ də təhsil sistemində dominant rol oynadığı aydın görünür. Yoxsa onun çətiri altında olmaqda ittiham olunan birinin sürətlə vəzifə pillələrində irəliləməsinə başqa nə ad vermək olar? Maraqlı olan isə bu təyinata imza atan Eşqi Bağırovun və yaxud daha yüksəklikdə razılığ verənin ixtiyarının kimlərdə  olmasııdır. Deyəsən cənab Bağırov Azərbaycan təhsilinə elə belə yox, “meravik məhəbbət” bəsləyir...


Vüqar İsmayılovun sirlərin açın "Gəncə əməliyyatı"


Direktor təyinatı demişkən, bu barədə danışıb Eşqi Bağırovun məhşur "Gəncə əməliyyatı"nı qeyd etməmək günah olardı. Ən azından onun sabiq köməkçisi və "qara kassası" olmuş Vüqar İsmayılovun haqqına girmiş olarıq. Nədən ki, Vüqar İsmayılov direktor təyinatlarında hansı oyunlardan çıxıb, nələr eləyib bir özü,bir Allahı, bir şefi, ucundan-qulağından bir az da biz bilirik. 

Doğrudur "Gəncə əməliyyatı" haqqında Təhsil Nazirliyi də bilmişdi, hətta məsələ böyüyüb iş o yerə çatmışdı ki,az qala hüquq mühafizə orqanlarına müraciət ediləcəkdi. Lakin, E.Bağırov bu dəfə də sudan quru çıxmağı bacardı. Doğrudur "Gəncə əməliyyatı"da az əməyi olmayan Vaqif İsmayılovu qurban verməli oldu. Amma deyəsən "qurbanı qəbul olundu", nədən ki, Təhsil Nazirliyi də sonradan bu məsələni çox da açıb ağartmadı.Amma 

Çox maraqlıdır ki, bu boyda haqq hesabı heç nə olmamış kimi ört-basdır edənlər görəsən nə vaxta qədər cidanı çuvalda gizlətməyi bacaracaqlar

İndi biz kimin "ƏDALƏTİNƏ" inanaq,

HAQQIN YOXSA EŞQİNİN?...

Davamı var..


Nicat Mahmudov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu agentliydə qalmaqallı iclas - Eşqi Bağırovun sərt çıxışı nəyə hesablanıb?

    Bu agentliydə qalmaqallı iclas - Eşqi Bağırovun ...

    16-04-2026, 21:00

  • 
  • Eşqi Bağırovun pul qazanmaq EŞQİ... - MM sədrinin yeni köməkçisi ilə əlbir olub...

    Eşqi Bağırovun pul qazanmaq EŞQİ... - MM sədrinin ...

    28-08-2020, 19:01

  • 
  • Məhəbbət Vəliyevanın nazir olma eşqi... - İLGİNC

    Məhəbbət Vəliyevanın nazir olma eşqi... - İLGİNC ...

    17-07-2020, 15:43

  • 
  • Nazir Bakı Təhsil İdarəsinə “əl gəzdirdi”

    Nazir Bakı Təhsil İdarəsinə “əl gəzdirdi” ...

    31-10-2013, 10:43

  • 
  • Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi

    Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi ...

    6-03-2019, 12:21


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu