GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Binəqədi rayonunda “VİP Construction” yarımstansiyanın dibində ağacları kəsib, tikinti aparır….

Binəqədi rayonunda “VİP Construction” yarımstansiyanın dibində ağacları kəsib, tikinti aparır….

Tarix: 28-04-2026, 20:37 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 66

Binəqədi rayonunda “VİP Construction” yarımstansiyanın dibində ağacları kəsib, tikinti aparır….
Bakı şəhərinin Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən ərazidə aparılan tikinti işləri yerli sakinlərin narazılığına səbəb olub.

Bununla bağlı müraciət edən sakinlər iddia edirlər ki, “VİP Construction” MMC tərəfindən həyata keçirilən tikinti zamanı çoxsaylı ağaclar kəsilib və bu hal aidiyyəti qurumlara bildirilib, tədbir cavabı olaraq da dəfələrlə cəzalandırıldığı deyilib.

Şikayətçilərin sözlərinə görə, aprelin 16-sı tikinti aparılan ərazidə yerləşən bəzi ağaclar gecə saatlarında kəsilib. Hazırda isə ərazidəki digər ağaclar da kəsilmə təhlükəsindədir. Belə ki, tikinti materialları və dəmir konstruksiyalar ağacların üzərindən daşınır, bu da onların məhv olma riskini artırır.

Bildirilib ki, digər narahatedici məqam tikintinin aparıldığı ərazinin elektrik yarımstansiyasına yaxın olmasıdır. İddialara əsasən, bina yarımstansiyaya təxminən 10-15 metr məsafədə inşa olunur ki, bu da təhlükəsizlik baxımından təşviş doğurur.

Vətəndaşlar qeyd ediblər ki, məsələ ilə bağlı “Azərişıq” ASC-yə də müraciət olunub və qurum tərəfindən cavab olaraq tikintiyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verildiyi vurğulanıb.

Mövzu ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində ağacların kəsilməsi ilə bağlı xidmətə daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb: “Araşdırma zamanı “VİP Construction” MMC tərəfindən sözügedən ərazidə tikinti işləri aparılan zaman çoxgövdəli iki ağacın gövdələrindən ikisinin kəsilməsi nəticəsində ağacların zədələndiyi, lakin bioloji inkişafdan qalmadığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Ərazidəki digər ağaclar inventarlaşdırılaraq identifikasiya nömrələri ilə işarələnib və agac.az portalına yerləşdirilib.

Eyni zamanda, MMC-nin hüquqi şəxs qismində cərimə olunması məqsədilə toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə MMC 3000 manat məbləğində cərimə edilib.

Əraziyə keçirilən növbəti baxış zamanı 1 ağacın kəsildiyi müəyyən olunub. “VİP Construction” MMC-nin hüquqi şəxs qismində cərimələnməsi məqsədilə qanunamüvafiq tədbirlər görülür”.

Şikayətlə bağlı Fövqəladə Hallar Nazirliyinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, Mir Cəlal küçəsində “V.İ.P. Construction” MMC tərəfindən inşa edilən 2 girişli, 1 səviyyəli zirzəmi, kürsü mərtəbəsi, 16+ texniki mərtəbəli yaşayış binalarının (Blok-A və Blok-B) tikintisinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 22.12.2021-ci il tarixli Tİ-119/21 nömrəli icazə sənədi verilib.

Yaşayış binalarına Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən 02.03.2021-ci il tarixli 30981 nömrəli ekspertiza rəyi verilib.

Yaşayış binaları üçün 13.01.2023-ci il tarixli 0011 və 0012 nömrəli “Tikintidə Dövlət Nəzarət Jurnal”ları açıllb və və həmin tarixdən etibarən FHN-in Titikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikintinin layihəyə uyğun aparılmasına nəzarət edilir.

Hazırda Blok A-da tamamlama işləri görülür. Blok B-nin 1-ci mərtəbəsində isə sütunların və diafraqmaların qəliblənməsi işləri davam edir”.

Tikintinin yerləşdiyi ərazinin elektrik yarımstansiyasına yaxınlığı barədə Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq./tərəf.net/



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Başçının başını ağrıdan tikili - "Bəli, müavinim Orxan tez-tez ərazidə olur"

    Başçının başını ağrıdan tikili - "Bəli, ...

    13-02-2018, 19:25

  • 
  • “Azadlıq prospekti” metrostansiyasının yanındakı tikinti insanları qorxuya salıb

    “Azadlıq prospekti” metrostansiyasının yanındakı ...

    12-11-2017, 17:26

  • 
  • Bakıda ağaclar kəsilir, sakinlər narazıdır

    Bakıda ağaclar kəsilir, sakinlər narazıdır ...

    20-07-2017, 11:20

  • 
  • Bakıda tikinti materialları anbarında faciə ölüm

    Bakıda tikinti materialları anbarında faciə ölüm ...

    10-09-2015, 13:14

  • 
  • Nəsimidə yaşıllıq qətliamı — Onlarla hündür ağac kəsildi

    Nəsimidə yaşıllıq qətliamı — Onlarla hündür ağac ...

    20-12-2017, 17:01


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu