GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi

Tarix: 28-04-2026, 20:48 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 92

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
Böyük Britaniyada yerləşən dəniz məlumatları təminatçısı olan Lloyd’s List Intelligence şirkətinin hesabatında ABŞ və İsrailin İrana hücumları ilə başlayan regional münaqişənin Hörmüz boğazına təsiri ətraflı şəkildə təsvir olunur.

Gundemxeber.com yenicag.az- a istinadən xəbər verir ki, ötən il 1-11 mart tarixləri arasında boğazdan 1229 gəmi keçibsə, bu ilin eyni dövründə bu rəqəm 77-yə düşüb. Qeyd edilib ki, Hörmüz boğazından keçən gəmilərin 26%-i İranla, 13%-i Yunanıstanla və 12%-i Çinlə əlaqəli olub. Həmçinin bildirilib ki, hazırda boğazdan istifadə edən gəmilərin əksəriyyəti Rusiya və İranla əlaqəli olan və Qərb sanksiyalarından yayınmaq üçün istifadə edilən “kölgə donanmasına” aiddir.

Lloyd’s List Intelligence şirkətinin baş analitiki Bridget Diakunun qiymətləndirmələrini özündə əks etdirən hesabatda İranın Hörmüz boğazından keçən gəmilər vasitəsilə mal ixrac etməyə davam etdiyi bildirilir. “Tankerlərin və qaz daşıyıcılarının yarıdan çoxu kölgə donanmalarının bir hissəsidir. Bu gəmilər fasilələrə öyrəşiblər”, – Diakun şərhində bildirib.

O qeyd edib ki, bu tip gəmilər əsasən pis saxlanılan, sığortasız və şübhəli mülkiyyət strukturlarına malik köhnə gəmilərdir və bu da onların keçid cəhdlərinə daha çox meylli olmasına səbəb olur.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiya paketi çərçivəsində rus neftini daşıyan “kölgə tanker” sisteminə qarşı yeni mərhələyə keçir.

Aİ-nin daxili sənədlərinə əsasən, sanksiya siyahısına əlavə 120 tanker daxil ediləcək və bununla da qara siyahıdakı gəmilərin ümumi sayı 568-ə çatacaq. Bu tankerlər üçün Aİ limanlarına giriş tam qadağan olunur, Avropa şirkətlərindən sığorta, texniki servis və bunker yanacağı almaq imkanları ləğv edilir.

Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, bu 120 tankerdən 16-sı heç bir tanınmış dövlətin bayrağı altında üzmür. Məhz bu fakt Avropa ölkələrinə BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasının 110-cu maddəsinə əsaslanaraq həmin gəmiləri beynəlxalq sularda saxlamaq və müsadirə etmək hüququ verir. Aİ strukturları artıq Baltik dənizinə giriş nöqtələrində bu mexanizmin tətbiqi üçün hüquqi baza hazırlayır.

Sanksiyalar niyə indi sərtləşdi?

Əvvəlki sanksiyalar faktiki olaraq vəziyyəti dəyişməmişdi. “Kölgə tanker”lər əvvəldən də Aİ limanlarına daxil olmurdu və 1994-cü il BMT Konvensiyası, eləcə də 1857-ci il Kopenhagen müqaviləsi ilə qorunan “dinc keçid” hüququndan istifadə edərək Baltik dənizi sularından sərbəst keçirdilər. Yeni mərhələdə isə əsas hədəf məhz bayraqsız, sahibsiz və hüquqi statusu qeyri-müəyyən gəmilərdir.

Bu addım Rusiya “kölgə donanması” ilə bağlı artan risklər – neft sızmaları, dənizaltı kabellərin zədələnməsi, eləcə də potensial diversiya təhlükələri fonunda atılır.

İran izi: Şəmxani ailəsinin tanker imperiyası

Araşdırmalar göstərir ki, sanksiya siyahısına düşən 16 bayraqsız tankerdən biri – “Briont” adlı tanker (IMO 9252955) birbaşa İran əlaqələri ilə bağlıdır. Məlum olub ki, bu tanker İranın ali dini liderinin müşaviri, Milli Təhlükəsizlik Şurasının keçmiş katibi admiral Əli Şəmxaninin oğlu Məhəmməd Hüseyn Şəmxaninin nəzarətində olan şəbəkəyə daxildir.

Ukraynanın Baş Kəşfiyyat İdarəsinin “War & Sanctions” portalına görə, “Briont” tankeri Baltik dənizi limanlarından Rusiya nefti və neft məhsullarını daşımaqda istifadə olunub. Gəmi müxtəlif dövrlərdə marşrut, bayraq və operator dəyişməklə izləmədən yayınmağa çalışıb.

ABŞ-nin SB0215 sanksiyaları: konkret rəqəmlər

2025-ci il 30 iyul tarixində ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Şəmxani ailəsinə bağlı şəbəkəyə qarşı ən genişmiqyaslı sanksiya paketini elan edib.

Rəsmi açıqlamaya əsasən, bu paket çərçivəsində 50-dən çox fiziki və hüquqi şəxs, 50-dən artıq tanker və yük gəmisi,
onlarla offşor və idarəetmə şirkəti sanksiya siyahısına salınıb.

OFAC bildirir ki, bu şəbəkə İran və Rusiya neftini gizli yollarla dünya bazarına çıxararaq on milyardlarla dollar gəlir əldə edib. Gəlirlərin əsas istiqaməti Çin bazarı olub. ABŞ Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, bu vəsaitlərin bir hissəsi İran rejiminin regional və hərbi fəaliyyətlərinin maliyyələşdirilməsinə yönəldilib.

Tankerlər, nömrələr və konkret marşrutlar

“Briont” tankeri bu şəbəkənin yalnız bir hissəsidir. “Zulu Ships Management”in kommersiya idarəsində olan və “Fractal Marine DMCC” ilə əlaqələndirilən digər tankerlər arasında aşağıdakı IMO nömrələri açıq mənbələrdə göstərilir: 9433016, 9387279, 9336490, 9332315, 9328170, 9298492, 9282493, 9282481 və 9252955.

Bu gəmilər mütəmadi olaraq Baltik dənizi, Qara dəniz, eləcə də Rusiyanın neft limanlarına daxil olub. IMO 9332315 və IMO 9298492 nömrəli tankerlərin isə Krımın Komış-Burun limanına giriş etdiyi qeyd olunur.

Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Şəmxani şəbəkəsinin idarəetmə hissəsində Azərbaycan bağlantısı xüsusi diqqət çəkir. BƏƏ-də qeydiyyatdan keçmiş “Zulu Shipping LLC” və “The Zulu Ships Management and Operation – Sole Proprietorship LLC” faktiki olaraq eyni struktura bağlıdır. Hər iki şirkət eyni domeni – zulushipping.com istifadə edir, lakin sayt hazırda fəaliyyət göstərmir.

“LinkedIn” və ixtisaslaşmış bazalara görə, bu şirkətin maliyyə və kommersiya direktoru İsmayıl Qasımovdur. O, daha əvvəl “SOCAR Polymer” şirkətində çalışıb, Qafqaz Universitetini bitirib və Türkiyədə magistratura təhsili alıb. Şirkətin rəhbərliyində həmçinin Aygün Cəfərova və Zakir Əliyevin adları keçir. Təsisçi və baş direktor isə Zamiq İsmayılovdur.

“Zulu Shipping” bir müddət Bakıda – Ziya Bünyadov prospekti 706B ünvanında ofis açsa da, sonradan bu nümayəndəlik bağlanıb və fəaliyyət Əbu-Dabiyə köçürülüb.

“Angel” hadisəsi və 1,5 milyon dollarlıq qalmaqal

2023-cü ilin iyulunda Palau bayrağı altında üzən “Angel” konteyner gəmisi Tayvan sahillərində batdı. Tayvan hakimiyyəti dəniz mühitinə dəyən zərərə görə 1,5 milyon dollar kompensasiya tələb etdi. Gəmidə çalışan Azərbaycan vətəndaşı olan heyət üzvlərinin müqavilələrinin “Zulu Shipping” MMC ilə bağlandığı ortaya çıxdı.

İşəgötürən və sığorta şirkəti ödənişdən imtina etdi, nəticədə heyət üzvlərinin maaşları kəsildi. Yalnız Azərbaycan Xarici İşlər Nazirliyinin müdaxiləsindən sonra 16 nəfərlik heyət ölkəyə qaytarıldı. Kapitan və iki zabit isə 2024-cü ilin yanvarına qədər Tayvanda saxlanıldı.
“Kölgə tanker” sistemi təkcə Rusiya nefti ilə məhdudlaşmır

Ortaya çıxan faktlar göstərir ki, “kölgə tanker” sistemi təkcə Rusiya nefti ilə məhdudlaşmır. Bu sistem İran rejiminin elit ailələri, onlarla tanker, 50-dən çox şirkət, on milyardlarla dollar dövriyyə və Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən olan menecerlərlə idarə olunan çoxqatlı bir şəbəkədir. Avropa və ABŞ-nin paralel şəkildə sanksiyaları sərtləşdirməsi isə bu mexanizmin artıq əvvəlki kimi rahat işləməyəcəyini göstərir.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp İranda müharibə ilə bağlı xalqa müraciət etdi: "Bizə Hörmüz boğazı lazım deyil"

    Tramp İranda müharibə ilə bağlı xalqa müraciət ...

    2-04-2026, 09:58

  • 
  • İrandan ABŞ-a təhdid: Hörmüz bağlanacaq

    İrandan ABŞ-a təhdid: Hörmüz bağlanacaq ...

    25-09-2018, 10:56

  • 
  • ABŞ Hörmüz boğazının blokadasını pozan gəmiləri ələ keçirə bilər - “Bloomberg”

    ABŞ Hörmüz boğazının blokadasını pozan gəmiləri ...

    14-04-2026, 21:43

  • 
  • Əraqçı: "İran Türkiyəyə atılan raketlərlə bağlı birgə araşdırmaya hazırdır"

    Əraqçı: "İran Türkiyəyə atılan raketlərlə ...

    31-03-2026, 19:54

  • 
  • Rusiyalı ekspert: "ABŞ-ın təzyiqləri Hörmüz boğazının bağlanmasına gətirib çıxara bilər"

    Rusiyalı ekspert: "ABŞ-ın təzyiqləri Hörmüz ...

    5-11-2018, 19:59


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu