GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda heç kim mənə rüşvət verməyə cəsarət edə bilməzdi'

Azərbaycanda heç kim mənə rüşvət verməyə cəsarət edə bilməzdi'

Tarix: 28-04-2026, 23:01 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 99

Mehriban Rəhimli

Uzun illər ABŞ Alman Marşal Fondunun Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə verib. Ötən ilin əvvəlindən Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq təşkilatlarla bağlı aparılan istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb edilən 15-ə yaxın vətəndaş cəmiyyəti təmsilçisi arasında o da var.

M.Rəhimliyə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bu ittihamların hər birinin əsassız olduğunu vurğulayan M.Rəhimli ifadəsində öncə təhsili və fəaliyyəti haqqında məhkəməni ətraflı məlumatlandırıb. Onun sözlərinə görə, 2005-ci ildən beynəlxalq təşkilatlarda çalışmağa başlayıb. 2005-2006-cı illərdə Henrix Böll Fondunun tədqiqatçısı olub, 2007-2008-ci illərdə "World Vision" beynəlxalq humanitar təşkilatında ictimai vəkillik üzrə menecer işləyib. 2008-ci ilin noyabrından ABŞ Alman Marşal Fondunun Azərbaycan üzrə məsləhətçisi kimi fəaliyyət göstərib.

"Heç bir sənədi imzalamamışam və maliyyənin köçürülməsində rolum olmayıb"

Cinayət işindəki ittihamlar Alman Marşal Fondu ilə bağlıdır. M.Rəhimli vurğulayıb ki, bu təşkilatla xidmət müqaviləsi bağlayıb və bunun əsasında məsləhətçi kimi xidmət göstərib. Fəaliyyəti Fondun Buxarest ofisinə təqdim edilən layihələrlə bağlı ilkin rəy bildirməkdən ibarət olub.

"İlkin rəydən sonra hər bir layihəni əvvəlcə Fondun Buxarest ofisi, daha sonra Vaşinqtondakı baş ofis və İdarə Heyəti təhlil edir və yekun qərar qəbul olunurdu. Mən heç bir müqavilənin tərəfi olmamışam, Fond tərəfindən heç bir sənədi imzalamamışam və maliyyənin köçürülməsində rolum olmayıb", – M.Rəhimlinin dilə gətirdiyi sözlərdir.

O, ABŞ Alman Marşal Fondu ilə xidməti müqavilə əsasında əməkdaşlıq etdiyi müddətdə gəlirlərinin rəsmi şəkildə Beynəlxalq Bankdakı hesabına köçürüldüyünü söyləyib. Həmin gəlirlər vergisi ödənilməklə rüblük və illik hesabat şəklində açıqlanıb.

'Hüquqi əsaslandırması yoxdur' - QHT-lərlə bağlı cinayət işləri niyə yenidən başladılıb?

'Hüquqi əsaslandırması yoxdur' - QHT-lərlə bağlı cinayət işləri niyə yenidən başladılıb?
Mənbə: AzadlıqRadiosu
Kod yaddaşa götürüldü
 

en  px hündürlük  px
The URL has been copied to your clipboard
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available


0:005:350:00






M.Rəhimli onu da bildirib ki, məsləhətçi olduğu 2008-2024-cü illərdə Alman Marşal Fondu Azərbaycanda orta hesabla hər il 8-10 layihəyə maliyyə ayırıb. Bunlar əsasən qadınların iqtisadi cəhətdən gücləndirilməsi, erkən və məcburi nikahların qarşısının alınması, maarifçilik və sosialyönümlü təşəbbüslər olub: "Davamlı və ən irihəcmli maliyyə dəstəyi Autizm Mərkəzinə ayrılıb, eyni zamanda ölkə boyu icma quruculuğuna, qadın sahibkarlığına, ekoloji təşəbbüslərə və maarifləndirmə işlərinə yönəldilib. Məsələn, Fondun dəstəyi ilə Azərbaycanın ən ucqar kəndlərində 27 kitabxana açılıb".

M.Rəhimli sərbəst ifadəsindən sonra prokurorun suallarını cavablandırıb. Dövlət ittihamçısı ondan hazırda həbsdə olan vətəndaş cəmiyyəti fəallarından kimləri tanıdığını, əlavə gəlir əldə etmək üçün kimlərlə əvvəlcədən razılaşmaya gedib-getmədiyini soruşub.

"Azərbaycanda heç kim mənə rüşvət verməyə, bunu təklif etməyə belə cəsarət edə bilməzdi", - M.Rəhimli prokurora belə cavab verib. O, bunu da bildirib ki, indi həbsdə olan vətəndaş cəmiyyəti fəallarının çoxunu tanıyır və işlə bağlı onlarla ünsiyyətdə də olub.

Məhkəmə prosesi mayın 18-də davam edəcək.

Xatırlatma

Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən əksər vətəndaş cəmiyyəti fəallarının hazırda məhkəməsi gedir. Onların arasında "Vətəndaş Hüquqları İnstitutu" İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə (Məmməd Alpay), "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, "İqtisadi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin sədri Qalib Bayramov, qadın haqları müdafiəçisi Nərgiz Muxtarova və digərləri var.

"Ubuntu" Sosial İş Assosiasiyası təşəbbüs qrupunun rəhbəri Zamin Zəkiyevin, ictimai fəallar Aygül Pəncəliyeva və Asiman Qocayevin məhkəməsi yekunlaşıb. Zəkiyevə 7 il 6 ay həbs cəzası kəsilib, Pəncəliyeva və Qocayevə isə şərti cəza verilib.

Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında həbs-qətimkan tədbiri seçilib və onlar axtarışdadır. QHT təmsilçiləri ittihamları qəbul etmirlər.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vüqar Səfərli apellyasiya şikayəti verib

    Vüqar Səfərli apellyasiya şikayəti verib ...

    23-01-2021, 13:22

  • 
  • Eldar Həsənovun istintaqı tamamlandı

    Eldar Həsənovun istintaqı tamamlandı ...

    16-08-2021, 16:55

  • 
  • Vüqar Səfərlinin evlərinə, bağlarına, avtomobillərinə HƏBS QOYULDU

    Vüqar Səfərlinin evlərinə, bağlarına, ...

    5-04-2021, 12:58

  • 
  • Vüqar Səfərlinin həbs müddəti artırıldı

    Vüqar Səfərlinin həbs müddəti artırıldı ...

    16-05-2021, 10:47

  • 
  • Cinayət işi məhkəməyə göndərilmişdir

    Cinayət işi məhkəməyə göndərilmişdir ...

    20-02-2015, 12:14


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu