GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...

30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...

Tarix: 29-04-2026, 22:17 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 2


Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasında B12 vitamini, maqnezium və dəmir kimi əsas laborator analizlərin aparılması üçün lazım olan reagentlər yoxdur və pasiyentlər özəl xəstəxanalara yönləndirilir.

Gundemxeber.com bildirir ki, bu barədə Axar.az-ı məlumatlandıran valideyn bildirib ki, 28 aprel 2026-cı il tarixdə xəstəxanaya müraciət edib və reagentlər olmadığı üçün laborator analizlərin keçirilməsinin mümkünsüzlüyü cavabını alıb. Xəstəxanadan həmin reagentlərin niyə olmaması və nə vaxt olacağı ilə bağlı məlumatlarının olmadığı bildirilib.
Məsələ ilə bağlı TƏBİB-ə ötən gün göndərdiyimiz sorğuya cavabda isə qeyd edilib ki, problem “həftəsonu ilə” bağlı olub və artıq aradan qaldırılıb:
“Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında laborator xidmətlərin fasiləsiz və keyfiyyətli təşkili təmin edilir, zəruri laborator reagentlər mövcuddur və analizlər müvafiq qaydalar çərçivəsində həyata keçirilir.
Bildiririk ki, dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlər çərçivəsində pasiyentlər özəl tibb müəssisələrinə göndərilmir. Laborator müayinələr tibbi göstərişlər əsasında və qüvvədə olan standartlara uyğun şəkildə aparılır.
Eyni zamanda qeyd edirik ki, həftəsonu bəzi analizlər üzrə reagent təminatında qısamüddətli çətinlik yaranıb, hazırda məsələ tam şəkildə həll edilib və xidmətlərin göstərilməsi bərpa olunub”.
Maraqlıdır ki, TƏBİB reagent çatışmazlığının ötən həftə baş verdiyini və artıq aradan qaldırıldığını bildirir. Yəqin ki, xəstəxanadan TƏBİB-ə bu informasiya verilib. Halbuki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında TƏBİB-in “artıq aradan qaldırılıb” dediyi gün reagent olmadığı və nə vaxt olacağının bilinmədiyi pasiyentlərin diqqətinə çatdırılıb.
Xatırladaq ki, dövlət xəstəxanasında olmasa da, istənilən özəl xəstəxanada bu reagentlər var və analizlər vermək mümkündür.
Qeyd edək ki, TƏBİB-in yeni rəhbəri Anar Bayramov xəstəxanalar və tibb mərkəzlərində ciddi kadr islahatlarına başlayıb. Buna səbəb dövlət xəstəxanalarına müraciət edən şəxslərin hansısa formada özəl xəstəxanalara yönləndirilməsidir.
Ancaq islahat hələ sözügedən xəstəxanaya çatmayıb. Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasının baş həkimi Azər Xudiyev 1996-cı ildən, 30 ildir bu vəzifədədir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Koronavirus daha üç ölkədə

    Koronavirus daha üç ölkədə ...

    3-03-2020, 10:37

  • 
  • Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında özbaşnalıq və acınacaqlı vəziyyət

    Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik ...

    14-04-2021, 16:40

  • 
  • Azərbaycandan Gürcüstana gedən çinli uşaqlarda qrip virusu aşkarlanıb

    Azərbaycandan Gürcüstana gedən çinli uşaqlarda ...

    31-01-2020, 10:55

  • 
  • Bakıda klinikada ölüm

    Bakıda klinikada ölüm ...

    8-09-2015, 15:16

  • 
  • Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ: Əməliyyat edilən xəstə iflic oldu

    Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ: ...

    27-11-2018, 13:26


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu