Toplumsal müdafiəçisi olduğumuz “Hürriyət” media qrupunun rəhbəri, qazi jurnalist Vüqar Tofiq oğlu Məmmədova qarşı irəli sürülən ittihamın tam absurd, əsassız olması , rəsmi mülki müqavilənin hədə-qorxu cinayəti kimi tövsif olunması DÖVLƏT adına ləkədir. Bütün ümidlərimiz puç olub. Özü də dırnaqrası mülki müqavilə cinayətinin DÖVLƏTİN TƏHLÜKƏSİZLİYİNƏ nə aidliyi var? Açıq görünür ki, savaş qazisini öncə PA rəhbərinə bağlamaq istəyiblər (bunu ilk ittihamnamənin preambula hissəsində PA rəhbərinin adının çəkilməsi də sübut edir), amma bağ tapmayıblar. Özlərini “sındırmayıb” qurama cinayət işini məntiqsiz sonluqla “dövlətə qarşı reklam müqaviləsi” ittihamına çeviriblər. Yanılmırıqsa, 3 sahibkarlıq qurumu ilə bağlanan reklam müqaviləsinin şantaj, hədə-qorxu predmeti olduğu iddia olunur. “Veysəloğlu” epizodunda Naxçıvanın keçmiş rəhbərinin şirkətin də rəhbəri olması “rüsvayçılığı” şantajı ilə müqavilə bağlamağa məcbur edilməsi “şirkət işçilərinin şahid ifadələri ilə ”sübut olunub”. Guya işdən çıxarılan rəhbərin MƏNFİ İMİCİ (?-bəyəm işdən çıxmaq “mənfi imic” deməkdir?) şirkətin MÜSBƏT İMİCİNƏ ZİYAN VURURMUŞ, ona görə məcbur olub, reklam müqaviləsi bağlanıb. Belə nağıl ittihamına yalnız Azərbaycan məhkəmələri inanar. Digər epizodlarda məcburi reklam müqaviləsinin rüsvayedici şantajlara görə bağlanması sübut olunmur. Biz hələ reklamın tənqidi yazılara qadağa qoymasının yolverilməzliyini demirik.
İstənilən halda mülki müqavilə bağlanması kəsinliklə heç bir şantaj predmeti ola bilməz, hədə-qorxudan qaynaqlana bilməz! Ortada İMZALI, MÖHÜRLÜ MÜQAVİLƏ VAR! Əliqələmli jurnalist olmasın, əlisilahlı müstəntiq olsun, kimisə necə MÜLKİ müqavilə tərtib etməyə, başına qələmi, silahı dirəyib qol çəkməyə, möhür vurmağa məcbur etmək olar? (Əmlak ələ keçirmə etbar(sız)namələrini, mülkiyyət sənədlərini demirik, belə hallar da “yekə”lərə aiddir, “qara camaata”, jurnalistlərə yox!) Lap olsun, axı hansı şahid ifadəsində sübut olunur ki, “Hürriyyət”in baş redaktoru qələmini onun başına dirəyib, “qol çək, möhür vur, yoxsa təpəni dağıdacağam” hədəsi ilə aylıq 200-400 manatlıq redaksiya hesabına pul köçürtdürsün. O da “QARDAŞ, qələmini o yana çək, yoxsa rüsvay olarıq, qol da çəkərəm, hələ möhür də vuraram; möhürlü, imzalı müqaviləni kababla da “yuyarıq” , bircə qələmi qınına qoy” desin?!
İttihamın gülünclüyü şübhəsizdir, amma bu gülünc ittihamın qazi dostumuzu 7-ci aydır həbsdə saxlaması və indi də məhkəməyə çıxarılması müdafiə komitəsini adekvat addımlar atmağa sürükləyir. Birinci addım kimi Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının, Ədliyyə Nazirliyinin qarşısında piketlər keçirməklə bağlı BŞİH-ə müraciət edib, DİN-in təhlükəsizliyimizi təmin etməsini diləmək fikrindəyik.
Qaradan artıq boya olmaz!
Məğrur Bədəlsoy,
Qarabağ Qazilərinin Qazi Jurnalist Vüqar Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin baş katibi, 1-ci d. Qarabağ qazisi, DİN Hospitalı, 429-cu palata.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?