GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ŞOK DETALLAR!!!

Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ŞOK DETALLAR!!!

Tarix: 4-05-2026, 20:08 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 117

Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ŞOK DETALLAR!!!
Keçən yazımızda Salyan rayonu, Çadırlı kənd ümumi orta məktəbinin direktoru Arzu Əliyevanın Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyinə direktor təyin edilməsi haqqında şayiələrin yayılmasını sizlərlə paylaşmışdıq.

Sayt olaraq, sual ünvanladıq ki, İlqar Bayramlı, hansı nəticələrinə əsasən Arzu Əliyevanı rəhbər vəzifəyə keçirmək istəyirsiniz?
Tehsilmedia.info olaraq indi isə Arzu Əliyevanın direktorluq fəaliyyətini sizlər üçün araşdırdıq.
Salyan rayonu, Çadırlı kənd ümumi orta məktəbinə 13 iyun 2025-ci il tarixində direktor təyin olunan Arzu Əliyevanın fəaliyyəti qısa müddət ərzində həm valideynlərin, həm də yerli ictimaiyyətin ciddi narazılığına səbəb olmuşdur. Ortaya çıxan faktlar və şikayətlər məktəbdə təhsilin keyfiyyətinin kəskin şəkildə aşağı düşdüyünü və idarəetmənin iflic vəziyyətində olduğunu göstərir.

Biz sizlər üçün Arzu Əliyeva dövründə baş verən problemləri sistemləşdirdik:

1. Tədrisin Keyfiyyəti və İmtahan Nəticələri
Məktəbdə təhsilin səviyyəsi rəsmi göstəricilərdə də öz mənfi əksini tapır.

Aşağı Monitoring Nəticələri: 4 və 6-cı siniflərin monitorinq nəticələri olduqca zəifdir.

Buraxılış İmtahanları: Keçən tədris ilində 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdiyi nəticələr məktəbdəki real tədris vəziyyətinin göstəricisidir.

Repetitor Asılılığı: Siniflərdə yaxşı oxuyan şagirdlərin sayı cəmi 1-2 nəfər təşkil edir ki, bu şagirdlərin də uğurları məktəb tədrisi deyil, kənar repetitor hazırlığı ilə bağlıdır. Hər sinifdə 1-2 yaxşı oxuyan uşağın olması təhsilin keyfiyyətinin olmadığını açıq-aşkar göstərir.

2. Qiymətləndirmədə Şəffaflığın Olmaması (KSQ və BSQ)
Məktəbdə summativ qiymətləndirmələrin (KSQ və BSQ) keçirilməsində ciddi qanun pozuntuları müşahidə olunur:
Şagirdlərin bir-birindən köçürməsinə şərait yaradılır.

Bəzi hallarda sualların cavabları şagirdlərə öncədən verilir ki, bu da real bilik səviyyəsini gizlətməyə xidmət edir. Qiymətlər şagirdlərin real
potensialını əks etdirmir.

3. Kadr Siyasəti və İxtisas Uyğunsuzluğu
Arzu Əliyevanın idarəçiliyi dövründə dərslərin bölüşdürülməsində qeyri-peşəkarlıq hökm sürür:

Qeyri-ixtisas müəllimləri: Bir çox dərslər, o cümlədən informatika və fizika kimi fənlər bülleten zamanı ixtisası uyğun olmayan müəllimlər tərəfindən tədris olunur. Məsələn, fizika müəlliminin dərsini informatika müəllimi keçir, təsviri incəsənət müəllimi bülletendə olanda fənnini fizika müəllimə verib. Fizika müəllimini Hicran Rzayeva əvəz edib.
Riyaziyyatdan sertifikasiyada yüksək nəticə əldə edən müəllimi qoyub kənara yeni müəllim götürüb və yuxarı sinirləri həmin müəllimə verib. Bəzi müəllimlər isə sertifikasiyadan keçmədikləri halda müvafiq fənləri tədris edirlər.
Dərsdən kənar məşğələlər isə birbaşa dərsdən sonra fasilə verilmədən keçirilir.
Seçkidə iştirak edən bədən tərbiyə müəlliminin əvəzinə isə Azərbaycan dili müəllimini yönəltmişdir.
Nəzərə alın ki, bunları ictimai əsaslarla əmrini verir.
Dərs Cədvəli: Məktəbdə dərs cədvəlinin tərtibində tələblər pozulur, məşğələlər fasiləsiz və nizamsız şəkildə keçirilir.

4. İdarəetmədə Maraqsızlıq və "Reklam" Meyilləri
Direktor Arzu Əliyeva məktəbin daxili problemlərini həll etmək əvəzinə, fərdi piar fəaliyyəti ilə məşğul olmaqda ittiham edilir:
Məktəbdə işçi və şagird davamiyyətinə nəzarət zəifdir.
Sağlamlıq imkanları məhdud şagirdlərin evdə təhsilinə bütün ixtisas müəllimləri cəlb edilmir.
Kiçik kurs sertifikatlarının belə böyük nailiyyət kimi reklam edilməsi, lakin məktəbin ümumi reytinqinin Salyan sektorunda ən aşağı pillələrdə olması idarəetmədəki boşluqların bariz nümunəsidir.

5. Olimpiada və Nailiyyət Yoxluğu

Son iki il ərzində məktəbin heç bir şagirdi fənn olimpiadalarında və ya digər bilik yarışmalarında yer tutmamışdır. Bu, məktəbdə istedadlı uşaqlarla işin və ümumi tədris stimullaşdırılmasının sıfır səviyyəsində olduğunu sübut edir.
Çadırlı kənd ümumi orta məktəbində yaranmış bu acınacaqlı vəziyyət Elm və Təhsil Nazirliyinin, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təcili müdaxiləsini tələb edir. Direktor Arzu Əliyevanın fəaliyyəti məktəbin təhsil keyfiyyətini yüksəltmək deyil, mövcud potensialı da məhv etmək istiqamətindədir./yenixeber.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Salyanın yezidi kimdir? – İcra başçısına açıq məktub

    Salyanın yezidi kimdir? – İcra başçısına açıq ...

    25-01-2019, 17:23

  • 
  • Salyan sakini intihara cəhd edib

    Salyan sakini intihara cəhd edib ...

    10-02-2016, 23:47

  • 
  • Məktəbi skayp-la idarə edən direktor

    Məktəbi skayp-la idarə edən direktor ...

    5-01-2017, 12:59

  • 
  • Gəncədəki 10 saylı məktəbdə aparılan araşdırmalar və əldə olunan həqiqətlər

    Gəncədəki 10 saylı məktəbdə aparılan araşdırmalar ...

    14-01-2017, 13:16

  • 
  • Təhsil müəssisələrinin adları dəyişdirildi - SİYAHI

    Təhsil müəssisələrinin adları dəyişdirildi - ...

    3-08-2016, 11:24


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu