GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kremldə çevriliş təşvişi, Putin tam qapanıb… – Sensasiyalı kəşfiyyat məlumatları yayıldı

Kremldə çevriliş təşvişi, Putin tam qapanıb… – Sensasiyalı kəşfiyyat məlumatları yayıldı

Tarix: 6-05-2026, 17:48 Bölmə :Ölkə / Dünya Baxış: 141


Dünyanın aparıcı media qurumları – CNN, “Financial Times” Avropa İttifaqı ölkələrindən birinin kəşfiyyatına istinadən Kreml daxilində baş verən proseslər barədə sensasiyalı hesabat yayıblar. 2026-cı ilin mart ayına təsadüf edənhesabat Vladimir Putinin artan qorxularını, elitadakı gərginliyi və xüsusi xidmət orqanları arasındakı qarşıdurmanı ifşa edir.

Həmin hesabatdakı mühüm məqamları təqdim edirik:

Putin sui-qəsddən qorxur

Hesabata görə, 2026-cı ilin martından etibarən Vladimir Putində kəskin narahatlıq və təşviş müşahidə olunur. Rusiya Prezidenti həssas məlumatların sızmasından və siyasi elitanın dronlar vasitəsilə ona sui-qəsd təşkil edəcəyindən ciddi şübhələnir.

Təhlükəsizlik tədbirləri görünməmiş həddə çatdırılıb. Putin artıq Podmoskovye və Valdaydakı məşhur iqamətgahlarına getmir. O, vaxtının böyük hissəsini Krasnodar diyarındakı modernləşdirilmiş bunkerlərdə keçirir.

Putin bunkerdə olduğu müddətdə dövlət televiziyaları onun əvvəlcədən çəkilmiş köhnə görüntülərini yeni kimi təqdim edir. Putinin yanında çalışan işçilərə isə mobil telefon, internet və ictimai nəqliyyatdan istifadə qadağan edilib. Aşpazların, fotoqrafların və mühafizəçilərin evlərində gizli izləmə sistemləri quraşdırılıb.

Sergey Şoyqu: Çevriliş riskinin əsas fiquru?

Kəşfiyyat sənədində ən diqqətçəkən məqamlardan biri Təhlükəsizlik Şurasının katibi (keçmiş müdafiə naziri) Sergey Şoyqu ilə bağlıdır. O, dövlət çevrilişinə cəhd göstərə biləcək potensial risk faktoru kimi təqdim olunur.

Onun yaxın adamı, keçmiş birinci müavini Ruslan Tsalikovun martın 5-də həbs olunması Şoyquya verilən təhlükəsizlik zəmanətlərinin ləğvi kimi qiymətləndirilir. CNN-in şərhinə görə, bu məlumatın kütləvi tirajlanması Kremlin daxilində ona etimadsızlığı daha da dərinləşdirmək məqsədi daşıya bilər.

Generalların davası: “Təhlükəsizliyi kim qoruya bilmir?”

Hesabatda Rusiya güc strukturları arasındakı rəqabətin pik həddə çatdığı bildirilir. 2025-ci ilin dekabrında general-leytenant Fanil Sarvarovun Moskvada öldürülməsi bu gərginliyi alovlandırıb.

Məxfi müşavirədə Baş Qərargah rəisi Valeri Gerasimov, FSB direktoru Aleksandr Bortnikov və Rosqvardiya rəhbəri Viktor Zolotov Ukrayna kəşfiyyatının əməliyyatları qarşısındakı uğursuzluğa görə məsuliyyəti bir-birinin üzərinə atıblar.

Güc strukturları arasındakı bu “müharibədə” Gerasimov öz mövqeyini gücləndirə bilib. Putinin qərarı ilə Federal Mühafizə Xidmətinin (FSO) mandatı genişləndirilib. Əvvəllər yalnız Gerasimov FSO tərəfindən qorunurdusa, indi siyahıya daha 10 yüksək rütbəli general (o cümlədən Baş Qərargah rəisinin 3 müavini) əlavə edilib. Bu, kəşfiyyat dairələrində Gerasimovun digər güc nazirləri üzərindəki siyasi qələbəsi kimi qiymətləndirilir./azpolitika.info

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vladimir Putin: "Biz heç vaxt keçmişə qayıtmayacağıq"

    Vladimir Putin: "Biz heç vaxt keçmişə ...

    21-11-2013, 17:32

  • 
  • Moskvada Vladimir Putin və Serj Sarkisyan arasında görüş keçirilib

    Moskvada Vladimir Putin və Serj Sarkisyan ...

    10-03-2016, 23:41

  • 
  • Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Yeni il münasibəti ilə təbrik edib.

    Vladimir Putin Azərbaycan prezidenti İlham ...

    31-12-2014, 19:19

  • 
  • Putinin köməkçisi Ərdoğanla görüşün sirrini açdı

    Putinin köməkçisi Ərdoğanla görüşün sirrini açdı ...

    3-10-2018, 09:13

  • 
  • Putinlə Tramp 1,5 saat danışdı – Putin atəşkəsə hazır olduğunu dedi

    Putinlə Tramp 1,5 saat danışdı – Putin atəşkəsə ...

    29-04-2026, 23:03


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu