GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir

Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir

Tarix: 5-05-2026, 22:00 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 93


Azərbaycanda istənilən cinayət işinin məhkəmə istintaqı bir neçə ay ərzində yekunlaşır və hakim tərəfindən hökm oxunur. Hətta ən ağır cinayət hadisəsinin məhkəməsi də uzun çəkmir. Misal üçün Bakı Hərbi Məhkəməsində mühakimə olunan erməniəsilli canilərin prosesi 1 ildən artıq davam etdi və hökm oxundu. Yəni uzun illər Qarabağda cinayətkarlıqla məşğul olanların məhkəməsi də yekunlaşdı. Amma bir dələduzluq işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində 4 ildir ki, bitmək bilmir və proses hələ də getməkdədir. Anaxeber.info.az bildirir ki, söhbət "Sahil - S İnşaat" MTK rəhbəri Taley Alaverdiyevin məhkəmə işindən gedir. Vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satmış Taley Alaverdiyevə 4 ildir ki, hökm oxunmur. Onun işi hakim Elnur Nuriyevin icraatındadır.

Zərər çəkənləri bezdirməkdən ibarət olan bu proses acı bağırsaq kimi uzanır. Sanki bir dələduzluq işi yox, böyük terror təşkilatı üzvlərinin, yaxud üstü açılmayan bir sirli qətlin məhkəmə istintaqıdır. Axı hakim Elnur Nuriyev bu illər ərzində necə ola bilər ki, Taley Alaverdiyevin dayaz bir dələduz olduğu qənaətinə gəlməsin?! Ortada istintaq materialları, sübutlar, zərər çəkənlər var. Amma hər dəfə bir bəhanə ilə məhkəmə işi təxirə salınır. Məsələn, son üç məhkəmə iclasının təxirə düşməsini gah dövlət ittihamçısının gəlməməsi, gah təqsirləndirilən şəxsin gətirilməməsi ilə əlaqələndirib. Və belə-belə vaxtı uzadıb, hökm oxumayıb. Nəticədə sakinlər əziyyət çəkir və uzanan bu işin davam etməsindən bezirlər. İndi isə hakim Elnur Nuriyevin icraatında olan bu işdə Taley Alaverdiyevin azadlığa buraxılması üçün yeni proses başladılıb. Belə ki, zərər çəkən şəxslərlə danışıqlar aparılır. Onlarla ayrı-ayrılıqda keçirilən görüşlərdə zərər çəkənləri inandırmağa çalışırlar ki şikayəti geri götürsələr, bu zaman Taley Alaverdiyev azadlığa buraxılacaq və o da dəymiş ziyanı ödəyəcək. Yəni faktiki olaraq, aldadılmış və zərər çəkmiş şəxslərin "başının altına yastıq qoyulur" və hakim bir dələduzun azadlığa çıxmasına hazırlaşır. Halbuki bu təbliğat və zərər çəkənlərlə görüşdə onlara edilən təkliflər aldadıcıdır. Əgər onlar şikayətini geri götürsə, Taley Alaverdiyev azadlığa buraxılandan sonra dəymiş ziyanı ödəməyəcək. Çünki bu illər ərzində ona və şəriki Pənah Kərimova çox fürsət verilib. Həm dələduzluğun üstü açılanda sakinlər möhlət tanıyıb, həm istintaq dövründə prokurorluq 7-8 ay şərait yaradıb ki, dəymiş zərəri ödəsinlər, həbs olunmasınlar. Amma heç vaxt bu ziyan kompensasiya olunmayıb. Ona görə də Taley Alaverdiyev azadlıqda olanda bir qəpik belə ödəniş etməyəcək. Bəs maraqlıdır, hakim Elnur Nuriyev cinayəti sübuta yetirilmiş dələduza niyə hökm oxumur və azadlığa çıxması üçün dəridən-qabıqdan çıxır? Hakimin məqsədi nədir ki, zərər çəkən sakinlərlə danışıqlar aparılır, onlara şikayətini geri götürmək təklif olunur? Axı kim zəmanət verə bilər ki, Taley Alaverdiyev azadlıqda olduğu dövrdə dəymiş zərəri ödəyəcək? Onun dələduz şəriki Pənah Kərimovun ev dustaqlığına buraxılması azmış kimi, indi də MTK sədri üçün bu hazırlıq gedir. Hakimin isə bu işlə bağlı tutduğu mövqe heç cür anlaşılan deyil. Halbuki ona hökm oxumaqla məsələni yekunlaşdıra bilər. Nəticədə sakinlərin 4 ildir davam edən əzab-əziyyəti qurtara, binanın bir sıra sənəd problemlərinin həlli üçün hüquqi prosedurlar başlana bilər. Ancaq bir dələduzu ev dustaqlığına buraxan, birinə isə neçə ildir hökm oxumayıb indi də onun azad olunması üçün zərər çəkənləri yola gətirməyə çalışan məhkəmə tərəfi - hakim Nuriyevin qərarları, davranışları vətəndaşlarda narazılıq doğurur. 165 ailə dörd ildir ki, bir məhkəmə hökmünə görə süründürülür. Axı nəyə görə? Hansı maraqlar var bu işdə? Alaverdiyev dəymiş zərəri ödəyən olsaydı, bunu çoxdan edərdi. Deməli, yenə zərər çəkənləri tələyə salmağa çalışırlar. Ona görə də 165 ailə I vitse-prezident Mehriban Əliyevadan, Ali Məhkəmə sədri İnam Kərimovdan, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrindən və işə baxan hakim Elnur Nuriyevdən prosesi tezliklə başa çatdırmağı, təqsirləndirilən şəxsə cəza verilməsi şərti ilə hökm oxunmasını xahiş edir. Sakinlər qeyd edirlər ki, bu illər ərzində dövlətin dəstəyi, Mehriban xanımın diqqəti, Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin xüsusi nəzarəti və köməyi nəticəsində binanın xeyli məsələləri həllini tapıb. Ancaq indi hakim Elnur Nuriyevin nə etmək istədiyi qəbul edilən hal deyil. Onlar Alaverdiyevə cəza verilməsini, məhkəmənin yekunlaşmasını istəyirlər ki, yerdə qalan ağır problemləri də dövlətin köməyi ilə həll edə bilsinlər./Anaxeber.info.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dələduza hökm oxundu

    Dələduza hökm oxundu ...

    9-06-2016, 16:59

  • 
  • Bakı Ağır Cinayətlər Məhkəməsi hakimi 165 ailəni aldatmış dələduza niyə `mərhəmət` göstərir? - Bir cinayətin "sirri..."

    Bakı Ağır Cinayətlər Məhkəməsi hakimi 165 ailəni ...

    22-06-2023, 17:39

  • 
  • Avropa çempionuna hökm oxundu

    Avropa çempionuna hökm oxundu ...

    24-05-2018, 11:22

  • 
  • Dələduz kardioloqa hökm oxundu

    Dələduz kardioloqa hökm oxundu ...

    27-12-2017, 14:41

  • 
  • Bakıda bacısını bıçaqlayan şəxsə hökm oxundu

    Bakıda bacısını bıçaqlayan şəxsə hökm oxundu ...

    11-03-2019, 15:26


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu