Bu günlərdə deputat Cavanşir Fayziyevin milyonlarla dollar dəyərində aktivlərinin siyahısının açıqlanmasından sonra vəziyyət dramatikləşdi. Milli Şuranın sədri, professor Cəmil Həsənli artıq bu məsələ ilə bağlı fikirlərini bölüşüb. Buna görə də Cəmil Həsənlinin Cavanşir Fayziyev haqqında tənqidi məqaləsini gundemxeber.com saytının çoxsaylı oxucularına təqdim edirik: "Bilirsiniz də, bir müddət əvvəl deputat Cavanşir Feyziyev “Qafqazinfo” saytında bizim (Əli Kərimli və mənim) haqqımızda “Qoşa sağsağanlar...” adlı məqaləsi dərc edilmişdi. Həmin vaxt bu məqaləni bir sıra ələbaxan saytlar və qəzetlər də təkrar dərc etmişdilər. Halbuki dünya ədəbiyyatında sağsağan daha çox oğurluq rəmzi kimi ad çıxarıb. London Ədalət Məhkəməsinin bu günlərdə açıqlanan qərarı hüquqi cəhətdən də bunu təsdiq etdi.
Təəssüf ki, indi də onun məhkəmə qərarında öz əksini tapan natəmiz əməllərinə bəraət qazandıran "jurnalist" və "qələm əhli" az deyil.
Lap bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat qəzeti” Cavanşir Feyziyevin “elmi yaradıcılığı” barədə ard-arada iki nömrədə (24 aprel, 1 may 2026-cı ill) hər biri iki qoşa səhifə olmaqla Arzu Əsəd adlı müəllifin “Turan şifrəsi” adlı yazısını dərc etmişdi. Söhbət Feyziyevin heç bir elmi dəyəri olmayan “Türk Dövlətləri Birliyi. Qlobal inteqrasiyanın türk modeli” adlı “çoxcildliyi” haqqında yazdan gedir.
Orada qeyd edilir ki, “Türk millətinin arzusu, məqsədi, idealı kimi türk tarixi və mədəniyyətinin içində saxlanan, nəsildən nəslə ötrülən Turan şifrəsi Cavanşir Feyziyevin qələmindən yeni kontekstdə, yeni fəlsəfi siyasi nalamda açılır. Bununla da, Cavanşir Feyziyevin bu kitabda “Türk birliyi ideyasının təkamülü” başlıqlı bölməsində təməli neçə minillik tarixə söykənən Orxan-Yeniseydaş kitabələrində Bilgə xaqananın “Ey türk milləti titrə, özünə dön!” vəsiyyəti ilə qoyulan, məğzini kökünə, qüdrətinə dayandırmaq ideyası və türkçülük ruhu təşkil edən klassik türk abidələrinin müəllifləri Mahmud Kaşğari, Yusif Balasaqunlu, Seyid Əhməd Yəsəvi, Fəzlullah Rəşidəddin, Əlişir Nəvai, Əbülqazi Bahadır xan”a dayanır.
Bu yazı Feyziyevin "coxclidliyi" haqqında yazılan birinci yazı deyil, yəqin sonuncu da olmayacaq. Əvvəllərdə çoxları yazıb. Hətta onun natəmiz əməllərinə bəraət qazandıran jurnalist və əli qələm tutanlar indi də az deyil. Qəribədir 46 yaşında namizədlik dissertasiya (PhD) “müdafiə” etmiş Cavanşir Feyziyev hara Bilgə xaqan hara, Orxan-Yenisey yazıları hara, Mahmud Kaşğarı, Fəzlullah Rəşidəddin hara. Bu Kaşğarı fondu, Azərbaycan Yazıçılar Birliyinin üzvülüyü Feyziyeva “ziyalı” arayışı vermək üçün idi. Çünki məhkəmə prosesində onun vəkili məsələ qaldırmışdı Cavanşir Feyziyev öz ölkəsində tanınmış ictimai-siyasi xadim, görkəmli ziyalıdır və sair.
Amma qəzetdə “Turan şifrəsi” məqaələsi dərc edilən günlərdə London Ədalət Məhkəməsi bu şifrəni açdı və məlum oldu ki, Məhkəmə Feyziyevlərin Londonda 50 milyon funt sterlinq dəyərində qiymətləndirilən 22 mənzilinə və Lixtenşteyn LGT Bankında saxlanılan milyonlarına həbs qoyub. Bu əmlakın alınmasına sərf edilmiş vəsaitin mənbəyin şübhəli hesab edib, onların əyri, gizli yollarla ölkədən çıxarıldığına dair faktlar ortaya qoyub. Azərbaycan qanunlarına görə Milli Məclis seçkilərində iştirak edən hər bir namizəd özünün və onunla birgə yaşayan həyat yoldaşının əmlakı haqqında seçki orqanlarına bəyənnamə təqdim etməlidir. Görən 2010-cu ildən sonra 4 dəfə deputat seçilən Feyziyev seçki orqanına təqdim etdiyi əmlak bəyannaməsində Milli Cinayət Agentliyinin aşkarladığı bahalı mülkləri göstəribmi?
Məhkəmənin bu günlərdə açıqlanan qərarından görünür ki, Feyziyevlər məhkəmə prosesinin, dinləmənin stenoqramlarının və qərarın gizli saxlanması üçün çox çalışıblar. Amma mümkün olmayıb. Məhkəmə 35 səhifəlik qərarı açıqlayıb. Mən də onu hissə-hissə tərcümə edib Azərbaycan ictimaiyyətinə təqdim edirəm. Feyziyevin birinci dəfə mülkləri aşkarlanda İlham Əliyev ona “Şöhrət ordeni” verdi. London Ədalət Məhkəməsinin yeni açıqlanan qərarından sonra yəqin ki, “İstiqlal ordeni” verər.
Buyurun London Ədalət Məhkəməsinin qərarının giriş hissəsi ilə tanış olun.
ƏDALƏT ÜZRƏ ALİ MƏHKƏMƏDƏ
KRAL MƏHKƏMƏSİ BÖLMƏSİ
İNZİBATİ MƏHKƏMƏ
İş No: AC-2023-LON-001768
Tarix: 8 mart 2024
Milli Cinayət Agentliyi (İddiaçı)
və
(1) Cavanşir Feyziyev
(2) Pərvanə Feyziyeva
(3) WITHERS TRUST CORPORATION LIMITED
Cavabdehlər
Endryu Satkliff KC və Tom Reynsberi (Milli Cinayət Agentliyi (NCA) tərəfindən təlimatlandırılmış) – İddiaçı üçün
Kenneth Maklin KC, Devid Kaplan və Uilyam Heys (Kingsley Napley LLP tərəfindən təlimatlandırılmış) – Birinci və İkinci Cavabdehlər üçün
Dinləmə tarixləri: 21–22 fevral 2024
Təsdiqlənmiş qərar
Bu qərar 8 mart 2024-cü il saat 10:30-da tərəflərə və ya onların nümayəndələrinə elektron poçt vasitəsilə göndərilməklə və Milli Arxivə təqdim edilməklə email vasitəsi (distans) elan edilmişdir.
Hakim Pul:
Giriş
1. 23 iyun 2023-cü ildə xanım hakim Hizer Uilyams Milli Cinayət Agentliyinin (“NCA”) xəbərdarlıq edilmədən etdiyi müraciəti təmin edərək Əmlakın Dondurulması Qərarı (“PFO”) çıxarmışdır. Bu qərar cavabdehlərə Əmlakın Dondurulması Qərarında göstərilən əmlaklarla hər hansı formada əməliyyat aparmağı qadağan edir. Milli Cinayət Agentliyi iddia edir ki, həmin əmlakların ümumi dəyəri təxminən 50 milyon funt sterlinqdir; buraya Londonda yerləşən 22 icarə hüquqlu əmlak (“London Əmlakları”), bu əmlaklardan əldə edilən icarə gəlirləri və Lixtenşteyndə LGT bankında olan hesabın qalığı (“Lixtenşteyn hesabı”) daxildir. Birinci (Cavanşir Feyziyev) və İkinci (Pərvanə Feyziyeva) Cavabdehlər 7 avqust 2023-cü ildə Əmlakın Dondurulması Qərarının (PFO) ləğvi üçün (“Ləğv ərizəsi”) və icraatın qapalı keçirilməsi, həmçinin qərarların və ya stenoqramların dərcinə məhdudiyyət qoyulması üçün (“Məxfilik ərizəsi”) müraciət etmişlər.
2. Bu qərarda zəruri olduqda istinad edəcəyim ətraflı yazılı və şifahi təqdimatlardan, eləcə də geniş sənəd paketlərindən və şahid ifadələrindən faydalanmışam.
3. Üçüncü (WITHERS TRUST CORPORATION LIMITED) Cavabdeh prosesdə fəal iştirak etmir və qənaət naminə Birinci (Cavanşir Feyziyev) və İkinci (Pərvanə Feyziyeva) Cavabdehləri birlikdə “Cavabdehlər” kimi qeyd edəcəyəm. Cavabdehlərin mövqeyi belədir ki, Əmlakın Dondurulması Qərarı verilməməli idi və hər halda indi ləğv edilməlidir, çünki:
(i) əmlakın yayındırılması ilə bağlı real risk yoxdur (və olmayıb);
(ii) xəbərdarlıq edilmədən keçirilmiş iclasda Milli Cinayət Agentliyinin tam və açıq məlumat vermək / ədalətli təqdimetmə öhdəliyini ciddi şəkildə və dəfələrlə pozması baş verib;
(iii) onlara qarşı əsaslandırılmış iddia mövcud deyil.
4. Hizer Uilyams J xəbərdarlıq edilmədən edilən müraciəti qapalı iclasda dinləmişdir və öz qərarını dərc etməmişdir. 4 sentyabr 2023-cü ildə o, işin idarə olunması ilə bağlı göstərişlər verərək Ləğv və Məxfilik ərizələrinin birlikdə baxılmasını və “birləşmiş dinləmənin hansı həddə qapalı keçiriləcəyinin” iclas zamanı müəyyən olunmasını qərara almışdır. O, həmçinin Əmlakın Dondurulması Qərarının, öz qərarının və həmin iclasın stenoqramının dərcini qadağan edən müvəqqəti qərarlar çıxarmışdır; bu qadağalar birgə dinləmə keçirilənədək qüvvədə qalmalı idi. Birləşmiş dinləmə və məhkəmənin məlumat yayımı ilə bağlı məhdudiyyətləri nəzərdən keçirməsi barədə media qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmışdır. Mediadan hər hansı müraciət daxil olmamışdır, lakin tərəflər Məxfilik ərizəsi üzrə məhkəmənin yanaşması barədə razılığa gələ bilməmişdir.
Cavabdehlər bildirmişlər ki, Ləğv ərizəsi qapalı dinlənilməli və Hizer Uilyams J-in qərarı, həmçinin Ləğv ərizəsi üzrə veriləcək qərar, çıxarılmış qərarlar və iclas stenoqramları dərc edilməməlidir. İddiaçı isə bildirmişdir ki, Ləğv ərizəsi açıq iclasda dinlənilməli və açıq ədalət prinsipindən kənara çıxılmamalıdır. Mən 21 fevral tarixində Məxfilik ərizəsi üzrə ətraflı təqdimatları dinlədim və dərhal qərar verərək müəyyən etdim ki, Cavabdehlərin azyaşlı övladlarının adları, yaşayış ünvanları və məktəbləri, eləcə də sübutlarda qeyd olunan bank hesablarının nömrələri və rekvizitləri istisna olmaqla çox məhdud məhdudiyyətlərlə Ləğv ərizəsi açıq şəkildə dinlənilməli, bu barədə məlumat verilməli və qərarlar dərc olunmalıdır. Həmçinin qərar verdim ki, Cavabdehlər üçün anonimlik tətbiq edilmədən qərarlar və stenoqramlar dərc oluna bilər.
Bununla belə, Hizer Uilyams J-in xəbərdarlıq edilmədən keçirilmiş iclas üzrə qərarının və stenoqramların yalnız bu Ləğv ərizəsi üzrə qərar dərc edildikdən sonra dərc olunmasına göstəriş vermişəm ki, onun özü tərəfindən də qeyd edilən mümkün ədalətsizliyin qarşısı alınsın; yəni onun ilkin nəticələrinin, mübahisəli dinləmədən sonra məhkəmənin yekun qərarı verilməmişdən əvvəl dərc olunması Cavabdehlər üçün ədalətsiz ola bilərdi.
5. Bu, yalnız Ləğv ərizəsi üzrə mənim qərarımdır."
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?